fr. guillotine – Fransa parlamentinin üzvü J.Gilyotenin soyadından
Böyük Fransa inqilabı dövründə, 1792-ci ildə tətbiq edilməyə başlanmış edam dəzgahı.
Milli Assambleyanın üzvü, həkim J.Gilyotenin təklifi ilə hazırlanmış bu dəzgah sonralar Almaniya və İtaliyada da məhbusları baş kəsməklə edam etmək üçün geniş istifadə olunub. İtaliyada G.-in tətbiqi 1870-ci, Almaniyada 1949-cu, Fransada isə 1981-ci ildə qadağan edilib.
Tarix terminləri lüğətiyun. gymnasion – gimnastik hərəkətlər üçün zal, idman zalı
Orta ümumtəhsil məktəbi.
İlk G. Almaniyada 1538-ci ildə yaranıb, sonra isə bütün Avropa ölkələrində geniş yayılıb. Klassik G.-larda yunan və latın dillərinin tədrisinə xüsusi fikir verilib. Çar Rusiyası dövründə Azərbaycanda iki (Bakıda və Gəncədə) klassik G. fəaliyyət göstərib, lakin 1920-ci ildə bolşevik işğalından sonra onların fəaliyyəti dayandırılıb. SSRİ-nin süqutundan sonra Azərbaycanda G.-lar yenidən bərpa olunub.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. gymnasion – gimnastik hərəkətlər üçün zal, idman zalı
Qədim Yunanıstanda və ellinizmin yayıldığı Şərq ölkələrində tamhüquqlu vətəndaşların uşaqları (16-18 yaşlarında) üçün nəzərdə tutulmuş təhsil müəssisəsi.
E.ə. V–IV əsrlərdə G.-lər daha geniş yayılıb və dövlətin, yaxud ictimaiyyətin hesabına saxlanılıb. Palestranı bitirdikdən sonra şagirdlər G.-lərdə elmi biliklərini (siyasət, fəlsəfə, ədəbiyyat və s. sahələrdə) zənginləşdirməklə bərabər, fiziki hazırlıqla da məşğul olublar. Burada, bir qayda olaraq, zəngin ailələrin uşaqları təhsil alıblar. Yaşlılar üçün isə G. bir yerə toplaşıb xəbərləri bölüşmək, filosof və alimlərin çıxışlarını dinləmək üçün məkan rolunu oynayıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiMisdən hazırlanmış dar və uzunboğazlı su qabı.
Hələ qədimdən Qafqaz xalqları, o cümlədən azərbaycanlılar arasında G. geniş yayılıb. Onun boğazı ilə gövdəsini birləşdirən uzun dəstəyi su daşıyan zaman çiyinə keçirilir. Çiyinə alınan səhəngdən fərqli olaraq G.-ün gövdəsi nisbətən yumru olur. Bu qabın üzəri həndəsi və nəbati fiqurlarla bəzədilir. Keçmişdə məişətin ən zəruri əşyalarından sayılan G.-dən Azərbaycanın bəzi bölgələrində indi də istifadə edilir.
Tarix terminləri lüğətiAzərbaycanda Araz və Kür çayları arasında, Xəzər dənizinə yaxın ərazidə yerləşmiş tarixi vilayət.
G.-də taxıl, düyü, pambıq və s. becərilib, əhali göllərdə balıq, habelə quş ovundan xeyli gəlir götürüb. Mənbələrdə bu vilayətin adının «Guştaspi», «Guştasfi» kimi formalarına da rast gəlinir.
Tarix terminləri lüğətiGürcülərin istifadə etdikləri müstəqil yazı sistemi, əlifba.
G.Y.-nın yaranma tarixi qədim gürcü mənbələrində e.ə. III əsrə aid edilsə də, son tədqiqatlar onun V əsrin əvvəllərində şərqi arami yazısı əsasında tərtib olunduğunu göstərir. Hazırda G.Y.-nda 33 (5 sait və 28 samit) hərf var. Ən qədim G.Y. abidələri V əsrə aid kitabələr hesab olunur.
Tarix terminləri lüğəti