Materiyadakı yüklü hissəciklərin nizamlı hərəkəti.
Bir çox bərk cisimlər, eləcə də su elektrikkeçirmə qabiliyyətinə malikdir, çünki onların tərkibində yüklü hissəciklər (elektronlar, protonlar) var. Elektrik cərəyanının vahidi fransız alimi Amperin şərəfinə A ilə ifadə edilir.

Təbii enerjini elektrik enerjisinə çevirən energetika qurğusu.
Elektrik stansiyasının tipi enerji növü ilə təyin olunaraq istilik-elektrik stansiyasına, su-elektrik stansiyasına, atom-elektrik stansiyasına, külək-elektrik stansiyasına ayrılır.

Müasir dövrdə dünyada ən çox yayılmış internet rabitə növü.
Elektron poçt bir neçə saniyə ərzində internet şəbəkəsinin əhatə etdiyi istənilən yerə müxtəlif növ məlumatlar (mətn, şəkil, video, audio) göndərməyə imkan verir. Beynəlxalq termin olaraq bu rabitənin adı ingilis dilində «e-mail» (i-meyl) kimi yazılır.
