İnternet şəbəkəsində yerləşən və müəyyən məzmuna malik olan özəl ünvan.
Saytlar məzmununa görə müxtəlif növlərə bölünür: şirkət saytları, xəbər saytları, dövlət qurumu saytları, tədris saytları və s.
Həmçinin bax:
Dartımlı-simli Azərbaycan musiqi aləti.
Sazın qoluna 10-14 pərdə bağlanır, 8-10 sim qoşulur, mizrabla çalınır. Saz aşıq musiqisində əsas musiqi alətidir.
Xanalarında ədədlərin müəyyən qanunauyğunluqla düzüldüyü kvadrat.
Bu kvadratın diaqonalları, sütunları və sətirləri üzrə xanalardakı rəqəmləri toplayanda eyni ədəd alınır.
Altı pillə məsafəsində interval; verilmiş səsdən sonra altıncı pillə.
İki pillə məsafəsində interval; verilmiş səsdən sonra ikinci pillə.
Güclü leysan yağışları, qar və buzların əriməsi və s. səbəblərdən qəflətən yaranan palçıqlı-daşlı su axını.
Suyun donma nöqtəsindən qaynama nöqtəsinədək 100 dərəcəyə bölünmüş termometr şkalası.
Selsi temperaturu ölçmək üçün dünyada ən geniş istifadə olunan şkaladır və °C ilə işarə edilir.
ABŞ, Fransa və digər dövlətlərdə ali qanunverici orqan; parlament.
Toxunma vasitəsilə müəyyən informasiya proseslərinin icrasına, eləcə də əməliyyatların aparılmasına xidmət edən ekran.
100 kiloqrama bərabər çəki vahidi.
Bir dövlətin digər dövlətdə olan yüksək dərəcəli diplomatik nümayəndəsi, elçisi.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və müalicə olunması işlərini həyata keçirən sahə.
Səhiyyə dövlət fəaliyyətinin bir istiqaməti olub əsas məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir.
Bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən susuz geniş çöl.
Dünyanın ən böyük səhrası Afrikanın şimalını əhatə edən Böyük səhradır.
Kökləri dərin olmayan, susuzluğa davamlı bitkilər; məsələn: kaktus, saksaul, jajoba və s.
Səslənmə uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq).
İki səkkizlik not bir çərək nota bərabərdir.