Üzərinə sim çəkilmiş alətlər: skripka, gitara, tar, kamança, ud, qanun, violonçel, kontrabas və s.
Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür: mizrabla çalınanlar, kamanla çalınanlar, barmaqla çalınanlar (dartımlı) və zərblə çalınanlar.

Deyilişi və yazılışı müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlər; məsələn: gözəl – qəşəng – göyçək; arzu – dilək – istək; iri – böyük – nəhəng; atmaq – tullamaq və s.
Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Sinonimlər dilin zənginliyini göstərən əlamətlərdən biridir.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğəti