lat. proboscidea
Məməlilər sinfinin dəstələrindən biri.
Yalnız Fillər fəsiləsini əhatə edir. Hazırda Yer üzərində 2 növü vardır: Afrika filləri və Hindistan filləri.
lat. adonis
İkiləpəlilər sinfinin qurdboğan (qaymaqçiçəklilər) fəsiləsindən bitki cinsi.
Birillik və çoxilllik zəhərli otlardır. Dünyada 20, Azərbaycanda isə 5 növü (bahar X., Volqa X., yay X. və b.) yayılmışdır.
İnsanda və ali onurğalı heyvanlarda bir sıra orqanlarda daxili qişanın törəmələri.
Nazik bağırsağın selikli qişasının törəmələri də X.-a aiddir. Rüşeym qişasının çıxıntıları da X. adlanır.
Camış balası.
lat. varicorhinis
Çəkiyəoxşarlar dəstəsinin çəkikkimilər fəsiləsindən sümüklü balıq cinsi.
Bədəninin uzunluğu 60 sm, çəkisi 2 kq olur. Azərbaycanda adi X. növünə daha çox təsadüf olunur.
lat. chrysomonadales
Qızılı yosunlar sinfi.
Dünyada 500 növü əhatə edən 70 cinsi yayılmışdır.
Xromatinin hüceyrə şirəsində həll olması.
yun. “chroma” – rəng; “meros” – hissə
Xromosom telində nöqtəvari və ya dənəciklər halında xırda cisimciklər.
Xromatidlərin tərkibinə daxil olan DNT-dən ibarət incə tellər.
yun. “chromatos” – rəng, boya; ”protein” – zülal
Rəngli mürəkkəb zülallar.
Mutasiya nəticəsində xromosom ucunun itməsi.
Xromosomun bir ucundan sentromerə qədər olan sahəsi.
Xromosomlarda genlərin ardıcıllığını göstərən sistem.
Xromosom çatışmazlığı və ya artıqılığı nəticəsində yaranan xəstəliklər.
Məsələn, polisomiya, monosomiya, Daun, Klaynfelter, Terner sindromları və b.
Bir xromosomun quruluşunda, müxtəlif xromosomlararası və xromosomların miqdarında baş verən irsi dəyişilmələr.