Qəbilənin və ya qəbilədaxili qrupun bütün kişiləri ilə digər belə qrupun bütün qadınları arasında nikah əlaqəsi forması.
Bir sıra etnoloq, antropoloq və filosofların (L.Morqan, F.Engels və s.) iddiasına görə, bu ən qədim nikah növü olub. Q.N. ilkin cinsi promiskuitetdən (cinslər arasında qeyri-məhdud əlaqə) yaranıb və qoşa nikahla əvəzlənib. Lakin Q.N.-nın mövcudluğunu, ən əsası isə onun bəşər cəmiyyətinin inkişafındakı universal xarakterini şübhə altına alan tədqiqatçılar da çoxdur.
Tarix terminləri lüğətiisp. Guanchis
Kanar adalarının qədim əhalisi.
Adalar ispanlar tərəfindən kəşf və işğal edilənədək (1402–1494) Q.-in sayı 20 minə qədər olub. Onlar bərbər dillərinə yaxın dildə danışıblar. Adaların işğalından sonra isə Q.-in əksəriyyəti qırılıb, bir hissəsi kölə kimi digər ölkələrə aparılıb, qalanları ispanlara qarışaraq XVII əsrdə öz dillərini itirib.
Tarix terminləri lüğətilat. gubernatio – idarəetmə, rəhbərliketmə
Rusiyada XVIII əsrin əvvəlindən 1929-cu ilədək əsas inzibati-ərazi vahidi.
İlk Q.-lar I Pyotrun dövründə, 1708-ci ildə yaranıb. Bu ərazi-inzibati vahidinə qubernator başçılıq edib. Q.-lar, öz növbəsində, qəzalara bölünüb. Bəzi hallarda bir neçə Q. general-qubernatorluqda birləşdirilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından bir müddət sonra Q. sistemi Azərbaycana da şamil edilib. Azərbaycanlıların məskunlaşdıqları ərazilər müxtəlif Q.-lar arasında bölünüb. Kutaisi Q.-sı istisna olmaqla Azərbaycan torpaqları hissə-hissə Cənubi Qafqazdakı bütün Q.-ların (Şamaxı, Bakı, Yelizavetpol (Gəncə), İrəvan, Tiflis) tərkibinə daxil edilib. Q.-lar 1929-cu ildə ləğv olunub.
Tarix terminləri lüğətifr. les Enragès
Böyük Fransa inqilabının ifrat sol siyasi cərəyanının nümayəndələri – şəhər plebeylərinin ideoloqlarına (J.Ru, T.Leklerk, J.Varle və b.) verilmiş ad.
“Q.” kütləvi inqilabi terrorun və dövlətin sosial-iqtisadi münasibətlərə fəal müdaxiləsinin tərəfdarı olublar. Onlar bütün malların qiymətlərinin maksimum həddini müəyyənləşdirən qanunun qəbul edilməsini, alverə görə ölüm hökmünün tətbiqini, ölkədən qaçmış inqilab düşmənlərinin ailə üzvlərinin girov götürülməsini, keçmiş imtiyazlı təbəqə nümayəndələrinin hərbi və dövlət strukturlarından uzaqlaşdırılmasını və s. tələb ediblər. “Q.” jirondistlərə qarşı mübarizədə öncə yakobinçilərlə müttəfiq olublar, lakin 1793-cü ilin yazında jirondistlər devrildikdən sonra keçmiş müttəfiqlər arasında ziddiyyətlər kəskinləşib. 1793-cü ilin payızında “Q.”-ın rəhbərləri yakobinçilər tərəfindən həbs olunduqdan sonra onların fəaliyyəti iflic vəziyyətinə düşüb.
Tarix terminləri lüğətifars. qul – kölə
1. Quldarlıq quruluşunda quldarın (sahibinin) tam əmlakı sayılan, bütün hüquqlardan və istehsal vasitələrindən məhrum edilmiş insan.
Quldarın Q.-un həyatı və əməyinin nəticələri ilə istədiyi kimi davranmaq hüququ olub. Q. əməyi – bəşər tarixində insanın insan tərəfindən istismarının ilk və ən kobud formalarından biri sayılır.
2. Məcazi mənada asılı, əzilən, basqı altında olan insana münasibətdə də işlədilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – oğlan, qul
1. Orta əsrlərdə bir sıra müsəlman ölkələrində qullar.
2. Abbasilər xilafətində xəlifə Məmun (813–833) dövründə yaradılmış daimi süvari qvardiya.
Bu qvardiya xaricdən satın alınmış, başlıca olaraq türk mənşəli gənc qullardan ibarət olub. Bəzi orta əsr müsəlman dövlətlərində saray qvardiyasının əsgərləri də Q. (yaxud məmlüklər) adlandırılıb.
3. Orta əsrlərdə Osmanlı dövlətində qeyri-nizami feodal qoşununun sıravi əsgərləri.
4. Dehli sultanlığında türk mənşəli hökmdarlar.
Q. 1206–1290-cı illərdə hakimiyyətdə olublar.
Tarix terminləri lüğətiTəqribən e.ə. 500–321-ci illərdə Afinada mövcud olmuş demokratik idarəetmə formasının tarixşünaslıqda adı.
Dünyada ilk demokratik sistem hesab olunan Q.D.-nda hər bir vətəndaş dövlətin idarə olunmasında iştirak etmək hüququna malik olub, bəzi hallarda isə bu hətta onun borcu sayılıb. Q.D.-nın çiçəklənmə dövründə Afina vətəndaşlarının 1/3-i bu və ya digər dövlət vəzifəsini tutub. Hazırda Qərb ölkələrindəki ən yüksək səviyyəli demokratiyalar belə vətəndaşların bu cür kütləvi şəkildə dövlətin idarə edilməsində iştirakını təmin edə bilmir və Q.D. ilə müqayisədə oliqarxik xarakter daşıyır. Buna baxmayaraq, Afinadakı Q.D. da məhdud demokratiya olub, çünki yalnız azad vətəndaşlar üçün nəzərdə tutulub. Əhalinin əksəriyyətini təşkil edən qullara və qadınlara isə siyasi hüquqlar verilməyib. Məhz bu səbəbdən həmin demokratiya Q.D. adlandırılır.
Tarix terminləri lüğətiBəşəriyyət tarixində ilk sinifli cəmiyyət.
Q.Q.-nda iki əsas sinif: quldarlar və qullar mövcud olub. Bu quruluş quldarın həm torpaq, həm də qul üzərində tam hökmranlığına əsaslanıb. Belə ki, quldarın mülkiyyəti olan qul “danışan əmək aləti” sayılıb. Quldarın heç bir əvəz ödəmədən qulun əməyinin bütün nəticələrini mənimsəmək hüququ olub. Q.Q. e.ə. IV–III minilliklərdə Şərqdə (Mesopotamiya və Misirdə) yaranıb. Tarixən quldarlığın iki forması olub: patriarxal və klassik (antik). Əsasən, Şərq ölkələri üçün xarakterik sayılan patriarxal quldarlıqda kölə heç də başlıca istehsal qüvvəsinə çevrilməyib, ayrı-ayrı sahələrdə isə qul əməyinin xüsusi çəkisi kifayət qədər aşağı olub. Şərqdə qul əməyindən daha çox ev təsərrüfatında və məişətdə istifadə edilib. Patriarxal quldarlıqda quldarlar əmək prosesində bəzən öz qulları ilə bərabər çalışıblar. Q.Q. e.ə. V–IV əsrlərdə Qədim Yunanıstanda, e.ə. II əsrdə isə Romada yetkinlik zirvəsinə çatıb. Məhz həmin mərhələ klassik quldarlıq dövrü adlanır. Q.Q. təxminən eramızın III–V əsrlərində tarixi səhnədən çıxsa da, onun bir çox təzahürləri uzun müddət dünyanın müxtəlif bölgələrində özünü göstərib.
Tarix terminləri lüğətiər. – toxuma
Keçmişdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda geniş yayılmış ipək parça növü.
Q., əsasən, qırmızı və göy rəngə boyanıb. Azərbaycanın müxtəlif şəhərlərində (Bərdə, Şəki və s.) toxunan belə parçalara xaricdə, ilk növbədə, Avropa ölkələrində böyük tələbat olub.
Tarix terminləri lüğətiqundaq + fars. saz – düzəldən
Keçmişdə tüfəng qundağı və lülə yatağını hazırlamaqla məşğul olan sənətkarlıq növü.
Qundaq və yataq, əsasən, qoz, ağcaqayın, qarağac, nadir hallarda heyva ağacından düzəldilib, onların üzəri isə nəbati və həndəsi naxışlarla bəzədilib. Q. Qafqazda, o cümlədən Azərbaycanda (əsasən, Lahıc, Şəki, Gəncə və Qarabağda) geniş yayılıb.
Tarix terminləri lüğətilat. guardia – mühafizə, müdafiə
İmtiyazlı, seçmə qoşun növü, elit hərbi hissə.
Bu tip hərbi hissələr antik dövrlərdən mövcud olub, lakin Q. termini XII əsrdə yaranıb: ilk dəfə İtaliyada dövlət bayrağını mühafizə edən dəstə belə adlandırılıb. XV əsrdə Fransada, XVII əsrdə İngiltərə, İsveç və Prussiyada, XIX əsrdə Yaponiyada və digər dövlətlərdə Q. yaradılıb. Müasir dövrdə bir çox ölkələrdə dövlət başçısının mühafizə dəstəsi Q. adlanır.
Tarix terminləri lüğətiQədim Məkkənin hakim tayfası.
Q. (yaxud qüreyşlər) 10 qola (nəslə) bölünüblər: üməyya, növfəl, zührə, məhzum, əsəd, cümah, səhm, haşim, təym və ədiy. Hələ islamaqədərki dövrdə ərəblərin ibadət yerinin – Kəbənin Q.-in əlində olması onlara geniş imtiyazlar verib. Məhəmməd peyğəmbər bu tayfanın haşim nəslindən olub. Xilafət yarandıqdan sonra isə Q. bir neçə yüzillik ərzində ərəb imperiyasında hakim mövqe tutublar. Əməvilər və Abbasilər sülalələrinin üzvləri Q. tayfasına mənsubdurlar. Hazırda İordaniyada hakimiyyətdə olan Haşimilər sülaləsinin nümayəndələri də özlərinin Q.-in nəslindən sayırlar.
Tarix terminləri lüğətiQədim dövrlərdə və orta əsrlərdə müdafiə qurğusu, qala divarlarının tərkib hissəsi.
Q., adətən, qala divarından çölə və ya içəriyə doğru çıxıntı şəklində olub. Dairəvi, yarımdairəvi, düzbucaqlı, çoxbucaqlı və s. formalarda inşa edilən Q.-nin diametri bəzən 20 m-ə çatıb və o, qala divarlarından 1,5-2 dəfə hündür olub. Q.-dən müşahidə məqsədilə, eləcə də qoşunların sığınacaq yeri və müdafiənin dayaq məntəqəsi kimi istifadə edilib. Artilleriyanın inkişafı ilə əlaqədar olaraq XVI–XVII əsrlərdən başlayaraq Q. tədricən öz hərbi əhəmiyyətini itirib.
Tarix terminləri lüğəti