Endokrin sistemin xəstəliyi.
Orqanizmdə hipofiz və hipotalamusun fəaliyyətinin pozulması nəticəsində qanda vazopressin hormonunun azalmasına görə yaranır. Şiddətli yanğı – maye və su qəbulu, həmçinin normadan artıq sidik ifrazı ilə özünü göstərir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. lichenes
Göbələk və yosun növlərinin simbioz (birgə) yaşamaqdan əmələ gəlmiş xüsusi bitki qrupu.
Ş-in geniş yayılan növlərinə – hipohimniya, maral kladoniyası (maral mamırı), İslandiya setrariyası və s. aiddir. Ş. 2 sinfə bölünür: kisəli Ş.-lər və bazidili Ş.-lər.
Biologiya terminlərinin izahlı lüğətilat. rangifer tarandus
Cütdırnaqlılar dəstəsinin gövşəyənlər yarımdəstəsinin dolubuynuzlular (marallar) fəsiləsindən məməli heyvan növü.
Bədəninin uzunluğu 2,2 metr, hündürlüyü 1,4 metr, çəkisi 220 kq-dək olur. Cütləşdikdən sonra buynuzları düşür, aprel-avqust aylarında yenisi çıxır. 2 yaşında cinsi yetkinliyə yetişir. Əsasən Avropa, Asiya və Amerikanın Şimal bölgələrində yayılmışdır. 7 aylıq boğazlıq dövründən sonra 1, bəzən isə 2 bala doğur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin primatlar dəstəsindən insanabənzər meymunlar fəsiləsindən meymun cinsi.
Ş.-nin genetik bazası insanla 98,7% eynilik təşkil edir. Ş.-lərin boyu 1,7 m-ə çatır. Çəkisi 45-80 kq-dək olur. Beyninin həcmi insanın beyninin həcminin yarısını təşkil edir. Avropaya ilk Ş. 1641-ci ildə gətirilmişdir. Ş.-lər hər şey yeyir. Onların əsas qidasını meyvə, yarpaq, həşəratlar və böyük olmayan onurğalılar təşkil edir. Bəzi hallarda digər növ meymunları da parçalayıb yeyirlər. Ş. cinsi 2 növü əhatə edir: adi Ş. və cırtdan Ş. və ya bonabo. Ş.-lər Afrikanın ekvator boyu meşələrində yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətilat. chinchilla
Gəmiricilər dəstəsinin sincabkimilər fəsiləsindən heyvan cinsi.
Bədəninin uzunluğu 22-38 sm-dək olur. Ş. 2 növü əhatə edir: uzunquyruq və ya sahil Ş.-ı və qısaquyruq və ya iri Ş. Vətəni cənubi Amerikada And dağı regionudur. Ş. qiymətli xəzə malikdirlər.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. barbus
Çəkikkimilər fəsiləsindən balıq cinsi.
Azərbaycan sularında 4 növü (terek Ş., Xəzər Ş., zərdəpər və mursa) yayılmışdır. Ş.-in bir çox növləri dekorativ məqsədlə akvariumlarda bəslənilir. Ağızlarının kənarlarında 2 cüt bığı var.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti