Bəzi riyazi əməllərin mötərizə içində verildiyi ədədi ifadə.
Belə ifadələrdə əvvəlcə mötərizənin içindəki əməl yerinə yetirilir. Onun cavabı tapıldıqdan sonra digər əməllər ardıcıllıqla yerinə yetirilir. Beləliklə, mötərizənin içindəki əməl ədədi ifadənin vahid bir komponenti kimi çıxış edir.
23 x (54 - 40) = 23 x 14 = 322
İbtidai siniflər üçün terminlər lüğətiMuğamın vokal-instrumental şəkildə bütün hissələrinin (şöbə, guşə, rəng, təsnif) tam, bütöv şəkildə ifası.
Azərbaycan muğam dəstgahları bunlardır: «Rast», «Şur», «Segah», «Çahargah», «Bayatı-Şiraz», «Mahur-hindi», «Orta Mahur», «Mirzə Hüseyn Segahı», «Zabul Segahı», «Xaric Segah», «Şüştər», «Hümayun».
İbtidai siniflər üçün terminlər lüğətiCümlədə haqqında danışılan şəxsi və əşyanı bildirən, kim? nə? hara? suallarına cavab verən baş üzv; məsələn: Nəzrin rəqsə gedir. Kağızlar yerə səpələnmişdi. Bakı gözəl şəhərdir.
Mübtəda xəbərlə birlikdə cümlənin qrammatik əsasını təşkil edir və o, cümlə üzvlərinin heç birindən asılı deyil.
İbtidai siniflər üçün terminlər lüğəti