Endokrin sistemin xəstəliyi.
Orqanizmdə hipofiz və hipotalamusun fəaliyyətinin pozulması nəticəsində qanda vazopressin hormonunun azalmasına görə yaranır. Şiddətli yanğı – maye və su qəbulu, həmçinin normadan artıq sidik ifrazı ilə özünü göstərir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin cütdırnaqlılar dəstəsindən heyvan növü.
Qamətli və yüngül heyvandır. Möhkəm ayaqları və nazik boynu var. Quyruğu çox qısadır. Buynuzları böyük olmayıb (7-10 sm), qara və hamardır. Bədəninin uzunluğu 125-135 sm, yerdən hündürlüyü 70-80 sm, çəkisi 30-50 kq-a qədərdir. 8-9 yarımnövü var. Bunlardan 1-i – Qafqaz D.K. Azərbaycanda yaşayır. Təbii halda 10 ilə qədər ömür sürür.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin cütdırnaqlılar dəstəsindən heyvan növü.
D.Q. ümumi görünüşünə və buynuzlarının quruluşuna görə qeyri-adi dəyişkənliyə malikdir. 25-ə qədər yarımnövü məlumdur. D.Q.-nun yalına qədər hündürlüyü 65-75 sm-ə və çəkisi 25-40 kq-a qədərdir.
Biologiya terminlərinin izahlı lüğətiCücülər sinfinin düzqanadlılar dəstəsinə aid olan növ.
Geniş yayılmışdır. Yaxşı inkişaf etmiş ön ayaqları qazıcıdır. Torpaqda, daşların altında yaşayır. Yumurtaqoyanı olmur. Bitkilərin cücərtilərini və təzə əmələ gələn yarpaqlarını kəsib tökür. Zərərvericidir.
Biologiya terminlərinin izahlı lüğəti