yun. Kaspioi, aram. Kspy
E.ə. I minillikdə Şərqi Azərbaycanda, Xəzər dənizinin cənub-qərb sahillərindən Qafqaz dağlarınadək olan ərazidə məskunlaşmış tayfa.
Bu tayfanın adı ilk dəfə qədim yunan tarixçisi Herodotun (e.ə. V əsr) əsərlərində çəkilir. K., əsasən, köçəri maldarlıq, balıqçılıq və toxuculuqla məşğul olublar. E.ə. I əsrədək onların midiyalılar, albanlar və b. tayfalarla qaynayıb-qarışdığı ehtimal edilir. K.-in mənşəyi isə mübahisəli olaraq qalır. Bir sıra tədqiqatçılar K.-i kassitlər, iberlər, irandilli tayfalarla eyniləşdirirlər. Kaspi dənizi və Kaspi keçidinin adı bu tayfa ilə bağlıdır.
Tarix terminləri lüğətiakk. kaşşu
E.ə. II–I minilliklərdə indiki Cənubi Azərbaycan və Luristan ərazisində məskunlaşmış qədim maldar tayfalar.
Onların burada aborigen və ya gəlmə olduqları məlum deyil. K.-in etnik mənşəyi də mübahisəli olaraq qalır. Bəzən K.-i kaspilərlə eyniləşdirirlər. Kassit dilinin elmə məlum olan dillərdən hər hansı biri ilə genetik qohumluğu aşkarlanmayıb. E.ə. 1741-ci ildə ilk dəfə Babilistana girən K. e.ə. XVI əsrdə həmin ölkəni tamamilə işğal ediblər. Babilistan tarixinin “kassit dövrü” zəif öyrənilib. Ehtimallara görə, e.ə. 1204-cü ildə “Kassit sülaləsi”nin süqutundan sonra Babilistandakı K. sami xalqları tərəfindən assimilyasiya olunublar və öz dillərini itiriblər. Tarixi vətənlərində qalmış K. barədə məlumatlara isə sonuncu dəfə e.ə. 324-cü ilə aid qaynaqlarda rast gəlinir, onların Makedoniyalı İsgəndər tərəfindən darmadağın edildiyi bildirilir.
Tarix terminləri lüğətiport. casta – icma, nəsil < lat. castus – təmiz
Mifik ümumi əcdada malik və aralarında təmasları məhdudlaşdırılan insan qrupları.
Belə endoqam qrupların nümayəndələri arasında nikahlar yasaq olunur, onların bir-biri ilə əlaqələri minimuma endirilir. Ayrı-ayrı K. fərqli peşə sahələri ilə məşğul olur. K. üzrə bölgünün təzahürlərinə bir sıra qədim və orta əsr dövlətlərində (Qədim Misir və İranda imtiyazlı kahinlər, Yaponiyada samuraylar silki və s.) rast gəlinsə də, kasta təşkilatı yalnız Hindistanda cəmiyyətin həyatında mühüm rol oynayan bitkin sosial sistemə çevrilib. Bu həmin sistemin hinduizm dini təliminin mühüm elementi olması ilə əlaqədardır. Hər kastanın hüquqları onun iyerarxiyada tutduğu yerlə müəyyənləşir. Kasta iyerarxiyasının ən yüksək pilləsində brahmanlar və hərbi-əkinçilik K.-ı durur, sonra tacir-sələmçilər, daha sonra icarədar kəndlilər və sənətkarlar gəlir. Ən aşağı pillədə isə “toxunulmazlar” kastası yerləşir. 1950-ci il Hindistan konstitusiyasına görə, ölkədə K. sistemi ləğv olunub, bununla belə, ayrı-ayrı K.-a münasibətdə bir sıra məhdudiyyətlər hələ də qalır.
See also:
Tarix terminləri lüğətiital. catacomba, lat. catacumba – yeraltı sərdabə
Qədimdə dini mərasimlərin keçirilməsi və ölülərin dəfn edilməsi üçün istifadə olunan yeraltı tikili.
Dar qalereyalar və kiçik zallardan ibarət şaxələnmiş K.-lara Roma ətrafında, Neapolda, Siciliya və Malta adalarında, Misir (İsgəndəriyyə), Şimali Afrika, Ön Asiya, Balkan yarımadasında və s. yerlərdə rast gəlinir. Müasir anlamda çox zaman istənilən şaxələnmiş yeraltı yola, tunelə, labirintə də K. deyirlər.
Tarix terminləri lüğətiyun. katharos – təmiz
XI–XIII əsrlərdə Qərbi Avropada geniş yayılmış bidətçi xristian sektasının tərəfdarları.
Bu sekta daha çox İtaliya, Flandriya və Fransada yayılıb. K.-ın ehkamları dualist xarakter daşıyıb və iki başlanğıcın – xeyirlə şərin qarşıdurmasına əsaslanıb. K. maddi dünyanı şər qüvvə sayıblar. Onlar ifrat asketizmi təbliğ ediblər, kilsə ayinlərinə, habelə müqəddəslərə sitayişə qarşı çıxıblar, kilsə torpaq mülkiyyətinin ləğv olunmasını istəyiblər. İnkvizisiya tərəfindən terror və amansız təqiblər nəticəsində XIII əsrin sonu – XIV əsrin əvvəlində sektanın fəaliyyətinə birdəfəlik son qoyulub.
Tarix terminləri lüğətiyun. katechesis – öyüd-nəsihət, təlimat
Xristian dininin əsas müddəalarının əks olunduğu, ali kilsə hakimiyyəti tərəfindən təsdiq edilmiş təlimat.
Xristianlığın ilk dönəmlərində K. şifahi öyüd-nəsihətlərdən ibarət olub, XVI əsrdən isə sual və cavablar formasında kitab şəklini alıb. Xristian təliminin ən mühüm məsələləri şərh edilən bu kitabdan bəzi ölkələrin məktəblərində dini öyrənmək üçün dərslik kimi istifadə olunur. Hər bir xristian kilsəsinin öz K.-i var. Məcazi mənada isə hər hansı təlimin və ya ideologiyanın əsaslarının sual-cavab formasında qısa şərhinə K. deyilir.
Tarix terminləri lüğətiyun. katholikos – ümumdünya, hər şeyi əhatə edən
Erməni (363-cü ildən), gürcü (475-ci ildən) və alban (552-ci ildən) kilsələri başçılarının titulu.
Erməni kilsəsi Alban kilsəsini sıradan çıxardıqdan sonra Cənubi Qafqazda yalnız erməni və gürcü K.-ları qalıb. Gürcü kilsəsinin başçısı əvvəlcə Kartli K.-u adlanıb, XVII əsrdən isə “bütün Gürcüstan” K.-u titulu daşıyır. Onun iqamətgahı Tbilisidə yerləşir. XIII–XVIII əsrlərdə Qərbi Gürcüstanın ayrıca K.-u (Abxaz K.-u) olub. Hindistanın tarixi vilayəti Malabarda da monofizit kilsəsinin başçısına K. deyirlər.
Tarix terminləri lüğətilat. catholicismus, yun. katholikos – ümumdünya, hər şeyi əhatə edən
Pravoslavlıq və protestantlıqla birlikdə xristianlığın əsas cərəyanlarından biri.
K. termini kilsə haqqında ilk dəfə təqribən 110-cu ildə dini mətnlərdə işlədilib. Roma papasının başçılıq etdiyi kilsə təşkilatına malik güclü dini cərəyan kimi isə o, qəti olaraq 1054-cü ildə – xristianlığın Qərb və Şərq qollarına parçalanmasından sonra formalaşıb. Lakin xristian kilsəsinin bu parçalanmaya qədər olan tarixini də K. öz tarixi sayır. Katolik kilsəsinin yaradıcısı və rəhbəri İsa Məsih hesab olunur. Bir sıra ehkam, ayin və təşkilatlanma prinsiplərinə görə K. həm protestantlıqdan, həm də pravoslavlıqdan fərqlənir. Sitayiş edənlərin sayına görə o ən böyük xristian cərəyanı sayılır.
Tarix terminləri lüğətiyun. katergon – üçcərgəli avarlara malik iri yelkənli gəmi
Məhbusların dövlət xeyrinə ən ağır fiziki əməyə cəlb edilməsi ilə bağlı olan cəza növü.
K. termini orta əsrlərdə yaransa da, hələ Roma imperiyasında bu cəza növünün tətbiqi hallarına rast gəlinir. İlk dövrlərdə belə məhbuslar iri yelkənli gəmilərdə (katergonlarda) avar çəkməyə məhkum ediliblər və ona görə cəzanı belə adlandırıblar. XVI–XVII əsrlərdə Qərbi Avropada K.-ya məhkum edilənlər ən ağır işlərə göndəriliblər. Rusiyada K. XVII əsrin sonunda yaranıb və 1917-ci ilə kimi mövcud olub.
Tarix terminləri lüğətiisp. caudillo – başçı, öndər
1. 1939–1975-ci illərdə İspaniyanın dövlət başçısı olmuş generalissimus F.Frankonun rəsmi titulu.
K. dövlət işlərində, siyasi və hərbi sahədə qeyri-məhdud səlahiyyətlərə malik olub.
2. Latın Amerikasında XIX əsrdən başlayaraq partiyada, bölgədə və dövlətdə böyük nüfuz sahibi olan siyasi xadimlərə, rəhbər şəxslərə verilən ad.
Tarix terminləri lüğətiAvropoid irqinin Şimali Qafqaz, Gürcüstan və bir sıra ətraf ərazilərdə yayılmış növü.
Termin Qafqazın gürcücə adı – «Kavkasioni» sözü əsasında yaradılıb. Balkarlar, inquşlar, qaraçaylılar, osetinlər, rutullar, avarlar, Qərbi Dağıstanın bəzi xalqları və gürcülərin dağlıq ərazilərdə yaşayan etnoqrafik qrupları K.T.-nə aid edilir. Hündür boy, başın en və xüsusilə uzununa diametrinin böyük ölçüləri, habelə enli sifət, yaxşı inkişaf etmiş qaşüstü qövslər, depiqmentasiyaya – ağarmaya meyil bu tipin əsas xüsusiyyətləri sayılır. Bəzi tədqiqatçılar K.T.-nin avtoxton, digərləri gəlmə olduğunu göstərir.
See also:
Tarix terminləri lüğətitürk. Kayı boyu
Oğuzların Bozox qoluna mənsub tayfa.
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində K.-ın 22 oğuz boyundan ikincisi olduğu göstərilir. Müəllif onları “kayiq” adlandırır. Bundan başqa, “Oğuz Xaqan dastanı”nda da oğuz boyları arasında K.-ın adı çəkilir. Osmanlı sultanları həmin boydan olublar. K. səlcuqların tərkibində XI əsrdə Azərbaycana gəliblər. Azərbaycandakı bir sıra toponimlərin K.-la əlaqəli olduğu ehtimal edilir.
Tarix terminləri lüğətipol. kozak, lit. kazokų, rus. козакъ < əski türk. – macəraçı, azad insan
1. XIV–XVII əsrlərdə Ukrayna və indiki Rusiyanın cənubunda məskən salmış azad kəndlilər.
Öncə Dnepr və Don çayları hövzəsində yaşayan K. daha sonra Orta və Aşağı Volqaboyuna, Terek və Ural çayları ətrafına, indiki Qazaxıstanın şimalına, Sibirə, habelə Uzaq Şərqə yayılıblar. Tarixi inkişaf prosesində K.-ın dil, mədəniyyət, adət-ənənə və məişətində müəyyən özünəməxsus cəhətlər formalaşdığı üçün bəzi tədqiqatçılar (məs.: L.Qumilyov) onları müstəqil etnos hesab edirlər.
2. XVIII əsrdən 1917-ci ilədək Rusiyada torpaqdan güzəştli istifadə müqabilində hərbi xidmətə daxil olan təbəqənin nümayəndələri.
Tarix terminləri lüğətiMənşəcə bulqarlara yaxın hesab edilən türkdilli tayfalardan biri.
K. orta əsrlərdə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəliblər. Azərbaycanın bir sıra bölgələrindəki (Goranboy, Zəngilan, Culfa və Ağdərə) Qazançı kəndlərinin adının, eləcə də Qazankol və Qazanqala toponimlərinin bu tayfa ilə əlaqəli olduğu ehtimal edilir.
Tarix terminləri lüğəti