Oğuz mənşəli türk tayfası.
A. sözünün əski forması “alpoğut” (“alpoqut”) olub. Əski türk diilində “alp” – igid, ərən, qoçaq, “ğut” (“qut”) isə cəm, toplum anlamını verir. Görkəmli filoloq Mahmud Kaşğari (1029–1105) “Divanü lüğat-it-türk”də bu terminin mənasını belə açıqlayır: “Təkbaşına düşmənə qalib gələn, ələ keçməyən igid”. Öncə səlcuq tayfa ittifaqına (XI–XIV əsrlərdə) daxil olan A.-lar Səlcuq dövlətinin süqutundan sonra XV əsrdə Qaraqoyunlu tayfa birliyinin tərkibinə keçiblər. Qaraqoyunlu dövlətinin süqutunun (1468) ardınca onlar Ağqoyunlulara, XVI əsrin əvvəlində isə qızılbaşlara qoşulublar. Səfəvilər dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynayan A.-lar I Şah Abbasın (1587–1629) dönəmində Şirvan və Qarabağa köçürülüblər. Bu bölgələrdə onlara geniş torpaq sahələri verilib. Qarabağ və Aran ərazisində bir çox kəndlərin A. adlanması da bununla izah olunur. A.-lar azərbaycanlıların etnogenezində iştirak ediblər.
Tarix terminləri lüğətiyun. amazones < a – inkar bildirən nitq hissəsi + mazos – süd vəzisi (qədim rəvayətə görə, A. kamandan daha rahat tutmaq və sərrast ox atmaq məqsədilə sağ süd vəzilərini yandırırdılar)
Qədim yunan mifologiyasında Kiçik Asiyada, Qafqazın Qara dəniz sahillərində, eləcə də Azov dənizi ətrafında məskunlaşmış və qonşu ölkələrə yürüşlər edən cəngavər qadınlar.
Herodot, Plini, Vergili, Stephanos kimi tarixçilər Temiskiray (Terma) bölgəsinin A.-ın ana yurdu olduğunu qeyd edirlər. Qafqaz A.-ı haqqında əfsanələr məlumdur. Onların romalılara qarşı mübarizədə Qafqaz albanlarına yardım etməsi barədə rəvayətlər də var. “Dədə Qorqud” dastanında A. “alp qızları” kimi göstərilir. Bir sıra mənbələrdə A.-ın Azərbaycan ərazisində də yaşadıqları iddia olunur.
Tarix terminləri lüğətiyun. amphitheatron < amphi – iki tərəfdən, dairəvi + theatron – tamaşa yeri
1. Qədim yunan teatrında tamaşaçılar üçün, əsasən, təpələrin yamacında salınan və pillə-pillə qalxan yarımdairə formalı oturacaq yerləri.
2. Qədim Romada mitinqlər, teatr tamaşaları, qladiator döyüşləri və vəhşi heyvan oyunları üçün istifadə edilən, dairəvi və ya ellips formalı monumental tikili.
A.-ın ortasında arena, arenanın ətrafında isə pillə-pillə qalxan tamaşaçı yerləri olub. Bir sıra A.-lar dövrümüzədək qalıb. Romadakı Kolizey və Afinadakı Dionis teatrı klassik A. nümunələri hesab olunur.
3. Müasir teatr, sirk və konsert zallarında parterdən müəyyən hündürlükdə yerləşən və pillə-pillə qalxan oturacaq yerləri.
Tarix terminləri lüğətiyun. anabaptizo – hərfi mənası: yenidən xaç suyuna çəkmə
XVI əsrdə Reformasiya dövründə Qərbi və Mərkəzi Avropada yayılmış ən radikal dini təriqətlərdən biri.
A.-in sosial bazasını şəhər plebeyləri, kəndlilər, bürgerlərin radikal hissəsi təşkil edib. Bu təriqət uşaqların xaç suyuna salınmasını rədd edib, anabaptist icmasına qoşulanların şüurlu yaşda yenidən, ikinci dəfə xaç suyuna salınması tələb olunub. Təriqətin adı da buradan yaranıb. A. hər cür kilsə təşkilatı və iyerarxiyasına, habelə ikonalara pərəstişə qarşı çıxıb. Vergiləri ödəməkdən və hərbi xidmətdən imtina edən A. tərəfdarları var-dövlət və sosial bərabərsizlik əleyhinə olublar. Onlar əmlak ümumiliyinin tətbiqini və Yer üzündə “İsa Məsihin minillik ədalət çarlığının” bərqərar olunmasını tələb ediblər. Belə radikal tələblərə görə A. ardıcılları təkcə katoliklərin deyil, bəzi hallarda hətta protestantların da təqiblərinə məruz qalıblar. Sonradan A. bir sıra müstəqil qollara parçalanıb. Həmin təriqətin ideyaları müasir baptizmin formalaşmasında mühüm rol oynayıb.
Tarix terminləri lüğətiAparıcı rolun qadınlara, xüsusilə də ailəyə başçılıq edən analara mənsub olduğu cəmiyyət forması.
Tarixdə A. dövrünün mövcudluğu barədə fərziyyə ilk dəfə XIX əsrdə J.Lafito, İ.Baxofen və L.Morqan tərəfindən irəli sürülüb. Onların fikrincə, Üst Paleolit dövründən Tunc dövrünün başlanğıcına kimi tarixdə qadınların hökmranlığı baş verib. Lakin müasir tədqiqatçıların tam əksəriyyəti bu fikirdədir ki, konkret faktlarla mövcudluğu təsdiqlənmiş A. cəmiyyəti olmayıb. Həmin tədqiqatçılara görə, söhbət yalnız tarixi inkişaf prosesinin müəyyən mərhələlərində, məsələn, yığıcılıqdan əkinçiliyə keçid dövrünün başlanğıcında qadınların cəmiyyətdəki rolunun bir qədər artmasından gedə bilər. Lakin toxa əkinçiliyindən şumlama əkinçiliyinə və maldarlığa keçid yenidən qadınların sosial rolunun zəifləməsinə gətirib çıxarıb.
Tarix terminləri lüğətiyun. anarchia – hakimiyyətsizlik
Əsas ideyası hər cür dövlət hakimiyyətini inkar etməkdən və hər bir şəxsiyyətin qeyri-məhdud azadlığının təbliğindən ibarət olan ictimai-siyasi cərəyan, ideologiya.
A. öz ideoloji kökləri etibarilə qədim yunan (Antifont – e.ə. V–IV əsrlər, Sinoplu Diogen – e.ə. IV əsr) və qədim Çin fəlsəfəsinə (Lao-Tszı – e.ə. VI–V əsrlər) bağlıdır. Müasir A. isə XIX əsrin 40-cı illərində Qərbi Avropada təşəkkül tapıb, onun banisi fransız siyasətçisi və filosofu Pyer Prudon hesab olunur. A.-in əsas xüsusiyyətləri özünü dövlətə münasibətdə göstərir. Bu cərəyanın tərəfdarları dövləti şər (zülm, müharibələr, repressiyalar, sosial müftəxorluq) mənbəyi hesab edirlər. Onlar dövləti vətəndaşların könüllü assosiasiyası ilə əvəzləmək ideyasını irəli sürürlər. A. “birbaşa təsir” taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş kütləvi aksiyalarına, həmçinin “ölümlə təbliğat”a – terrorçuluğa xüsusi əhəmiyyət verir. A. 1870-ci illərdə Rusiyada geniş vüsət almış xalqçılıq hərəkatının nəzəriyyə və praktikasına ciddi təsir göstərib. M.Bakunin və P.Kropotkin Rusiyada A.-in ən görkəmli nümayəndələri hesab olunur. Rus anarxistləri 1905–1907-ci illər inqilabında və 1918–1921-ci illər vətəndaş müharibəsində fəal iştirak ediblər.
Tarix terminləri lüğətitürk. anayasa < ana – əsas + yasa – qanun
Ölkənin dövlət quruluşunu, siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını, hakimiyyət və idarəetmə orqanlarının təşkili və fəaliyyət prinsiplərini, seçki sistemini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyənləşdirən əsas qanun.
A. ali hüquqi qüvvəyə malik olur. Formasına görə yazılmış və yazılmamış A.-lar mövcud olur. Yazılmış A. vahid normativ akt (dünya ölkələrinin əksəriyyətində), ya da bir neçə konstitusion qanunun toplusu (məs.: İsveç və İspaniyada) formasında olur. ABŞ-ı çıxmaq şərti ilə, əsasən, anqlosaks hüquq sisteminə daxil olan ölkələr üçün xarakterik olan yazılmamış A. isə çoxsaylı qanunlarda öz əksini tapmış ayrı-ayrı konstitusion normaların, eləcə də adətlərin məcmusundan ibarətdir (məs.: Böyük Britaniyada). Qədim yunan şəhərlərində qəbul edilən bəzi qanunlar (məs.: Solon və Klisfen qanunları) A.-ların prototipi sayılır. Müasir mənada ilk A. 1787-ci ildə Delaver ştatı tərəfindən ratifikasiya edilmiş ABŞ A.-sı hesab olunur.
See also:
Tarix terminləri lüğətilat. anima – ruh
Ruhlara sitayiş.
A.-ə görə, insanlar, heyvanlar, maddi aləmin digər cisim və hadisələri müstəqil və qeyri-məhdud ruhlar tərəfindən idarə olunur. A.-in yaranması və inkişafı ibtidai insanların təbiət qüvvələrinə qarşı mübarizədə acizliyi ilə bağlı olub. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və bu kimi hadisələri bədəndəki ruhun fəaliyyəti ilə əlaqələndirib. Azərbaycan ərazisində ilk animistik təsəvvürlər e.ə. V–IV minilliklərdə yaranıb. Qədim Azərbaycan adətinə görə, pərvanəni öldürmək günah hesab olunub, çünki pərvanə evə gəlmiş dədə-baba ruhu sayılıb. A.-in bir çox ünsürləri xristian, islam və s. dinlərə keçib. A. ilkin formasında dünyanın ən ucqar bölgələrində ictimai inkişafda geri qalmış tayfalar arasında öz mövqelərini bu gün də saxlayır. A. terminini elmi dövriyyəyə ilk dəfə XVIII əsrin əvvəlində alman alimi Georq Ştal daxil edib.
Tarix terminləri lüğətifr. enclave – qıfıllama
Beynəlxalq hüquqda bütöv bir dövlətin ərazisinin başqa bir dövlətin quru ərazisi ilə, yaxud dövlətin ərazisinin bir hissəsinin digər dövlətin (dövlətlərin) quru ərazisi ilə tam əhatə olunması.
A.-a nümunə kimi ərazisi tamamilə Cənubi Afrika Respublikası tərəfindən əhatə olunmuş Lesotonu və ya Türkiyə, İran, Naxçıvanla həmsərhəd Naxçıvan Muxtar Respublikasını göstərmək olar. Dövlətin ərazisinin bir hissəsi digər dövlətin quru ərazisi ilə əhatə olunsa da, əgər onun dənizə çıxışı varsa, buna yarımanklav deyilir. Sonuncuya Anqolanın Kabinda dairəsini misal göstərmək olar: Kabinda Anqolanın əsas ərazisindən Konqonun Kinşasa vilayəti ilə ayrılsa da, onun Atlantik okeanına çıxışı var.
Tarix terminləri lüğəti