Hər hansı bitkinin budağının bir hissəsini və ya tumurcuğunu başqa bitkiyə calamaq.
C. müxtəlif sortların vegetativ yolla çoxaldılmasında əsas üsullardan biridir. C. şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlı sortları artırmaq, meyvəverməni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğətiMeyvəçilikdə və dekorativ bağçılıqda cır və ya becərilən bitkinin alt hissəsi.
Əsasən toxumla, bəzən qələmlə çoxaldılır. Bitkinin normal inkişafi C. ilə calaqüstünün bir-biri ilə qovuşmasından, onların arasında maddələr mübadiləsindən asılıdır. C. calaqüstünün böyüməsinə, inkişafına, davamlı olmasına, eləcə də kök sisteminin inkişafına təsir göstərir.
Biologiya terminlərinin izahlı lüğəti1. Calaq məqsədilə hər hansı bitkidən götürülərək cır və ya becərilən bitkiyə vurulmuş qələm və ya gözcük (tumurcuq).
2. Calaqaltına gözcük və qələmlə calanma nəticəsində inkişaf etmiş bitkinin yerüstü hissəsi.
C.-nün keyfiyyəti ana bitkinin xüsusiyyətindən asılıdır. Bu bitkilər məhsuldar, sağlam, yerli şəraitə davamlı və qələmləri saxlamaya davamlı olmalıdır.
Biologiya terminlərinin izahlı lüğətiCütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan.
C.-ın ağır bədəni, qısa boyu, möhkəm ayaqları, enli başı var. Boğazlıq dövrü 12 aydır. Bədəninin çəpinə uzunluğu 135, döş qucumu 190 sm-dir. Gecyetişən heyvandır. Əsas məhsulu süddür, ətindən və dərisindən də istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğəticanis lupus
Məməlilər sinfi, yırtıcılar dəstəsi itlər fəsiləsi, canavarkimilər ailəsindən heyvan cinsi.
Ev itlərinin əcdadı hesab olunur. Bədəninin uzunluğu 105-160 sm, çəkisi 30-90 kq olur. Yeriyərkən hündürlüyü 60-85 sm-ə qədərdir. Ən çox çöllərdə, xüsusilə mal-qara otarılan yerlərdə olur. Ümumi görünüşü sivri qulaqlı böyük iti xatırladır. Quyruğu uzundur. Rəngi bozdur. Boğaqzlıq dövrü 62-65 gündür, 3-dən 10-13-ədək gözləri qapalı bala doğur. Yırtıcıdırlar. C.-lar əsasən dırnaqlı heyvanlarla qidalandıqları üçün heyvandarlığa və ovçuluğa zərər verirlər.
Biologiya terminlərinin izahlı lüğətilycodan
Suilankimilər fəsiləsindən zəhərsiz ilan cinsi.
Uzunluğu 40-60 sm-dək nazik ilandır. Üst çənədə 4-6 iri dişləri var. 16 növü məlumdur. Gilli, qumlu, çınqıllı yarımsəhralarda yaşayır. Xırda kərtənkələlərlə qidalanır. 2-4 yumurta qoyur. Sayə azdır. İnsan üçün təhlükəsizdir.
Biologiya terminlərinin izahlı lüğətidaphne
İkiləpəlilər sinfi canavargiləsi fəsiləsindən bitki cinsi.
İri kol, az halda ağacdır. Hündürlüyü 1,5 m-ə qədər olur. Yarpaqları sadə, qısa saplaqlıdır. Ağ, çəhrayı, sarımtıl ikicinsiyyətli çiçəkləri topa salxımda yerləşir. Meyvəsi şirəli, qırmızı giləmeyvədir. Azərbaycanda 6 növü məlumdur. Bəzi növləri zəhərlidir.
Biologiya terminlərinin izahlı lüğəticiconiiformes
Quşlar sinfinə aid olan dəstə.
Dəstənin digər adı leyləkkimilərdir. Əsl vağlar, məkikdimdiklilər, balinabaşlılar, leyləklər və ibislərdən ibarət 6 fəsiləsi var. Nümayəndələri görünüşcə müxtəlifdir, əksəriyyətinin dimdiyi, boynu və ayaqları uzundur. Qanadlari enli, quyruğu qısa və dəyirmidir. Yer kürəsinin hər yerində yayılmışdır. Azərbaycanda 14 növü var. Rütubətli yerlərdə yaşayır. Xırda heyvanlarla qidalanır. Faydalı quşlardır.
Biologiya terminlərinin izahlı lüğətigazella subgutturosa
Antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan.
Bədəninin uzunluğu 95-115 sm, çəkisi 18-33 kq olub, çox yaraşıqlıdır. Səhra və yarımsəhralarda yaşayır. Yovşan və müxtəlif ot bitkiləri yeyir, susuzluğa dözümlüdür. Çox cəlddir və sürətlə qaçır. 1-2 bala doğur. Azərbaycanda Şirvan dövlət qoruğunda və korçay yasaqlığında qorunur.
Biologiya terminlərinin izahlı lüğətipetroselinum
İkiləpəlilər sinfi çətirçiçəklilər fəsiləsindən bitki cinsi.
Birilllik və ya ikiillik otlardır. Bir çox ölkələrdə becərilir. Azərbaycanda 2 növü – qıvrım və ya əkin cəfərisi becərilir. Yarpaqları üçər lələkvari bölümlüdür. Çiçəkləri ikicinsiyyətlidir. Toxumunda efir yağı var. Toxumu, yarpağı və otundan sidikqovucu və yelqovucu dərmanlar hazırlanır.
Biologiya terminlərinin izahlı lüğətilacertra agilis
Kərtənkələlər cinsinin bir növü.
Uzunluğu 108 mm-dir. Dünyada 9 yarımnövü var. Azərbaycanda olması mübahisəlidir. Rəngi çox dəyişkəndir. Cavan fərdlər üst tərəfdən qonurumtul-boz, yetkin fərdlərlə isə yaşıl, zeytunu olur. Quraq yerlərdə, uçurumlarda, meşə talalarında yaşayır. Cinsi yetkinliyə ikinci ilində çatır. 1-2 dəfə yumurta qoyur. Cücülərlə qidalanır.
Biologiya terminlərinin izahlı lüğətiparadisaeidae
Sərçəkimilər dəstəsindən quş fəsiləsi.
Dimdiyi qüvvətli, bəzən də uzundur. Quyruğu qısa, düz, yaxud uzun pilləlidir. Rəngi tünd, metal parıltılıdır. Erkəkləri adətən dişilərdən əlvandır. 40 növü var. Meşə quşlarıdır. Oturaq həyat keçirirlər. Ağacda yuvalayır; 2 yumurta qoyur. Toxum, giləmeyvə, xırda meyvə, cücü, qurbağa və kərtənkələ ilə qidalanır.
Biologiya terminlərinin izahlı lüğəticyperaceae
Birləpəli bitki fəsiləsi.
Çoxillik, bəzən birillik ot, az hallarda torpiklərdə ağacvari forması olur. Xətvari yarpaqları qında oturaq, bəzisində reduksiya olunmuşdur. Xırda birtoxumlu dəndir. Azərbaycanda 19 cinsi var. Bəzi növləri torfun əmələ gəlməsində iştirak edir.
Biologiya terminlərinin izahlı lüğəti