Cümlədə müraciət olunanı bildirən söz və ya söz birləşməsi.
Xitab, əsasən, insana müraciətlə işlədilir: «Oğlum, bu kitab çox maraqlıdır». Bədii əsərlərdə, xüsusilə şeirlərdə cansızlara müraciət məqsədilə də işlədilə bilər: «Duman, salamat qal, dağ, salamat qal». (M.Araz).
İbtidai siniflər üçün terminlər lüğətiEynicinsli varlıqları bir-birindən fərqləndirən adlar.
Xüsusi isimlərə ad və soyadlar, ləqəb və təxəllüslər, coğrafi adlar, əsər adları, heyvanlara verilən xüsusi adlar və s. aiddir; məsələn: Hüseyn Cavid, Azərbaycan, Qırat, Yupiter, «Mauqli» əsəri və s.
See also:
İbtidai siniflər üçün terminlər lüğəti