Hərəkəti koordinasiya edən beyin şöbəsi.
Üzəri qırışlıdır. Arxa kəllə çuxurunda uzunsov beynin və beyin körpüsünün arxasında yerləşir. Digər funksiyaları: müvazinəti və əzələ tonusunu tənzim etmək. Balıqlarda, quşlarda və məməlilərdə yaxşı, suda-quruda yaşayanlarda isə pis inkişaf etmişdir.
Biologiya terminlərinin izahlı lüğətilat. melissa
Dodaqçiçəklilər fəsiləsindən bitki cinsi.
Çoxillik otdur. Çiçəkləri xırda ikidodaqlıdır. Meyvəsi 4 bölümlü fındıqcadır. Azərbaycanda bir növü var. Çiçəkləri açıq-sarı, ağ və ya çəhrayı olur. Yarpağında və zoğlarının ucunda limon iyi verən efir yağları hazırlanır.
Biologiya terminlərinin izahlı lüğətilat. vidaceae
İkiləpəlilər sinfindən bitki fəsiləsi.
Ot, kol və bəziləri ağac bitkiləridir. Birillik və çoxillik olurlar. Yarpaqları növbə ilə düzülür. İkicinsli çiçəkləri tək-tək, yaxud qruplarda yerləşir. Çiçək üzvlərinin sayı 5-dir. Meyvələri açılan qutucuqdur. Dünya üzrə 850 növündən, 22-si Azərbaycanda yayılmışdır. Dekorativ bağçılıqda, ətriyyatda və əczaçılıqda istifadə edilən növləri vardır.
Biologiya terminlərinin izahlı lüğətilat. tetrax tetrax
Doydaqlar fəsiləsinin bir növü.
Uzunluğu təqribən 43-50 sm, çəkisi 0,6-1 kq-dır. Lələkləri bel tərəfdən tünd-qonur, çilli və zolaqlı, qarnının altı ağdır. Kürtyatma zamanı yerdəki yuvasına 3-5 yumurta qoyur. Ov quşudur. Azaldığı üçün mühafizə edilir.
Biologiya terminlərinin izahlı lüğəti1. zoo. Buğumayaqlı heyvanların başında lamisə (toxunma) və qoxubilmə orqanı.
Sap, qıl, təsbeh, çomaq və daraq şəklində olur.
2. bot. Lianlarda (dırmaşan və sarmaşan bitkilər) dayağa istinad etmək üçün sapşəkilli orqan.
B. zoğ və yarpağın şəkildəyişməsi kimi bitkilərdə həm də çoxalma orqanı ola bilər.
Biologiya terminlərinin izahlı lüğətilat. protura
İlk qanadsız həşəratlar dəstəsi.
200-dən çox növü məlumdur. Uzunluğu 0,5-2 mm-dir. Qanadı, gözü, bığcığı olmur. Önə doğru yönələn birinci cüt ətraflar lamisə orqanına çevrilmişdir. İsti iqlimli ərazilərdə ağac qabığı altında və rütubətli yerlərdə yaşayır.
Biologiya terminlərinin izahlı lüğətilat. barbus
Çəkikkimilər fəsiləsindən balıq cinsi.
Azərbaycan sularında 4 növü (terek şirbiti, Xəzər şirbiti, zərdəpər və mursa) yayılmışdır. B.-ın bir çox növləri dekorativ məqsədlə akvariumlarda bəslənilir. Ağızlarının kənarlarında 2 cüt bığı olduğuna görə cinsin adı burdan götürülmüşdür.
See also:
Biologiya terminlərinin izahlı lüğətilat. coturnix
Qırqovullar fəsiləsindən quş növü.
Bədəninin uzunluğu 16-20 sm, çəkisi 80-145 q-dır. Beli qonur, tünd və açıq xallarla örtülüdür. Azərbaycanda geniş ərazilərdə yayılmışdır. Köçəri ov quşudur. Yumurtaları insan orqanizmi üçün çox faydalıdır.
Biologiya terminlərinin izahlı lüğətiyun. “bi” – iki
Bioloji növləri ikiqat latın adları ilə adlandırma.
İlk dəfə K.Linney tərəfindən təklif edilmiş, sələfləri tərəfindən sistemləşdirilmişdir. B.N. bitki və heyvanların təsnifatlandırılmasını çox asanlaşdırır. İkiqat latın adlarında birinci söz cinsin, ikinci söz isə növün adını müəyyən edir. Azərbaycanca tərcüməsində isə əksinə – birinci söz növün, ikinci söz isə cinsin adını göstərir. Asparagus verticullatus (topayarpaq qulançar), Asparagus officinalis (dərman qulançarı) B.N. adlandırmalarında Asparagus (qulançar) cinsin adıdır.
Biologiya terminlərinin izahlı lüğəti