Hər hansı əsərin yaradıcısı olan şəxs.
Əşyanın konkret miqdarını bildirən və neçə? nə qədər? suallarına cavab verən saylar; məsələn: yeddi, on beş, otuz, yüz on və s.
Avaz ilə oxuyan, nəğməkar, xanəndə.
Müəyyən mövqeyi ifadə edən fikir; bir-biri ilə bağlı olan mülahizələr zənciri.
Məsələn: «Fəsillərin dəyişməsi Yer planetinin Günəş ətrafında dövr etməsi nəticəsində yaranır».
Tərəfləri müxtəlif ölçüyə malik olan üçbucaq.
Hər hansı bir əsərin, kitabın əvvəlində verilən izahedici məqalə; giriş.
İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən yaranan cümlə; məsələn: Yaxınlıqdakı kolluqdan xışıltı səsi gəldi, əsgər cəld silahını götürdü.
Həmçinin bax:
Bölənlərinin sayı ikidən çox olan natural ədəd; məsələn: 6, 15, 64 və s.
İki və daha artıq sözün birləşməsindən əmələ gələrək yeni məna bildirən sözlər; məsələn: kəklikotu, asta-asta, giriş-çıxış və s.
İki ölçüsü – eni və uzunluğu olan səth.
Bütün nöqtələri bir müstəvi üzərində olan fiqurlar; məsələn: üçbucaq, dairə, paraleloqram və s.
Həm folklora, həm də uşaq oyunlarına əsaslanan hərəkətli oyunlar.
Əsasən, komediya xarakterində olan musiqili səhnə əsəri.
Müzikl estrada və məişət musiqisinin, xoreoqrafiya və opera sənətinin müxtəlif ifadə vasitələrini özündə birləşdirir. Müzikl dram və ya faciə xarakterli də ola bilər.