ing. gentry
1. İngiltərədə kiçik malikanə sahibi olan titulsuz zadəgan.
Onlar perlərlə yomenlər arasında orta mövqe tutublar. C.-lər yomenlərdən əkinçiliklə məşğul olmamaları ilə fərqləniblər. Bu termin XVI əsrdə yaranıb. Öz təsərrüfatlarını kapitalist münasibətləri əsasında quran C.-lər İngiltərə inqilabında (XVII əsr) həlledici rol oynayıblar. Həmin inqilabın əsas simalarından bir çoxu, o cümlədən Oliver Kromvel və Con Lilbern C.-lərin nümayəndəsi olub.
2. Çində imtiyazlı mülkədarlara – şenşilərə verilən avropasayağı ad.
Tarix terminləri lüğətiər. cəbr – zor, məcburiyyət
İslam fəlsəfəsində insanın bütün hərəkətlərinin Allah tərəfindən qabaqcadan müəyyənləşdirildiyini bəyan edən məktəb, islamda ilk fəlsəfi təlimlərdən biri.
“Alın yazısı” fikrini müdafiə edən C. tərəfdarları qədərilik ardıcıllarından fərqli olaraq bildirirlər ki, insan öz hərəkətlərini sərbəst şəkildə deyil, məcburən həyata keçirir. C. hər cür iradə azadlığını inkar etməklə insana yalnız Allahın istəyini yerinə yetirən bir vasitəçi kimi baxır. Bu məktəbin VIII əsrin ortalarında yarandığı ehtimal olunur.
Tarix terminləri lüğətiər. cədidiyyə – yenilikçi < cədid – yeni, təzə
XIX əsrin sonu – XX əsrin əvvəlində Rusiya imperiyasının müsəlman (əsasən, türk) xalqları arasında geniş yayılmış ictimai-siyasi və maarifçilik hərəkatı.
XIX əsrin 80-ci illərində Krım, Volqaboyunda və Azərbaycanda, 90-cı illərdə isə Orta Asiyada geniş vüsət almış C. köhnə müsəlman təhsil sistemində köklü islahatların həyata keçirilməsi, dünyəvi fənlərin tədrisi, təhsilin milli dildə aparılması, elmi nailiyyətlərdən istifadə olunması, qadınlara kişilərlə bərabər hüquqların verilməsi kimi yenilikçi ideyalar irəli sürüb. 1905–1907-ci illər inqilabı dövründə Rusiyada fəaliyyət göstərmiş “İttifaqi-müslimin” partiyasının özəyini də cədidçilər təşkil edib. C.-ə əks mövqedə duranların fikirləri qadimizm cərəyanında öz əksini tapıb.
Tarix terminləri lüğətiŞiə məzhəbi.
Bu məzhəb «On iki imam şiəliyi», «İmamiyyə» və yaxud «İmamilik» də adlanır. C. şiələrin altıncı imamı olan Cəfəri-Sadiqin (təxminən 700–765) adından götürülüb. Həmin dönəmdə imamın tərəfdarları cəfərilər adlandırılıb. C. təliminin əsasında müqəddəs hesab olunan 12 imamın kultu durur. Həmin təlimə görə, məhz 12 imamın sayəsində islamın ilkin saflığını toxunmaz saxlamaq mümkün olub. C. islamda yeganə məzhəbdir ki, müvəqqəti nikaha (siğəyə) icazə verir. XVI əsrdə Səfəvi sülaləsinin hakimiyyəti zamanı C. İranın rəsmi dini elan olunub. Hazırda o, şiə təriqətinə mənsub olanların böyük əksəriyyətini – təqribən 80%-ni əhatə etməklə İranda, İraqda və Bəhreyndə daha geniş yayılıb. Azərbaycanda şiə müsəlmanların, demək olar, hamısı C. məzhəbinin tərəfdarlarıdır.
Tarix terminləri lüğətiyəh. gehinnom – hərfi mənası: Hinnom vadisi; qədim dövrlərdə Qüdsün bütün zibil və çirkablarının töküldüyü, edam olunmuş insanların cəsədlərinin, ölmüş heyvan cəmdəklərinin və s.-nin atıldığı, şəhərin yaxınlığında yerləşən dar və dərin dərə. Tullantıları yandırmaq və üfunəti aradan qaldırmaq üçün dərənin ortasında həmişə ocaq qalanıb
Əksər dini təlimlərdə əbədi əzablara düçar edilmiş günahkarların ruhlarının məskəni, onlara cəza verilən yer.
C. haqqında təsəvvürlər insan öləndən sonra onun ruhunun yaşaması barədə ibtidai dini inanclardan yaranıb. İslama görə, 7 təbəqədən ibarət olan C.-in üzərindən qıldan nazik Sirat körpüsü keçir. Günahkarlar həmin körpüdən yıxılıb C.-ə vasil olur.
See also:
Tarix terminləri lüğəti1. XII əsrdə Sibirdə, Monqolustanla sərhəddə məskunlaşmış tayfa.
Tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddinin XIV əsrin əvvəlində qələmə aldığı “Cami ət-təvarix” əsərində C. xarici görkəmlərinə və danışdıqları dilə əsasən monqollara qohum tayfa kimi təqdim olunur. Həmin qaynağa görə, 70 min ailədən ibarət olan C. 10 qola ayrılıblar.
2. XIV–XV əsrlərdə İraqda, İranda və Azərbaycanda hakimiyyətdə olmuş sülalə və eyniadlı dövlət.
1359-cu ildə Təbrizi tutmuş bu sülalənin Azərbaycanda hakimiyyətinə 1410-cu ildə Qaraqoyunlular son qoyub.
Tarix terminləri lüğətiXVI–XVII əsrlərdə Türkiyə, Azərbaycan və s. əraziləri əhatə etmiş kəndli hərəkatı.
C.H. 1516-cı ildə Toqatdakı üsyanın rəhbəri olmuş Şeyx Cəlalinin adı ilə bağlı olub. Hərəkat ilk olaraq Şərqi Anadoluda başlasa da, XVII əsrin əvvəlində Azərbaycanla yanaşı, qonşu ölkələrə də yayılıb. Onun aparıcı qüvvəsini feodal istismarından təngə gəlmiş kəndlilər təşkil edib. Bununla belə, bəzi cəlali dəstələrinə mərkəzi hökumətdən narazı olan feodallar özləri başçılıq edib. Səfəvi hökmdarı I Şah Abbas (1587–1629) Osmanlı dövlətinə qarşı mübarizədə C.H.-dan istifadə etməyə çalışsa da, bu cəhd uğursuzluğa düçar olub. Azərbaycanda C.H. Çuxursəd bəylərbəyiliyində, xüsusilə Naxçıvan mahalında və Arazın hər iki sahili boyunca yerləşən ərazilərdə daha geniş vüsət alıb. Bəzi ehtimallara görə, Azərbaycanda fəaliyyət göstərən cəlali dəstə başçılarından ən məşhuru Koroğlu olub.
Tarix terminləri lüğətiOrta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda vergi.
Bu vergiyə «cütpulu» da deyilirdi və o, mövsüm ərzində bir cüt öküzlə şumlanmış əkin sahəsinin məhsuluna görə alınırdı. II Şah Abbasın (1642–1666) fərmanı ilə 1656-cı ildən soyurqal torpaqlardan C. alınması dayandırılmışdı.
See also:
Tarix terminləri lüğətiMüsəlman Şərqində qeyri-müsəlman əhalidən can və mülkiyyətin qorunması, habelə onların hərbi xidmətdən azad edilməsi müqabilində dövlətin xeyrinə toplanan vergi.
C. yalnız kişilərdən alınıb. Qadınlar, qocalar, həddi-büluğa çatmayanlar və xəstələrdən müharibədə iştirak etmək qabiliyyətləri olmadığı üçün C. toplanmayıb. Kasıblar, dilənçilər və yoxsul rahiblər, habelə müsəlman qoşununda döyüşən xristianlar da C. vergisindən azad olunublar. C., əsasən, pul, bəzi hallarda natura şəklində (paltar, heyvan, taxıl və s.) toplanıb. Vergi ödəyicilərinin maddi vəziyyətinə uyğun olaraq C. ildə 12, 24, 48 dirhəm (qızıl dövriyyəli ölkələrdə isə 1, 2, 4 dinar) təşkil edib.
Tarix terminləri lüğətiing. jingoism
İngiltərədə qatı şovinizmə verilən ad.
C. termini XIX əsrin 70-ci illərinin sonunda bu ölkədə çox məşhur olan bir mahnının nəqəratındakı by Jingo (Allaha and olsun) kəlməsindən yaranıb. Adətən, ura-patriotizm, ksenofobiya və şovinizmin sinonimi kimi işlənir.
Tarix terminləri lüğətiər. – hərfi mənası: cəhdetmə, səy göstərmə
İslamın müdafiəsi və yayılması uğrunda mücadilə, din uğrunda müqəddəs savaş.
C. termininə Mədinə müsəlmanlarının Məkkə bütpərəstləri və yəhudi qəbilələrinə qarşı hərbi yürüşləri ilə əlaqədar Quranın ilk Mədinə surələrində rast gəlinir. İslama görə, C. dörd şəkildə gerçəkləşdirilir: qəlblə, dillə, əllə və silahla. Bunlardan ilki insanın şeytanla mücadilə edərək qəlbini təmizləməsi, ikincisi islamı dillə yayması, üçüncüsü onun daim doğru işlər görməsi, dördüncüsü isə kafirlər və islam düşmənləri ilə savaşması anlamına gəlir. Sonralar C. termini fərqli mənalarda da işlənib. XIX–XX əsrlərdə müsəlman ölkələrində müstəmləkəçiliyə qarşı bir çox milli azadlıq hərəkatlarının ideoloji bazasını məhz C. təşkil edib. Müasir dövrdə bəzi radikal islamçı qruplar özlərinin terrorçuluq fəaliyyətini C. adı altında pərdələyirlər.
See also:
Tarix terminləri lüğəti