fr. metis < lat. misceo – qarışıq
İrqlərarası nikahdan törəyən nəsil.
Amerikada hindularla avropoidlərin, Orta Asiyada monqoloidlərlə avropoidlərin övladlarına M. deyirlər. M.-lər Mərkəzi Amerika və Vest-Hind regionlarında yaşayan əhalinin böyük hissəsini təşkil edirlər.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiÜfüqi istiqamətdə tədricən aşağı düşmə, yaxud yuxarı qalxma, habelə şaquli istiqamətdə üfüqi müstəvi ilə 90°-lik bucaqdan yana əyilmə.
M. dərəcəsi faiz, yaxud promillə ifadə olunur. Yamacın M.-i onun iki nöqtəsi arasında hündürlük fərqinin bu nöqtələri ayıran məsafəyə (uzunluğa) olan nisbəti ilə ölçülür; məsələn, əgər dağın iki nöqtəsi arasında 100 metr məsafədə hündürlük fərqi 14 metrdirsə, onun yamacının M.-i 14%-ə, yaxud 0,12‰-ə bərabərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. mesos – orta + yun. lithos – daş
Paleolit və Neolit dövrləri arasında orta Daş əsri.
M. dövrü üçün kiçik daş alətlər, ox-yay kimi silahlar, qədim insanların ən bəsit formada əkinçiliyə və maldarlığa keçid cəhdləri xarakterikdir. M.-in yaşı müxtəlif ərazilərdə fərqlidir. Yaxın Şərqdə o, XII-IX minillikləri əhatə edir, Avropada isə 10 min il əvvəl başlanıb, 7-5 min il əvvəl bitib. Yerin geoloji tarixində isə M. Kaynozoy erasının Dördüncü dövrünün Holosen epoxasına təsadüf edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. mesos – orta + yun. sphaira – təbəqə
Atmosferin stratosferlə termosfer arasında yerləşən təbəqəsi.
Təqribən 50 km-dən 80-85 km-dək yüksəklikdə yerləşir. M. havanın temperaturunun yüksəklikdən asılı olaraq təxminən 0°C-dən -90°C-dək azalması ilə səciyyələnir. Burada yuxarı qalxdıqca stratosfer və termosferdən fərqli olaraq temperatur aşağı düşür.
Coğrafiya terminləri lüğətiyun. mesos – orta + yun. zoo – həyat
Yerin geoloji inkişaf tarixində Fanerozoy eonunun ikinci erası, orta mərhələsi.
M. başlanğıc dövrü haqqında müxtəlif fərziyyələr mövcuddur. O, maksimum 252 mln. il əvvəl başlanıb, 67-65 mln. il əvvələ qədər davam edib. Bu era üç dövrə: Trias, Yura və Təbaşirə bölünür. M. erasının çöküntüləri bütün qitələrdə yayılıb. Azərbaycan ərazisində Kiçik və Böyük Qafqaz ərazisində Yura və Təbaşir yaşlı süxurlar Yer səthinə çıxır. M. erasını ilk dəfə 1841-ci ildə ingilis geoloqu Ceyms Fillips ayırıb.
Coğrafiya terminləri lüğətiYer qabığının Mezozoy erasında formalaşmış süxurları.
Bu eranın əsas tektonik hadisəsi Pangeya supermaterikinin şimal və cənub hissələrinə (Lavrasiya və Hondvana) parçalanması olub, eranın sonunda isə qitələr, demək olar, müasir görünüşünü alıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal
Müəyyən ehtiyacı ödəmək üçün insanlar tərəfindən məqsədyönlü şəkildə dəyişdirilmiş, yaxud yaradılmış coğrafi landşaft.
Səhraların suvarılan torpaqlarındakı vahələr, çöl zonasında zəmilər, tropik enliklərdə banan plantasiyaları, qırılmış meşənin yerində tarlalar, quraqlıq ərazilərdə salınmış meşələr və s. M.L.-lara misaldır.
Coğrafiya terminləri lüğəti