Öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən və ya yazdıqlarından gətirilən dəqiq çıxarışlar.
Sitatlar yazıda dırnaq içərisində verilir vә müəllifi göstәrilir; məsələn: M.Ə.Rəsulzadə demişdir: «Bir kərə yüksələn bayraq bir daha enməz!»
İbtidai siniflər üçün terminlər lüğətiKağız üzərində olan informasiyanı (mətni, şəkli və s.) şəkil kimi kompüterə daxil edən qurğu.
Skaner surətçıxaran aparatdan fərqli olaraq görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Bu faylı kompüterin yaddaşında saxladıqdan sonra onun üzərində işləmək, dəyişdirmək, elektron poçtla göndərmək və s. mümkündür.
