Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

növ

1. Müəyyən areala malik təbii populyasiya qrupu.

Areal N.-ü səciyyələndirən əsas göstəricilərdəndir, çünki onun inkişaf tarixi ilə sıx bağlıdır. Coğrafi xüsusiyyətlərinə görə N.-lər geniş yayılmış, yaxud endemik (məhdud areala malik) olur. Eyni zamanda kiçik bir ərazidə yaşayan N. sonradan öz arealını genişləndirə, yaxud əksinə, geniş yayılmış N. zaman keçdikcə arealını daralda bilər. Coğrafi cəhətdən izolə edilmiş N.-lər də var: məsələn, Şpitsbergen adasında yaşayan xırda marallar.

2. Coğrafi sistemləşdirmədə: coğrafi obyektlərin təsnifatında struktur vahidi; məs.: landşaft növləri, buludların növləri, xəritələrin növləri.

Coğrafiya terminləri lüğəti

növbəli əkin

Tarlalarda müəyyən vaxt ərzində torpağın münbitliyini bərpa etmək və məhsuldarlığını yüksəltmək üçün müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkininin elmi əsaslandırılmış qaydada növbələnməsi üsulu.

Bitkilərin bioloji xüsusiyyətləri və onların torpağın xassələrinə təsiri sahəsində tədqiqatlar göstərir ki, intensiv əkinçilik şəraitində kənd təsərrüfatı bitkilərinin növbələnməsi iqtisadi cəhətdən səmərəli və zəruridir. N.Ə. üsulundan dağ yamaclarında torpaq eroziyasının qarşısını almaq üçün də istifadə olunur.

Coğrafiya terminləri lüğəti

nunatak

eskimos. nuna – tənha + eskimos. tak – zirvə

Buzlaq örtüyü üzərində yüksələn tənha qaya və ya qayalı dağ zirvələri.

N.-lar materik buzlaqlarının kənar hissələri üçün xarakterikdir və Qrenlandiya ilə Antarktidada geniş yayılıb. N. terminini elmə 1870-ci illərin sonlarında İsveç geoloqu Adolf Erik Nordenşeld daxil edib.

Coğrafiya terminləri lüğəti

nefelin

yun. nephele – bulud

Heksaqonal sinqoniyada kristallaşaraq sıx dənəli aqreqatlar, nadir hallarda qısa prizmatik kristallar əmələ gətirən mineral.

Adətən rəngsiz, çəhrayı, boz, yaşılımtıl olur. Süxur əmələ gətirən mineraldır.

Coğrafiya terminləri lüğəti

nasturan

yun. nastos – sıxlaşdırılmış + lat. uranium – uran

Mineral; uraninitin bir növü.

Kəskin radioaktivdir. Uranın ən geniş yayılmış və uran filizlərinin əsas sənaye minerallarından biridir.

Coğrafiya terminləri lüğəti

natrolit

lat. natrium + yun. lithos – daş

Zeolitlər qrupuna aid mineral.

Rombik və nadir hallarda tetraqonal sinqoniyada kristallaşır. Adətən iynəvarı kristallar, radial-şüalı, lifli aqreqatlar halında tapılır. Rəngsiz, ağ, bozumtul, sarımtıl olur. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

nefrit

yun. nephros – böyrək, qədimdə nefritin böyrək xəstəliklərini müalicə etməsi güman olunurdu

Mineral; tremolitaktinolitin sıx aqreqatı.

Rəngi açıq-yaşıldan tünd-yaşıladək dəyişir, çox vaxt xal-xal olur. Qədimdən məmulat daşı kimi (xüsusilə Asiya ölkələrində) işlədilir.

Coğrafiya terminləri lüğəti

nikelin

Heksaqonal sinqoniyada kristallaşaraq adətən dənəli sal kütlələr əmələ gətirən mineral.

Rəngi açıq misi-qırmızı olur. Metal parıltılıdır.

Coğrafiya terminləri lüğəti

nordmarkit

İsveçdə yer adından

1. Tam kristallik maqmatik süxur.

Tərkibində qələvi çölşpatları (təqribən 80%), kvars (10%-dək), biotit, diopsid, aksessor minerallardan zirkon, sfen, apatitfiliz mineralları iştirak edir.

2. Mineral; stavrolitin bir növü.

Coğrafiya terminləri lüğəti

norit

norv. norit; Norge – Norveç sözündən

Əsas tərkib hissəsində monoklinik piroksen əvəzinə rombik piroksen olan qabbro.

N.-in tərkibində hər iki piroksen iştirak etdikdə süxur qabbronorit adlanır. Tikinti materialı kimi istifadə edilir.

Coğrafiya terminləri lüğəti

nefelinli siyenit

Kaliumlu çölşpatı (65-70%), nefelin (20%-dək) və rəngli minerallardan (biotit və qələvi piroksenamfibollar) ibarət qələvi süxur.

Tam kristallik, ortadənəli, nadir halda iridənəli olur. Ştok, lakkolit, damar və s. əmələ gətirir. Maqmatik mənşəlidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti