lat. “ubiqie” – hər yerdə
Tamamilə müxtəlif ətraf mühitdə birgə yaşamağa uyğunlaşan bitki və heyvan növləri.
Məsələn, qamış yer üzərində Afrikadan tropiklərədək bütün su hövzələrində gilli və qumlu torpaqlarda bitir; canavar tundradan yarımsəhra və səhralaradək yayılmışdır. Bir çox hallarda kosmopolit növlər ilə eyni məna kəsb etsə də, yaşama arealının məhdudluğu ilə onlardan seçilir.
Biologiya terminlərinin izahlı lüğətilat. exocoetidae
Sarqanlar (sarqanabənzərlər) dəstəsindən balıq fəsiləsi.
Uzunluğu 45 sm-ə çatan balıqlardır. Sakit okeanın tropik sularında yaşayırlar. Təbii düşmənlərinin təqibindən qaçmaq üçün iri və enli döş üzgəclərinin köməyi ilə suyun səthindən ayrılaraq 100-120 m-lik məsafəni qət edə bilir. Adı da buradan götürülmüşdür.
Biologiya terminlərinin izahlı lüğətilat. pteromynae dalman
Gəmiricilər dəstəsinin sincablar fəsiləsinin yarımfəsiləsi.
30 növü, 12 cinsi əhatə edir. Dünyanın tropik bölgələrində yaşayırlar. Azərbaycana yaxın ərazilərdə 1 növü – adi U.S. qeydə alınmışdır. Yayda 2-3 çılpaq, kor, aciz bala doğur.
Biologiya terminlərinin izahlı lüğəti