Feodal dövlətlərinin tarixində mərkəzi hakimiyyətin zəifləməsi, siyasi dağınıqlıq dövrü.
F.P. iri feodalların güclənməsi və onların kral hakimiyyətindən asılılığının minimuma enməsi, bir çox hallarda isə aradan qalxması ilə şərtlənib. Bu səbəbdən həmin dövrdə ölkə ərazisi faktik olaraq müstəqil ərazı vahidlərinə – feodallıqlara bölünüb, proses isə feodal monarxiyasının kəskin şəkildə zəifləməsi və kral hakimiyyətinin nominal xarakter alması ilə müşayiət edilib. Ayrı-ayrı ölkələr F.P.-ni müxtəlif vaxtlarda və fərqli formalarda keçiriblər.
See also:
Tarix terminləri lüğətilat. feodum < qədim. germ. fihu, fehu – torpaq sahəsi, əmlak, mal-qara, pul + öd – sahib olma
Müasir tarix elminə görə, orta əsrlərdə Qərbi və Mərkəzi Avropada mövcud olmuş sosial sistem, ictimai quruluş.
F. Avropada V əsrdə formalaşmağa başlayıb. Bu terminin özü isə ilk dəfə XVIII əsrin sonlarında köhnə qayda-qanun (mütləq monarxiya, zadəganların hökmranlığı) anlamında işlənib. İqtisadiyyatda kənd təsərrüfatının üstünlük təşkil etməsi, natural təsərrüfatın hökmranlığı, iki əsas sosial qrup – feodallar və kəndlilərin varlığı F.-in ən səciyyəvi xüsusiyyətləridir. F. dövründə feod institutu geniş yayılır, hakim (feodal) sosial qrup daxilində vassal münasibətləri hökm sürür, kəndlilər feodaldan şəxsi asılılıqda olurlar. Müasir Qərb tarixşünaslığına görə, F. sırf Avropa fenomeni olub, hərçənd onun bir çox təzahürlərinə dünyanın digər bölgələrində də rast gəlinib. Doğrudur, marksizm F.-i torpaq üzərində feodal mülkiyyətinə, habelə hakim sinifdən (feodallardan) şəxsən və torpaq cəhətdən asılı olan kəndlilərin istismarına əsaslanan, bütün dünyada yayılmış xüsusi ictimai-iqtisadi formasiya kimi qələmə verir. Marksizmə görə, bəşər tarixinin inkişafında universal mərhələ olan F. quldarlıqdan sonra, kapitalizmdən isə əvvəl gəlib. Lakin son tədqiqatlar göstərir ki, Şərq ölkələrində klassik anlamda F. deyil, Asiya istehsal üsulu mövcud olub. Bu səbəbdən F.-in universal sosial sistem olması fikri tədqiqatçıların əksəriyyəti tərəfindən qəbul edilmir. XVI–XVIII əsrlərdə Avropada baş vermiş inqilablar F.-in, demək olar, tamamilə aradan qalxması və kapitalizmlə əvəzlənməsi ilə nəticələnib.
Tarix terminləri lüğətiing. farmer < fr. fermier < fr. ferme – ferma
Kapitalizm cəmiyyətində sahibi olduğu və ya icarəyə götürdüyü torpaqda kənd təsərrüfatı, habelə meşə təsərrüfatı ilə məşğul olan kəndli-sahibkar.
F. təsərrüfatlarında, bir qayda olaraq, muzdlu işçi qüvvəsi tətbiq edilir. Bu tip təsərrüfatlar ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada daha geniş yayılıb; məs.: ABŞ-da kənd təsərrüfatı məhsullarının 2/3 hissəsi F. təsərrüfatlarında istehsal olunur.
Tarix terminləri lüğətifr. fetichisme < fetiche – büt, talisman
Fövqəltəbii xüsusiyyətlərə malik olduğu güman edilən cansız maddi əşyalara (fetişlərə) dini pərəstiş.
F. ibtidai inkişaf mərhələsində olan bütün xalqlar arasında geniş yayılıb. Bu termini Avropa dillərinə XVIII əsrdə holland səyyahı V.Bosman gətirib. F.-in ilkin mərhələsində insan təxəyyülünü heyran edən istənilən əşya – qeyri-adi formalı daş, ağac parçası, heyvan bədəninin hissələri (dişlər, dəri parçası, sümüklər, qurudulmuş pəncə və s.) pərəstiş obyektinə çevrilib. Daha sonralar müxtəlif materiallardan xüsusi olaraq hazırlanan fiqurlar – fetişlər əmələ gəlib. F.-in qalıqları dünya dinlərində bu gün də özünü büruzə verir; məs.: xristianlıqda ikonalara, islamda Kəbədəki “qara daş”a pərəstiş və s.
Tarix terminləri lüğətifars. və ər. – özünü din, ideya yolunda qurban verən
Orta əsrlərdə İran, Suriya və Livanda yayılmış gizli Həşşaşilər təşkilatının üzvü.
Sonralar F. termini Yaxın və Orta Şərqin müsəlman ölkələrində bir sıra hərbiləşmiş inqilabçı partiyaların üzvlərinə, milli azadlıq hərəkatı iştirakçılarına, terror təşkilatları və qruplarının nümayəndələrinə də şamil olunub. İranda Məşrutə inqilabı dövründə (1905–1911) könüllü silahlı dəstələrin, eləcə də Cənubi Azərbaycanda milli demokratik hərəkat dövründə (1945–1946) özünümüdafiə dəstələrinin üzvləri F. adlanıblar. Müasir dövrdə Fələstin Azadlıq Təşkilatının silahlı partizan dəstələrinin üzvləri, İranda bir sıra gizli müxalifət təşkilatlarının nümayəndələri və s. də özlərinə «F.-lər» deyirlər.
Tarix terminləri lüğətiər. – kəndli, əkinçi
Yaxın Şərqin ərəb ölkələrində əkinçiliklə məşğul olan, oturaq həyat tərzi keçirən kəndli.
Bu termindən islamın yayılmasının ilkin dönəmində Misir və Suriya kimi ölkələrdə oturaq kəndliləri köçəri bədəvilərdən fərqləndirmək üçün istifadə olunmağa başlanıb. Türkiyənin Adana və Mərsin bölgələrində yerli ərəblərə F. deyirlər.
Tarix terminləri lüğətifars. – əmr, göstəriş
1. Tarixən Şərqin müsəlman dövlətlərində hökmdarın verdiyi yazılı qərar, əmr, göstəriş.
2. Dövlət başçısı və ya ali hakimiyyət orqanı tərəfindən qəbul edilən, məcburi icra qüvvəsinə malik hüquqi akt.
Azərbaycanda prezident tərəfindən verilən sərəncamların bir çoxu F. şəklində rəsmiləşdirilir.
Tarix terminləri lüğətifars. farsang, ər. fərsah
Qədim uzunluq ölçü vahidi.
Həmçinin «fərsəng», «pərəsəng» kimi ifadə edilən, orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmış bu ölçü vahidi 12 min addıma (təxminən 6-8 km) bərabər olub. Bəzi yerlərdə hər F.-dən bir daş və ya ağacdan işarə qoyulduğu üçün daş, ağac da deyilib. Müxtəlif ölkələrdə F.-in dəqiq ölçüsü fərqli olub; məs.: 1 İran F.-i təqribən 6,23 km, ərəb F.-i 5,76 km, XIX əsrdə Orta Asiyada işlənən F. isə 8,25 km-ə bərabər hesablanıb.
Tarix terminləri lüğətiyun. philanthropies – insansevərlik < philos – dost, sevən + anthropos – insan
Yoxsullara, ehtiyacı olanlara yardım məqsədilə xeyriyyəçilik.
F. ilə məşğul olan şəxs isə filantrop adlanır. F. termini ilk dəfə e.ə. V əsrin ortalarında qədim yunan dramaturqu Esxilin faciələrindən birində işlənib. Müasir anlamda isə F. kəlməsi Fransada istifadə olunmağa başlanıb və oradan digər dillərə keçib. İslam dinində yoxsulların xeyrinə toplanan sədəqə, fitrə və s. F. nümunəsi hesab oluna bilər.
See also:
Tarix terminləri lüğətiFinikiyalıların, karfagenlilərin, eləcə də yəhudilərin və moavitlərin istifadə etdikləri yazı sistemi.
Yazılı abidələri e.ə. II minilliyin II yarısından eramızın IV əsrinədək dövrü əhatə edən F.Ə.-nın qədim Uqarit və qədim Ərəbistan heca yazılarından yarandığı ehtimal olunur. F.Ə.-nın bizə gəlib çatmış variantında yalnız 22 hərf var, lakin qədimdə burada 29-30 hərfin olduğu güman edilir. Dünya səsli-hərfli əlifbalarının, demək olar ki, hamısı F.Ə.-ndan törəyib.
Tarix terminləri lüğəti