Əsasən, yəhudilərin pərəstiş etdiyi ən qədim monoteist dinlərdən biri.
E.ə. I minillikdə Fələstində yaranmış İ. yəhudilərin mifik əcdadı hesab edilən İequdanın adı ilə bağlıdır. Dünyanın “yaradıcısı” olan vahid Allah – Yəhvaya (İequdaya) və Tövratın (Əhdi-ətiqin) müqəddəsliyinə etiqad, habelə axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə, ruhun varlığına və taleyə, ölülərin diriləcəyinə və Məsihanın zühur edəcəyinə inam İ.-in əsas ehkamları sayılır. İ. İsrailin rəsmi dövlət dini elan olunub. Bu dinə etiqad edənlərin əksəriyyəti İsrail, ABŞ və Avropa ölkələrində yaşayır.
Həmçinin bax:
Tarix terminləri lüğətiQafqaz İslam Ordusunun rəhbərliyinin Azərbaycan Milli Şurasına və hökumətinə etimadsızlığı ilə əlaqədar 1918-ci ilin iyununda yaranmış siyasi böhran.
İ.B.-nın əsasında bu ordunun komandanı Nuru paşa başda olmaqla Azərbaycanın Türkiyəyə birləşməsinə çalışan ilhaqçılarla ölkənin dövlət müstəqilliyinin tərəfdarı olan Milli Şura arasında mübarizə dayanıb. Milli Şura və onun sədri M.Ə.Rəsulzadə böhran prosesində müəyyən güzəştlərə getməli olsalar da, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya biliblər.
Tarix terminləri lüğətiyun. hierarchia < hieros – müqəddəs + arche – hakimiyyət
Bütöv bir sistemin hissələrinin, yaxud elementlərinin ciddi tabelilik qaydası əsasında aşağıdan yuxarıya düzülüşü.
Belə tabelilik qaydası mərkəzləşdirilmiş strukturlarda əsas idarəetmə prinsipi sayılır. İ. termininə ilk dəfə V əsrin II yarısında Afina yepiskopu Dionisi Areopagitin traktatlarında rast gəlinir. XIX əsrədək həmin termindən, əsasən, xristian kilsəsinin quruluşunu xarakterizə etmək üçün istifadə edilib.
Tarix terminləri lüğətiİslam ideologiyasına əsaslanan, 1917-ci ilin payızında Azərbaycanda yaranmış “İttihadi-islam” partiyasının üzvləri və tərəfdarları.
AXC parlamentində müstəqil fraksiyaya malik olan İ. cəmiyyətdə ortodoksal islam normalarının bərpasına çalışıblar. Onlara Q.Qarabəyov, S.M.Qənizadə, İ.Aşurbəyov və b. liderlik ediblər. Milləti bir tarixi kateqoriya kimi rədd edən İ. üçün yalnız vahid ümmət – dünya müsəlmanlarının birliyi mövcud olub. İ. 1920-ci il aprel işğalı ərəfəsində faktik olaraq bolşeviklərlə işbirliyinə gediblər və AXC hökumətinin devrilməsində mühüm rol oynayıblar. Aprel işğalından sonra “İttihad” partiyası “əsas məqsədlərinə çatdığına görə” özünü buraxıb.
Tarix terminləri lüğətialm. Mittelmächte, türk. İttifak Devletleri, mac. Központi hatalmak, bol. Üentralni sili
I Dünya müharibəsində (1914–1918) Antantaya qarşı duran dövlətlərin hərbi-siyasi bloku.
1879–1882-ci illərdə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın yaratdıqları Üçlər ittifaqı bu blokun sələfi sayılır. Üçlər ittifaqı, əsasən, Fransaya qarşı çevrilmişdi. Lakin İtaliya tədricən Fransa ilə yaxınlaşma xətti götürərək əvvəlcə bitərəfliyini elan etmişdi, 1915-ci ildə isə Üçlər ittifaqından çıxmış və Antanta tərəfindən müharibəyə qatılmışdı. Osmanlı Türkiyəsi və Bolqarıstan İ.D.-nə (həmin bloka «Mərkəzi dövlətlər» də deyilib) artıq I Dünya müharibəsinin gedişində – müvafiq olaraq 1914-cü ilin oktyabrında və 1915-ci ilin oktyabrında qoşulmuşdu.
Tarix terminləri lüğətiər. – hərfi mənası: Allaha boyun əymək, itaət etmək + fars. şünas – məşğul olan
İslam ehkamlarını, tarixini, mədəniyyətini, hüququnu, eləcə də müsəlman ölkələrinin iqtisadiyyat və siyasətini öyrənən dini fənn.
Bu elm sahəsi islamın tənqidi, yaxud təbliği ilə məşğul olmur, onun haqqında hərtərəfli və obyektiv informasiya mənbəyi rolunda çıxış edir. İ. müstəqil elm sahəsi kimi XIX əsrin II yarısında Avropada formalaşıb.
Tarix terminləri lüğətiŞiəlikdə təriqət.
İmam Cəfər Sadığın oğlu İsmayılın adını daşıyan bu təriqət VIII əsrdə şiələr arasında baş vermiş parçalanma nəticəsində yaranıb. 760-cı ildə Cəfər Sadıq böyük oğlu İsmayılın sünni xəlifələrinə münasibətdə sərt mövqe tutduğunu, habelə sünnilərlə şiələr arasında yaranmış nisbi tarazlığı poza biləcəyini nəzərə alaraq imamlığa varislik hüququnu ona deyil, kiçik oğlu Musa Kazıma verib. Şiələrin bir qismi Cəfər Sadığın bu qərarını qəbul etməyib, İsmayıla tərəfdar çıxıb. İ.-in dini-fəlsəfi təlimi ortodoksal müsəlman prinsiplərindən xeyli fərqlənir. O, qədim hind dinlərində və zərdüştilikdə əksini tapmış bir sıra təsəvvürləri mənimsəyib və beləliklə, faktik olaraq sinkretik təlimə çevrilib. İslam prinsiplərindən uzaqlaşdığına görə çoxları İ. ardıcıllarını hətta müsəlman belə hesab etmirlər. XXI əsrin əvvəllərində ümumi sayı 15 milyonu ötüb-keçən İ. tərəfdarlarının ən böyük icmaları Hindistan, Pakistan, İran, Yəmən, Keniya, Tacikistan, eləcə də bir sıra Avropa ölkələri və ABŞ-da fəaliyyət göstərir.
Tarix terminləri lüğətiər. – sərfetmə, yoxetmə, mənimsəmə
Tələbat və ehtiyacı ödəmək məqsədilə hər hansı məhsuldan istifadə edilməsi.
Maddi nemətlərin yaradılmasına yönəlmiş fəaliyyət prosesi olan istehsaldan fərqli olaraq İ. həmin nemətlərin insan tələbatına və ehtiyacına uyğun işlədilməsi kimi başa düşülür.
Tarix terminləri lüğətiÖz varlığını təmin etmək üçün insanın ərzaq istehsalı sahəsində fəaliyyəti.
Mənimsəmə (istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçid əkinçilik və maldarlığın meydana çıxması ilə, yəni 10 min il əvvəl Neolit dövründə baş verib. İlkin mərhələdə istehsal təsərrüfatı mənimsəmə təsərrüfatı ilə yanaşı mövcud olub.
Tarix terminləri lüğəti