Sayan-Altay dağları bölgəsində e.ə. III əsrdən eramızın XIII əsrinədək mövcud olmuş qədim türk xalqı.
Y.Q. müasir xakasların və qırğızların əcdadları sayılır. Onlar haqqında ilk məlumatlara e.ə. 201-ci ilə aid Çin mənbələrində rast gəlinir. Eramızın V–VIII əsrlərində Y.Q. jujanların, Türk və Uyğur xaqanlıqlarının hakimiyyəti altında olublar, XIII əsrdə isə monqolların əsarəti altına düşüblər. Bundan sonra Y.Q.-nın parçalanması prosesi başlayıb. Onların Yenisey çayı hövzəsi və Altay dağlarında qalan hissəsi xakasların əsasını təşkil edib. Digər qismi isə müasir Qırğızıstan ərazisinə köç edərək qırğız xalqının etnogenezində iştirak edib.
Tarix terminləri lüğətiyun. episkopos – nəzarətçi
Pravoslav, katolik və anqlikan kilsələrində ruhanilər üçün üçüncü (patriarx və mitropolitdən sonra) ali dini rütbə.
Bu rütbə, bir qayda olaraq, kilsə inzibati-ərazi vahidlərinin (yeparxiyaların) başçılarına verilir. II əsrin sonundan Y.-lar dini və məhkəmə hakimiyyətini, eləcə də xristian icmasının əmlakına nəzarət hüququnu ələ keçiriblər. IV əsrdən isə onların iyerarxiya üzrə bölgüsü prosesi başlayıb. Protestant kilsələrində də Y.-lar təyin olunur, yaxud seçilir, lakin burada onlar ruhani deyil, inzibati funksiyalar yerinə yetirən şəxslər sayılır.
Tarix terminləri lüğətilat. “Societas Jesu” – “İsa cəmiyyəti”
1534-cü ildə Parisdə xırda ispan zadəganı İqnati Loyola tərəfindən yaradılaraq 1540-cı ildə papa tərəfindən təsdiq olunmuş katolik rahib ordeninin üzvləri.
Reformasiyanın böyük uğurlar qazandığı dövrdə təsis edilmiş orden kontrreformasiyanın əsas silahına çevrilib. Katolisizmin müdafiəsi və yayılmasına, papa hakimiyyətinin möhkəmləndirilməsinə çalışan Y. missioner fəaliyyətini genişləndirərək elm, təhsil, gənclərin tərbiyəsi məsələlərinə fəal müdaxilə ediblər. Fəaliyyətlərinin daha uğurlu alınması üçün onların çoxu dünyəvi həyat tərzi sürüb və öz mənsubiyyətlərini gizli saxlayıb. XVI əsrdə Avropada möhkəmləndikdən sonra Y. Hindistan, Yaponiya, Çin və Filippinə nüfuz ediblər, XVII əsrin əvvəlində isə Paraqvayda Yezuitlər dövlətinin əsasını qoyublar. Lakin siyasi proseslərə fəal müdaxilə XVIII əsrdə onların bir sıra Avropa ölkələrindən (Portuqaliya, Fransa, İspaniya və s.) qovulmasına gətirib çıxarıb, 1773-cü ildə isə papa XIV Klement ordeni formal cəhətdən ləğv etməli olub. Bununla belə, XIX əsrin əvvəlində Avropada feodal rejimlərin bərpası dövründə Y. ordeni yenidən (1814) fəaliyyətə başlayıb. Y. dünyada dəyişən şəraitə məharətlə uyğunlaşmağı bacarırlar, bu səbəbdən müasir dövrdə də mövcudluqlarını davam etdirirlər. Hazırda Y.-in nəzarəti altında yüzlərlə mətbuat orqanı, onlarla ali və orta təhsil müəssisəsi fəaliyyət göstərir.
Tarix terminləri lüğətiİvrit, idiş və ladino (ispan yəhudilərinin dili) dillərində danışan yəhudilərin əlifbası.
Tarixi qaynaqlar Y.Y.-nın artıq e.ə. XI əsrdə mövcud olduğunu göstərir. Bu əlifba ilə sağdan-sola yazılmış ən qədim abidələr isə e.ə. X əsrə aid edilir. Y.Y.-nın Finikiya əlifbası əsasında yaradıldığı ehtimal olunur. Y.Y.-nda da Finikiya əlifbasındakı kimi erkən mərhələdə sait səsləri göstərən hərflər olmayıb, yalnız VII–VIII əsrlərdən başlayaraq saitləri diakritik işarələrlə – hərəkələrlə göstərməyə başlayıblar.
Tarix terminləri lüğətiİnsanın qidada istifadə olunan yabanı meyvələrin, giləmeyvələrin, yeməli bitki köklərinin, balın, molyuskların, həşəratların və s.-nin toplanmasından ibarət ən qədim təsərrüfat fəaliyyəti formalarından biri.
İbtidai icma quruluşu dövründə Y. ovçuluq və balıqçılıqla birlikdə mənimsəmə təsərrüfatının (təbiətin verdiyi hazır məhsulların mənimsənilməsi) əsasını təşkil edib. Y.-la, bir qayda olaraq, qadınlar məşğul olub. Onun sonrakı inkişafı toxa əkinçiliyinin yaranması ilə nəticələnib. Y. Cənubi Amerikanın tropik bölgələrində yaşayan hindu tayfaları və Avstraliya aborigenlərinin bir hissəsi arasında indi də qalır.
Tarix terminləri lüğətiing. yeomen, yeomanry
XIV–XVIII əsrlərdə İngiltərədə xırda azad torpaq sahibləri.
Centrilərdən fərqli olaraq torpağı özləri əkib-becəriblər. XVII əsrin ortalarına kimi Y. ingilis kəndlilərinin əsas hissəsini təşkil ediblər. Y. İngiltərə burjua inqilabında (XVII əsr) mütləqiyyətə qarşı mübarizədə fəal iştirak ediblər və ölkədə vətəndaş müharibəsi dövründə (1642–1660) parlament ordusunun özəyi onlardan ibarət olub. XVIII əsrdə kapitalist münasibətlərinin inkişafı nəticəsində Y.-in mövcudluğuna son qoyulub. U.Şekspir, İ.Nyuton mənşəcə Y.-dən olublar.
Tarix terminləri lüğətiE.ə. 46-cı ildə Yuli Sezar tərəfindən tətbiq edilmiş tarixin hesablama sistemi (köhnə üslub).
Y.T.-ni əslən isgəndəriyyəli olan yunan astronomu Sozigen tərtib edib. Burada sıra sayı dördə bölünən illər uzun illər sayılır; başqa sözlə: ilin orta uzunluğu 365,25 gün hesab edilir. Bu isə tropik ildən 0,0078 gün uzun olduğu üçün hər 400 ildə 3 gün xəta yaranır. Həmin səbəbdən 1582-ci ildən başlayaraq Y.T. Qriqori təqvimi ilə əvəz olunmağa başlanıb. Y.T. ilə Qriqori təqvimi arasında fərq XVIII əsrdə – 11, XIX əsrdə – 12, XX əsrin əvvəlində isə 13 gün təşkil edib.
Tarix terminləri lüğətiE.ə. X–VIII əsrlərdə Finikiya əlifbası əsasında yunanların yaratdıqları yazı.
Ən qədim Y.Y. abidələri e.ə. VIII–VII əsrlərə aid edilir. Qədim Y.Y. müasir yunanlar tərəfindən də istifadə olunur. İnkişaf prosesində ona sait səsləri bildirən yeni hərflər əlavə edilib və hərflərin yazılış istiqaməti dəyişdirilərək soldan-sağa çevrilib.
Tarix terminləri lüğətiing. unionists
1. Böyük Britaniyanın mühafizəkarlar partiyasının üzvləri.
Partiyanın rəsmi adı “Mühafizəkar və yunionist təşkilatların milli ittifaqı”dır (The National Union of Conservative and Unionist Associations).
2. Şimali İrlandiyada fəaliyyət göstərən “Yunionist” partiyasının (The Unionist Party), eləcə də ona yaxın qrup və təşkilatların üzvləri.
Tarix terminləri lüğəti