Əsas qrupa daxil olan və onun hissələrini təşkil edən kiçik qruplar.
Tar, zurna, nağara, balaban, ud, qaval, saz, kamança – bu alətlərin hamısı musiqi alətləri qrupuna daxildir. Lakin bu qrupdakı obyektlərin özlərini də müxtəlif əlamətlərinə görə qruplaşdırmaq olar; məsələn, tar, ud, saz, kamançanı «simli alətlər», zurna, balabanı «nəfəs alətləri», nağara, qavalı isə «zərb alətləri» altqruplarına ayırmaq olar.
