Məməlilər sinfindən morjkimilərin yeganə nümayəndəsi.
M.-lar ən böyük pəncəüzgəclilərdir. Şimal yarımkürəsində yaşayırlar. Üst çənədə olan dişlər xüsusən xarakterikdir. Bədəninin uzunluğu 3-4 m-ə, çəkisi isə 1,5 tona qədərdir. M.-lar qütb ətrafında, Şimal Buzlu okeanı dənizlərinin dayaz yerlərində, qonşu Atlantikanın bəzi sahələrində və Berinq dənizində yaşayırlar.
Biologiya terminlərinin izahlı lüğətiGülçiçəklilər fəsiləsinə aid bitki cinsi.
M. çoxillik köklər üzərində kol şəklində bitir. Bu köklər üzərində uzunluğu 1 m-ə qədər olan 2 illik yerüstü gövdələr bitir. Çiçəkləri ağ rəngdə olur. Meyvələri zoğlar üzərində olur. M.-un giləmeyvələri lətli və dadlıdır.
Biologiya terminlərinin izahlı lüğətiMaddəni təşkil edən elementar quruluş vahidi.
M.-lar atomlardan, atomlar isə öz növbəsində proton, elektron və neytronlardan ibarətdir. M. hər hansı bir maddənin xassələrini özündə əks etdirən ən kiçik quruluş vahididir. Bəsit maddələrdən bir çoxunda (əsasən metallar) bu xassəni M.-lar deyil, atomlar əks etdirir.
Biologiya terminlərinin izahlı lüğəti