Yüngül atletikanın bir növü: qaçma yarışı.
Qaçışın sürətli, asta, marafon, kross və s. növləri vardır.
Misra və ya beytlərin sonunda səslərin həmahəngliyi.
Qafiyə şeirə melodiklik verir, onu tez yadda saxlamağa imkan yaradır.
Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları,
Sınamışam dostu-yarı. (S.Vurğun)
Ulduzlar sistemi.
Qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Bir çox ulduzlar Günəş sistemi kimi planetar sistemə malikdir.
Bir ədədi digərinə bölərkən qalan kəmiyyət.
17:5=3 (qalıq - 2)
Bölənin bölünənin tərkibində tam ədəd dəfə yerləşməməsi; məsələn: 20 : 3 = 6 (qalıq – 2).
Bölənin bölünənin tərkibində tam ədəd dəfə yerləşməsi; məsələn: 20 : 4 = 5.
Dilin arxa hissəsində yaranan saitlər.
[ a ], [ ı ], [ o ], [ u ]
Həmçinin bax:
Bir və ya bir neçə oktava arasında artan və ya azalan ardıcıl səslər sırası.
Yarışın əvvəlki mərhələlərində daha böyük uğur qazanmış iştirakçının sonrakı mərhələdə daha əlverişli vəziyyətdə olması.
Dartımlı-simli musiqi aləti.
Qanun trapesiya formasında olur, 72 simi var.
Ucları, kənarları birləşdirilmiş fiqur.
Qış fəslində müxtəlif formada yağan donmuş su kristalları.
Dağlarda yığılan qarların qoparaq ətəklərə doğru sürətli hərəkəti.
Əsas rənglərin qarışığından alınan rənglər: narıncı, yaşıl, bənövşəyi və s.
Məsələn, yaşıl rəng göy və sarı rənglərin qarışığından alınır.
Üzərində dilləri olan iki taxtaya bərkidilmiş açılıb-yığılan körüklərdən ibarət musiqi aləti.
Bu alət Almaniyada K.Buşman tərəfindən ixtira edilmişdir.