ər. – kənar, ətraf
Şəhərətrafı; orta əsrlərdə İran, Əfqanıstan və Orta Asiyada şəhristanın hüdudlarından kənarda yerləşən ticarət və sənətkarlıq məhəlləsi.
Bəzi hallarda şəhristanla birgə şəhərətrafını da dövrələyən divarlar R. adlandırılıb. IX–X əsrlərdə R. Şərqin feodal şəhərlərinin iqtisadi və siyasi mərkəzi olub.
Tarix terminləri lüğətisanskr. rāja – hökmdar
Hindistanda hökmdar, knyaz titulu.
Bu termin vedalarda (e.ə. II minilliyin sonu – e.ə. I minilliyin ilk yarısı) rəhbərin, qədim hind yazılı abidələrində isə hökmdarın titulu kimi işlənib. Orta əsrlərdə hinduizm dininə mənsub olan nüfuzlu feodallar da R. adlanıb. Müstəmləkə dövründə isə R. Hindistanda iri torpaq sahiblərinin fəxri titulu olub.
Tarix terminləri lüğətialm. rat – şura
Müxtəlif tarixi mərhələlərdə Ukraynada, Belarusda, Litvada, Polşada və Rusiyada kollegial hakimiyyət orqanının, nümayəndələr məclisinin, siyasi təşkilatın adı; məs.: 1654-cü il Pereyaslavl R.-sı, 1917–1918-ci illər Belarus R.-sı, 1917–1918-ci illərdə Ukraynada Mərkəzi R., 1944–1947-ci illərdə Polşada Krayova R.-sı və s.
Hazırda Ukrayna parlamenti R. adlanır.
Tarix terminləri lüğətifars. rəh – sevinc, şadlıq + dar – imkanı olan
Orta əsrlərdə Azərbaycanda və bir sıra qonşu ölkələrdə mövcud olmuş mükəlləfiyyət; ticarət vergisi, gömrük rüsumu.
R. şəhərə gətirilən malın miqdarı, keyfiyyəti və ölçüsünə görə alınıb, öncə sərhəd gömrüklərinin, sonralar isə, əsasən, xəzinənin xeyrinə toplanıb. Ticarət əlaqələrinin inkişafı ilə əlaqədar bu vergi növü geniş yayılıb.
See also:
Tarix terminləri lüğətiər. rahib – abid, çox ibadət edən, mömin
Xüsusi dini qrupun müəyyən öhdəliklər götürmüş üzvü.
Tərki-dünyalıq, əmlakdan imtina, nikahsızlıq, sərt intizama tabe olmaq, əvvəlki sosial və qohumluq əlaqələrini kəsmək R.-lərin qəbul etdikləri öhdəliklərin ən mühümləridir. R.-lər, bir qayda olaraq, monastırlarda yaşayırlar. Dua etmək və ilahi qüvvə barədə düşünmək rahiblik etikasının əsasında durur. Rahiblik xristianlıq, buddizm və hinduizmdə geniş yayılıb.
See also:
Tarix terminləri lüğətiKatolisizmdə mərkəzləşdirilmiş rahib birlikləri.
R.O.-nin fəaliyyəti, bir qayda olaraq, papalıq tərəfindən təsdiqlənən nizamnamələrlə tənzimlənir. Onlar katolik kilsəsinin nüfuzunu möhkəmlətməyə xidmət edir, bidətlərə qarşı mübarizə aparır. Katolisizmdə ilk rahib ordeni əsası VI əsrdə qoyulmuş benediktçilər hesab olunur. XI–XII əsrlərdə səlib yürüşləri ilə əlaqədar bir sıra ruhani-cəngavər ordenləri də yaradılıb. XII–XIII əsrlərdə R.O.-nin sayı xeyli artıb və onların arasında dilənçi ordenləri (fransiskçilər, dominikçilər, karmelitlər və s.) xüsusi yer tutub. Həmin ordenlərin üzvləri şəxsi əmlakdan imtina edərək sədəqə hesabına yaşayıblar. XVI əsrdə Reformasiyaya qarşı mübarizə məqsədilə yaradılmış yezuitlər ordeni ən mürtəce hərbi və dini təşkilatlardan biri olub. R.O.-nin üzvləri, əsasən, monastırlarda yaşayırlar. XX əsrin ortalarında dünyada təqribən 180 rahib ordeni qeydə alınıb, onların bir çoxu fəaliyyətini davam etdirir.
Tarix terminləri lüğətilat. ratificatio < ratus – təsdiq olunmuş + facere – etmək
Dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq müqavilənin həmin dövlətin ali hakimiyyət orqanında təsdiq edilməsi.
Adətən, yalnız ən mühüm beynəlxalq müqavilələr R. olunur. Əksər konstitusiyalarda beynəlxalq müqavilələrin R.-sı hüququ dövlət başçısına, yaxud bilavasitə ali qanunverici orqana verilir. Azərbaycan Konstitusiyasına görə, belə müqavilələr ölkə prezidentinin təqdimatı ilə parlament (Milli Məclis) tərəfindən R.-dan keçirilir.
Tarix terminləri lüğəti