alm. lumpen – “cır-cındır”
Əhalinin heç bir mülkiyyəti olmayan, təsadüfi qazancla dolanan ən aşağı təbəqəsi və bu təbəqəyə aid insan.
Termin ilk dəfə XIX əsrdə alman filosofu və ideoloqu Karl Marks tərəfindən proletariatın müəyyən qrupu haqqında işlədilib, sonralar sosial simasını itirmiş müxtəlif təbəqələrin nümayəndələrinə (səfillər, dilənçilər, işsizlər, cinayətkar ünsürlər və s.) şamil olunmağa başlanıb. Heç bir sosial mənşəyə və mənəvi kodeksə malik olmayan, real hakimiyyət və güc sahibinə düşüncəsiz itaət göstərən şəxslər də L. adlandırılırlar. Bu terminin bəzən “marginal” sözünün sinonimi kimi işlədilməsi isə yanlışdır.
Tarix terminləri lüğətilat. Lusitani
Pireney yarımadasının cənub-qərb hissəsində (indiki Portuqaliyanın böyük hissəsi) məskunlaşmış iber tayfası.
L. (yaxud lusitanlar) e.ə. 193-cü ildən başlayaraq Romaya qarşı inadlı mübarizə aparsalar da, e.ə. 61-ci ildə romalılar həmin ərazilərin işğalını başa çatdırıblar və təxminən e.ə. 15-ci ildə, imperator Avqustun dövründə bu yerdə Luzitaniya əyalətini yaradıblar.
Tarix terminləri lüğətiE.ə. III–II minilliklərdə Urmiya gölündən (Cənubi Azərbaycan) cənubda və cənub-şərqdə məskunlaşmış tayfa ittifaqı, qədim etnik qruplaşma.
L. (lullubilər, lullular, lullumelər) haqqında ilk məlumatlara e.ə. XXII əsrə dair tarixi qaynaqlarda rast gəlinir. Lakin şumer, akkad, elam yazılarında onlar barədə verilən məlumatlar fraqmentar xarakter daşıyır. Bu səbəbdən L.-in etnik mənşəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bəzi tədqiqatçıların fikrincə, L.-in dili zaqros-elam dilləri qrupuna daxil olub. Lakin bunu birmənalı sübut edəcək tarixi dəlil yoxdur. L.-lər haqqında məlumatlara son dəfə e.ə. IX əsrə aid tarixi qaynaqlarda rast gəlinir. Urartu dilində “lulu” sözü «yadelli düşmən» anlamını verir, tayfanın adının bu terminlə bağlılığı mümkün sayılır.
Tarix terminləri lüğətişumer. – böyük adam
Şumer şəhər-dövlətində müharibə dövründə hərbi əməliyyatlara rəhbərlik etmək üçün xalq yığıncağı tərəfindən seçilən başçı.
Müharibələrin fasiləsiz xarakter alması ilə əlaqədar L. titulu sonralar ömürlük olub. E.ə. 2900-cü ildən başlayaraq L.-lar bütün iri şəhərlərdə faktiki hakimiyyəti ələ keçiriblər və ensiləri özlərindən asılı vəziyyətə salıblar. Bundan sonra onların hakimiyyəti irsi xarakter daşıyıb.
Tarix terminləri lüğətifr. louis d`or – qızıl Lui
Fransız qızıl sikkəsi.
L. 6-7 q-lıq xalis qızıldan olub, ilk dəfə 1640-cı ildə kral XIII Lüdovikin dövründə kəsilib və onun şərəfinə belə adlandırılıb. 1795-ci ildə Fransa parlamenti ölçü sistemlərində dəyişikliklər etdikdən sonra L.-un kəsilməsi dayandırılıb.
See also:
Tarix terminləri lüğətiing. luddites
Böyük Britaniyada maşınların tətbiqinə qarşı fəhlələrin ilk kortəbii çıxışlarının iştirakçıları.
Adətən, etiraz forması kimi fəhlələr maşın və avadanlıqları sıradan çıxarırdılar. Çox güman ki, termin də öz toxucu dəzgahını birinci olaraq sındırmış usta köməkçisi Ned Luddun adından yaranıb. L. hərəkatına sənaye inqilabı gedişində sənətkarların və manufaktura fəhlələrinin var-yoxdan çıxması təkan verib. Onun qarşısını almaq məqsədilə 1812-ci ildə maşınların sındırılmasına görə ölüm hökmü tətbiq olunub. Bu hərəkat çərçivəsində sonuncu böyük çıxışlar 1816–1820-ci illərdə baş tutub.
Tarix terminləri lüğətiLpinanın əhalisi.
Latın və yunan mənbələrində adları çəkilən L.-in (lipnlər, lbinlər, lupenlər, lıpnlar) Qafqaz Albaniyasının İberiya ilə sərhədində, Alazan çayının yuxarı axarında məskunlaşdığı göstərilir. Tədqiqatçıların bir qismi “alban” sözünün L.-dən yarandığını güman edir, digər qismi isə L.-in, ümumiyyətlə, alban tayfa birliyinə daxil olmadığını bildirir.
Tarix terminləri lüğətiQafqaz Albaniyasında tarixi vilayət.
L. Böyük Qafqaz dağları zonasında yerləşib. Qədim mənbələrdə həmin ərazidə lpinlərin yaşadığı göstərilir. Ehtimal ki, vilayətin adı da buradan yaranıb. VI əsrdən başlayaraq alban katolikosları bir müddət “Albaniya, Çora və Lpina katolikosu” titulu daşıyıblar. Bəzi tədqiqatçıların fikrincə, L. Qafqaz Albaniyasının tərkibində müəyyən muxtariyyətə malik olub. VII əsrdə bu vilayəti xəzərlər ələ keçirib.
Tarix terminləri lüğətiing. loyalist < loyal – sadiq, sədaqətli
İngiltərənin Şimali Amerikadakı müstəmləkələrində müstəqillik uğrunda müharibə dövründə (1775–1783) müstəmləkəçilərin yerli tərəfdarları.
L. Şimali Amerika müstəmləkələrinin Böyük Britaniyadan ayrılmasına qarşı çıxıblar. Onların özəyini monarxist ruhlu iri torpaq sahibləri, metropoliya ilə sıx əlaqəsi olan ticarət burjuaziyasının nümayəndələri, ingilis məmurları, eləcə də Anqlikan kilsəsinin ruhaniləri təşkil edib. L. ingilis ordusunun tərkibində vuruşublar. Müharibə bitdikdən sonra 100 minə yaxın loyalist Şimali Amerikadan mühacirət etməli olub.
Tarix terminləri lüğəti