Xordalılar tipinin kəlləlilər yarımtipinə aid olan sinif.
Dünyada 9 mindən çox növü yayılmışdır. Q. müxtəlif ekoloji qruplaşmalar əmələ gətirir. Q. təkamüldə sürünənlərdən başlanğıc götürmüşdür. Heyvanlar aləmin ən sonda əmələ gələn sinifdir. Uçmaqla əlaqədar olaraq Q.-da bir sıra uyğunlaşmalar (qanadlar, yüngül lələk örtüyü, sidik kisələrinin olmaması, içərisi boş – pnevmatik sümüklər, hava kisələri, çəkisini azaltması üçün sağ yumurtalığın olmaması – reduksiyası və d.) əmələ gəlib.
Biologiya terminlərinin izahlı lüğətilat. sorbus
Gülçiçəklilər fəsiləsinə aid olan bitki cinsi.
Hündürlüyü 15 m-ə çatan ağac və kollardır. Yarpaqları iridir. Meyvəsi kürəşəkilli və ya oval formalıdır. Giləmeyvələr açıq qırmızı, kiçik tumludur. Dağlıq yerlərdə kol şəklindədir. Oduncağından digər işlərdə istifadə edilir. Dünyada 50-dək, Azərbaycanda 11 növü (adi Q., Böyük Qafqaz Q., Türkiyə Q., ira Q. və s.) yayılmışdır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiBəzi quşlarda çinədanının içəri divarından qopan epiteli toxumasına yemin qarışmasından əmələ gələn duru sıyıq formalı kütlə.
Bu sıyıq südə bənzədiyinə görə ona Q.S. adı verilmişdir. Ümumiyyətlə isə, süd heyvanlar aləmində yalnız məməlilər sinfinin nümayəndələri üçün xarakterikdir.
Biologiya terminlərinin izahlı lüğəti