Sənaye məhsullarının və maşınların istehsalı və ixracına görə dünyada birinci yer tutduğuna görə XIX əsrin əvvəlində İngiltərəyə verilən ad.
Hələ XVI əsrdə İngiltərə Avropanın digər dövlətlərindən həm şəhərdə, həm də kənddə feodal münasibətlərinin dağılması və kapitalist istehsalının inkişafı proseslərinin daha sürətlə getməsi ilə fərqlənib. Məhz bu proseslər XVII əsrin ortalarında burjua inqilabı, iki əsrdən sonra – XIX yüzillikdə isə İngiltərənin dünyanın ən qüdrətli sənaye dövlətinə çevrilməsi ilə nəticələnib. Həmin dövrdə dünya bazarlarında rəqibsiz hökmranlıq edən İngiltərə dəzgah və maşınların əsas istehsalçısı olub.
Tarix terminləri lüğətiYaponiyada 1918-ci ilin avqust-sentyabr aylarında ölkənin 47 prefekturasından 42-ni əhatə etmiş xalq üsyanları.
D.Q.-na yaponların əsas qida məhsulu olan düyünün qiymətinin kəskin surətdə artması, yüksək inflyasiya və bütövlükdə ərzaq böhranı səbəb olub. Bu qiyamlar ordu tərəfindən amansızlıqla yatırılsa da, hökumət düyünün ucuzlaşması üçün müəyyən addımlar atmalı olub.
Tarix terminləri lüğəti