lat. pumex – köpük
Ağ və ya boz rəngli, yüksək məsaməli, yüngül vulkan şüşəsi.
Vulkan püskürmələri zamanı buxar və qazlarla zəngin lavanın şişməsi və tez soyuması nəticəsində əmələ gəlir. İslanmayınca suda batmır, yaxşı istilik izolyatoru, soyuğa qarşı davamlıdır. Kimya sənayesində, sement və beton istehsalında P.-dan istifadə edilir.
Coğrafiya terminləri lüğətilat. paene – təxminən + ing. plain – düzənlik
Uzun geoloji dövr ərzində süxurların aşınması və denudasiyası nəticəsində qədim dağların yerində əmələ gələn düzənlik sahə.
P.-in digər düzənliklərdən fərqi məhz onun ilkin relyef formasını itirdikdən sonra düzənliyə çevrilməsidir. Belə sahələrdə üzəri qalın aşınma qabığı ilə örtülmüş müxtəlif faydalı qazıntı yataqlarına tez-tez rast gəlinir P. terminini elmə XIX əsrin sonunda Amerika alimi Uilyam Deyvis daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətifr. perle – mirvari
1. Vulkan mənşəli dağ süxuru.
P. – tərkibində suyun həcmi 1%-dən çox olan vulkanik şüşədir. Onu parçalayanda mirvari kimi parıldayan kiçik kürəciklərə bölünür. Parçalanmış P.-i 900-1000°C-yə qədər qızdırdıqda isə o şişir, 10-20 dəfə genişlənir. P.-dən beton istehsalında, həmçinin izolyasiya materialı qismində istifadə olunur.
2. Dəmir-karbon ərintilərinin (polad, çuqun) tərkibinə daxil olan, xırda ferrit və sementid hissəciklərindən ibarət qatışıq.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiPerm – Rusiyanın Avropa hissəsinin şərqində şəhərin adından
Paleozoy erasının axırıncı dövrü.
Müxtəlif elmi mülahizələrə görə, təxminən 300-290 mln. il əvvəl başlanıb, 38-50 mln. il davam edib. Hertsin qırışıqlığı (Uralda, Tyan-Şanda, Qərbi Avropanın bəzi rayonlarında dağəmələgəlmə prosesinin yekunlaşması) bu dövrdə baş verib. P.D. termini elmə 1841-ci ildə britaniyalı geoloq Roderik Murçison tərəfindən Perm yaxınlığında aparılmış geoloji tədqiqatlar nəticəsində daxil edilib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. petros – daş + yun. grapho – yazıram
Süxurlar haqqında elm.
P. süxurların mineraloji və kimyəvi tərkibini, quruluşunu, yatım şəraitini, əmələgəlmə və yayılma qanunauyğunluqlarını öyrənir. Bu elmdə, əsasən, mikroskopik tədqiqat üsulundan istifadə olunur. P.-nın XIX əsrin ortalarında bir elm sahəsi kimi formalaşmasında britaniyalı geoloq Henri Sorbinin tədqiqatlarının böyük rolu olub.
Coğrafiya terminləri lüğətiQravitasiya qüvvəsinin təsiri altında kosmik fəzada müəyyən trayektoriya (orbit) üzrə digər obyektin (planetin) ətrafında fırlanan səma cismi.
Səma cismi hansı obyektin ətrafında dövrə vurursa, onun P.-i hesab olunur. Böyük və kiçik (cırtdan) planetlərin onlarca P.-i var. Yer planetinin yeganə P.-i Aydır.
Coğrafiya terminləri lüğəti