Quşlar sinfindən ailə.
D. böyük və orta ölçülü quşlardır. Böyük ölçülülər 20-23 kq, kiçikləri isə 1-2 kq-dır. D. çox yeriyir, bərk qaçır və düşməndən ustalıqla gizlənir. Yemlənmədə bitkilərə üstünlük verirlər. Açıq yerlərdə – çöllərdə, savannalarda, səhra və yarımsəhralarda yaşayırlar. Ailənin 24 növü məlumdur.
Biologiya terminlərinin izahlı lüğətiNəsli kəsilmiş nəhəng heyvan növü.
Mezozoy erasında 160 milyon il ərzində Yer kürəsində hakim canlı olmuşdur. Ölçüsünə görə fərqlənən bir çox növləri olub. Ən çox tanınan növü triannozavrdır 65 milyon il əvvəl nəsli kəsilmişdir. Yox olma səbəbi haqqında müxtəlif versiyalar mövcuddur: Yer kürəsinə iri meteoritin düşməsi, iqlim dəyişikliyi və s. “Dinozavr” termini 1842-ci ildə ingilis paleontoloqları tərəfindən təklif edilmişdir.
Biologiya terminlərinin izahlı lüğəti