Yazıda sözlər və ya söz qrupları arasında qoyulan işarələr: nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual işarəsi (?), nida işarəsi (!), mötərizə ( ), dırnaqlar (« »), tire (–).
Yazının düzgün qavranılmasına xidmət edən durğu işarələrinin səhv qoyulması cümlənin məzmununa birbaşa təsir edir; məsələn: O kitabı verdi. O, kitabı verdi.
İbtidai siniflər üçün terminlər lüğətiKəmiyyətin rəqəmlərlə, hərflərlə, xüsusi işarələrlə şərti ifadəsi; formul.
Məsələn, kvadratın perimetrini tapmaq üçün P = 4 x a düsturundan istifadə edilir. Burada «a» kvadratın bir tərəfinin ölçüsünü, «4» ədədi isə kvadratın tərəflərinin sayını ifadə edir.
İbtidai siniflər üçün terminlər lüğəti