Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

şihan

türkcə

Relyefdə yaxşı seçilən tənha təpə.

Ş.-lar qədim yerüstü və sualtı yüksəkliklərin geoloji qalıqlarıdır; məsələn, Volqa və Uralətrafı Ş.-lar qədim dənizlərdəki riflərin qalıqları hesab olunur. Onların bəzilərinin hündürlüyü 200 metrə çatır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şimal

Üfüqün dörd əsas cəhətindən biri.

Yerin Şimal qütbü yerləşən istiqaməti göstərir və cənuba əks cəhətdir. İxtisar edildikdə Ş, yaxud Şm, kompas və beynəlxalq xəritələrdə N kimi işarələnir. Azimutu 0°-yə bərabərdir.

Coğrafiya terminləri lüğəti

Şimal qütb dairəsi

Şimal yarımkürəsində 66°33’ şimal paraleli.

Yer kürəsinin xəritələrində əks olunan beş əsas paraleldən biridir. Ş.Q.D.-ndən şimala tərəf olan ərazi Arktika adlanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Şimal qütbü

Yerin xəyali fırlanma oxunun Şimal yarımkürəsində onun səthi ilə kəsişdiyi nöqtə.

Yerin iki coğrafi qütbündən biridir. Şimal Buzlu okeanının mərkəzində yerləşir. Bu yerdə okeanın dərinliyi 4 min metrdən artıqdır. Ş.Q.-nün coğrafi koordinatı 90°00′00″ şimal enliyidir. Qışda orta temperatur -40°C, yayda 0°C-yə yaxındır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şimal-qərb

Üfüqün aralıq cəhətlərindən biri, şimal ilə qərb arasında yerləşən cəhət.

İxtisar edildikdə Ş-Q, kompas və beynəlxalq xəritələrdə N-W kimi işarələnir. Azimut dərəcəsi 315°-dir.

Coğrafiya terminləri lüğəti

şimal-qərb keçidi

Qərbi Avropa sahillərindən başlayıb şimal-qərb istiqamətində Atlantik okeanından, Kanada-Arktika arxipelaqı dənizlərindən, Berinq boğazından keçərək Çin sahillərinə gedən dəniz yolu.

Ş.-Q.K.-ni birinci olaraq 1903-1906-cı illərdə norveçli qütb tədqiqatçısı Rual Amundsen keçib.

Coğrafiya terminləri lüğəti

şimal-şərq

Üfüqün aralıq cəhətlərindən biri, şimal ilə şərq arasında yerləşən cəhət.

İxtisar edildikdə Şm-Ş, kompas və beynəlxalq xəritələrdə N-E kimi işarələnir. Azimut dərəcəsi 45°-dir.

Coğrafiya terminləri lüğəti

şimal-şərq passatı

alm. passat – yaymaq, yayılmaq

Şimal yarımkürəsinin okean üzərində subtropik yüksək təzyiq qurşağından (25°-30° şm.e.) ekvatora doğru hava kütlələrinin axını.

Ş.-Ş.P. bütün ilboyu müşahidə edilir.

Coğrafiya terminləri lüğəti