Gündüz dərələrdən dağlara (dərə küləkləri), gecə isə dağlardan dərələrə (dağ küləkləri) əsən küləklər.
Belə küləklər hava dövranı sistemində dağ yamacları və dərələr üzərində yaranan temperatur və təzyiq fərqi nəticəsində əmələ gəlir. D.-D.K. gündüzlər buludların əmələ gəlməsinə, gecələr çəkilməsinə şərait yaradır.
Coğrafiya terminləri lüğətiEndogen qüvvələrin təsiri altında dağların formalaşması prosesi.
Geoloji tarixdə beş D. mərhələsi olub. Baykal qırışıqlığı zamanı planetin ən qədim platformaları yaranıb. Kaledon və Hertsin qırışıqlıqları zamanı Yerdə ən qədim dağlar – Tyan-Şan, Böyük Suayırıcı, Appalaç, Kap, Baykalətrafı, Skandinaviya, Ural və s., Mezozoy erasında Kimmeri qırışıqlığı mərhələsində Kun-Lun, Tibet, Verxoyansk, Sixote-Alin, qismən Kordilyer və s. dağlar əmələ gəlib. Planetin ən cavan dağları Kaynozoy erasında – Alp qırışıqlığı mərhələsində yaranıb: bu mərhələdə And, Himalay, Qafqaz, Atlas, Hindiquş, Kopetdağ və s. dağlar formalaşıb.
Coğrafiya terminləri lüğəti1. Dəniz səviyyəsinə və ətraf ərazilərə nisbətən xeyli hündürdə yerləşən, dağ silsilələri, massivlər və yaylalardan ibarət geniş ərazi.
D.Ö.-də müsbət və mənfi relyef formaları kəskin şəkil alır. Belə ölkələrin mürəkkəb konfiqurasiyası, təbii sərhədləri və adı olur: Alp, Qafqaz, Pamir, Sayan və s. D.Ö. dağ sistemi ilə üst-üstə düşə və ya bir neçə dağlıq ölkə bir dağ sistemi yarada bilər.
2. Ərazisinin böyük hissəsi dağlardan ibarət olan ölkə, digər böyük inzibati ərazi vahidi.
İsveçrə, Çili, Qırğızıstan, Nepal və s. D.Ö.-lərə misal ola bilər.
Coğrafiya terminləri lüğətiOkean, dəniz və göllərin su qatlarında təzyiq fərqi nəticəsində yaranan dalğalar.
Belə təzyiq fərqinə dərinlik artdıqca suyun temperatur və duzluluğunun dəyişməsi səbəb ola bilər. D.D.-ların əmələ gəlməsi üçün böyük enerji lazım deyil, buna görə, adətən, onlar zəif olur. Bəzən D.D. xarici təsirdən (tektonik proseslər, qabarma və çəkilmə hadisələri, davamlı güclü külək) də törəyir. O, müvəqqəti axınlar yaradır və səth dalğalarına təsir göstərir. D.D. səth dalğasının əksinə hərəkət etdikdə onu qısaldır və dəniz həmin yerdə nahamar, tünd görünür, bu dalğalar eyni istiqamətdə hərəkət etdikdə isə səth dalğaları uzanır və dəniz hamar, şəffaf görünüş alır.
Coğrafiya terminləri lüğətiYer qabığının mənfi temperatura malik, əsrlər, minilliklər boyu donu açılmayan səthə yaxın hissəsi.
D.D. üçün temperaturun həmişə 0°C-dən aşağı, süxurlardakı suyun isə buz halında olması səciyyəvidir. Hər hansı ərazidəki D.D.-un çox uzun tarixi dövrü əhatə etməsi süxurlarda yaxşı vəziyyətdə saxlanılmış qədim heyvan cəsədləri ilə təsdiqlənir. D.D. qlobal hadisədir, o, Yerin quru səthinin təxminən 14%-ni əhatə edir, Amerika, Avropa, Asiyanın şimalında, Şimal Buzlu okeanı adalarında və Antarktidada geniş yayılıb. D.D.-un maksimum qalınlığı Şərqi Sibirdə Marxi çayının yuxarı axınında müşahidə olunur (1,5 km).
Coğrafiya terminləri lüğəti1. Okeanda, dənizdə, göldə və s.-də su hissəciklərinin tarazlıq səviyyəsi ətrafında dövri tərəddüdü, su səthinin rəqsi hərəkəti.
D. küləyin, atmosfer təzyiqinin, qabarmanın, sualtı zəlzələ və vulkan püskürmələrinin, su nəqliyyatının hərəkətinin təsiri ilə, bir sıra digər səbəblərdən yarana bilər. D.-nı yaradan amillərə görə qabarma, külək və sunami D.-ları; D.-nın mövqeyinə görə səth və daxili D.-lar; uzunluğunun dənizin dərinliyinə olan nisbətinə görə qısa və uzun D.-lar fərqləndirilir. D. hündürlüyü, zirvəsi, uzunluğu, ətəyi, periodu və sürəti ilə səciyyələndirilir.
2. Bax: seysmik dalğalar.
Coğrafiya terminləri lüğəti