Dairəvi məxməri yarpaqları olan bitki sortu.
Yarpaqlarının yuxarı hissəsində aydın seçilən qırmızı zolaqlar, mərkəzdən və kənarlardan açıq-yaşıl ləkələr görünür. Yarpağın alt hissəsi moruq rəngli olub, açıq çəhrayı xətlidir. Vətəni Mərkəzi və Cənubi Amerikanın bataqlıq meşələridir. Ü.M. bəzi kölgə olan yerlərdə qala bilər. Bitki gün aşırı su səpməyə ehtiyac duyur. Ü.M. üçün ideal rütubət 30-40% olduğuna görə nəm gilli dibçəklərdə yaxşı inkişaf edir. Sulama tez-tez, isti və ya ilıq su ilə olmalıdır. Torpağını daim nəm saxlamaq və böyümə zamanı qurumamasına xüsusi diqqət etmək lazımdır. Payız-qış aylarında gec-gec – torpaq quruduqdan 1-2 gün sonra sulamaq lazımdır.
Biologiya terminlərinin izahlı lüğətiMeyvə cisminin rüşeyminin periferik qatının diferensasiyası yolu ilə əmələ gələn bütün angiokarp ali bazidiomiset göbələklərin bürüncəyi.
Ü.B. meyvə cisminin yetişməsi zamanı dağılaraq ayaqcığın əsasında volvo əmələ gətirir və adətən papaqcıqda toxumanın hissələrini saxlayır.
Biologiya terminlərinin izahlı lüğətilat. cor
Onurğalı heyvanlarda və insanda qan-damar sisteminin mərkəzi orqanı.
Balıqlarda 2, suda-quruda yaşayanlarda və sürünənlərdə (timsah istisnadır – 4 olmaqla) 3, quşlarda və məməlilərdə isə 4 kameradan ibarət olur. Ü.-in kameraları qulaqcıqlar və mədəciklərdir. Ü.-i olmayan canlılarda onun funksiyasının divarları qalınlaşmış damarlar yerinə yetirir.
Biologiya terminlərinin izahlı lüğəti