fars. – göstərmə, göstəriş
1. Xalqın, həmçinin hər hansı bir sosial təbəqə, ittifaq, təşkilat və partiyanın öz istək və tələblərini yürüş, mitinq, imza toplanması, habelə bu kimi digər formalarda bəyan etməsi.
2. Hərbi sahədə həqiqi məqsədlərdən diqqəti yayındırmaq üçün qoşunların həyata keçirdiyi yalançı manevr.
3. Hər hansı dövlətin hədələyici hərəkətləri.
Tarix terminləri lüğəti