Məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid olan cins.
M.-ların ölçüləri müxtəlif olur. Adi M.-ın uzunluğu 250-265 sm, yerdən yalına qədər 135-155 sm, kütləsi 300-340 kq olduğu halda, buxara M.-ın bədəninin uzunluğu 78-86 sm, yerdən olan hündürlüyü 56-60 sm və kütləsi 75-100 kq-dır. Nəcib M.-ın 15-18 növaltı məlumdur. Onlar iri addımlarla addımlayırlar. Sıçrayışları 5-6 metrdir, yaxşı üzürlər. Yaxşı iybilmə və səs eşitmə qabiliyyəti var. Bir dəstədə 3-6 baş maral olur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti