1. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu.

2. Divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası.
Tağ yarımdairə, çatma, nalvarı və s. formalarda olur.

7 həndəsi fiqur (fərqli böyüklükdə 5 üçbucaq, 1 kvadrat və 1 paraleloqram) vasitəsilə müxtəlif fiqurların (insan, heyvan, əşya və s.) düzəldilməsindən ibarət zəka oyunu.
Tanqramın iki əsas şərti var: 7 fiqurun hamısından istifadə olunmalı və fiqurlar üst-üstə qoyulmamalıdır.

Folklor janrlarından biri: hər hansı bir əşya və ya hadisənin bənzətmə yolu ilə təsviri.
Tapmacada açar sözlər verilir ki, bu da cavabı tapmağa kömək edir. Tapmacalar nəzm və nəsr şəklində olur; məsələn: Mən gedirəm, o da gedir (kölgə).
O yanı qaya, bu yanı qaya,
İçində sarı maya (yumurta).
İbtidai siniflər üçün terminlər lüğətiƏşyaların sayını ifadə etmək üçün qrafik təsvir forması.
Burada tel adlanan düz xətlərdən istifadə olunur. Hər tel bir ədəd əşyanı göstərir. Beş sayı 4 şaquli və 1 diaqonal tel vasitəsilə ifadə olunur. Beləliklə, tellər çox sayda əşyanı beş-beş olmaqla asanlıqla saymağa kömək edir.
İbtidai siniflər üçün terminlər lüğəti