lat. Italici
1. Geniş mənada: Qədim Roma dövlətinin yaranmasınadək Apennin yarımadası və ətraf adalarda (Korsika, Sardiniya, Siciliya) məskunlaşmış, sonralar isə romalılar tərəfindən assimilyasiya olunmuş xalqlar.
2. Dar mənada: qədim İtaliyada məskunlaşmış və italik dillərində danışan hind-Avropa qrupu.
İ. e.ə. II minillikdə Alp dağlarının arxasından Apennin yarımadasına köç ediblər və özləri ilə buraya metal mədəniyyəti gətiriblər. E.ə. V–III əsrlərdə onlar romalılar tərəfindən assimilyasiya olunublar.
Tarix terminləri lüğətiÖlü hind-Avropa dilləri qrupu.
İ.D., əsasən, Mərkəzi və Cənubi İtaliyada yayılıb. Bir çox mütəxəssislər onları kelt dillərinə yaxın hesab edir, lakin belə fərziyyə heç də hamı tərəfindən qəbul olunmur. İ.D.-ndən eramızın başlanğıcına kimi istifadə edilib. Bu qrupa aid osk, umbr və falisk dillərindən dövrümüzədək latın, etrusk və yunan əlifbaları ilə yazılmış 300-ə yaxın kitabə gəlib çatıb.
See also:
Tarix terminləri lüğətiər. – qəsb etmə, zorla tutma
Hər hansı dövlətin silahlı qüvvələrinin yad ölkəyə məxsus əraziləri zəbt etməsi.
İ., bir qayda olaraq, müvəqqəti xarakter daşıyır və zəbt olunmuş ərazi üzərində yad dövlətin suverenliyinin bərqərar edilməsinə gətirib çıxarmır. Bu baxımdan İ. ilhaqdan fərqlənir.
Tarix terminləri lüğətiXV əsrin sonu – XVI əsrdə İngiltərədə səfil və dilənçilərə qarşı dövlət tərəfindən qəbul edilmiş qanunlar.
Bu qanunlar səfil həyat tərzi keçirənlərin sərt şəkildə cəzalandırılmasını nəzərdə tutduğu üçün onlara “qanlı qanunlar” da deyilib. İ.Q., ilk növbədə, aqrar çevriliş və çəpərləmələr nəticəsində var-yoxdan çıxaraq dilənçi kökünə düşmüş kəndliləri iş tapmağa məcbur etməyə yönəlib. Bu proses ölkədə cinayətkarlığın kəskin surətdə artmasına və on minlərdən narazı insandan ibarət böyük kütlənin yaranmasına səbəb olub.
Tarix terminləri lüğətiər. – faydalanma, işlətmə
1. Marksizmdə digər insanın əməyinin nəticələrinin bir hissəsinin əvəzi ödənilmədən mənimsənilməsi.
İ. marksizmim iqtisadi təlimində əsas məfhumlardan biri sayılır. Digər iqtisadi nəzəriyyələrin əksəriyyəti isə ya İ.-ın mövcudluğunu qəbul etmir, ya da onun qeyri-iqtisadi xarakter daşıdığını və zorakılığa, yalana, məcburiyyətə əsaslandığını göstərir.
2. Təbii sərvətlərin işlənilməsi, istifadəsi.
3. Müəssisələrdən, nəqliyyat vasitələrindən və s.-dən istifadə edilməsi.
Tarix terminləri lüğəti