əski türk. – əbədi, sonsuz
Türk xalqlarında xaqanlara və dövlətin aparıcı şəxslərinə onların ölümündən sonra adlarını əbədiləşdirmək üçün qoyulan abidə, monument, sonsuz həyat simvolu.
Belə abidələrin yaradılması göytürklərdə ənənə halını alıb. B.-ın üzərində, əsasən, xaqanların əhaliyə, gələcək nəsillərə göstərişləri, onlara təlqin etmək istədikləri davranış qaydaları əks olunub. Həmin monumentlərin əbədi olaraq qalacağına və türklərin dünya durduqca dahi rəhbərlərin sözlərindən ibrət götürəcəklərinə inandıqları üçün qədim insanlar onlara B. adı veriblər. Bunlardan ən məşhurları Bilgə xaqana, Kültiginə və Tonyukuqa qoyulan B. hesab olunur. Göytürklərdən sonra uyğurlar bu ənənəni davam etdiriblər. B. türk xalqlarının VII–XI əsrlərə aid qədim abidələri sayılır, onlara «bengidaşlar», «mengüdaşlar» da deyilir.
Tarix terminləri lüğətifars. – əkinçi, kəndli
Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaqsız, yaxud aztorpaqlı icarədar kəndli.
B. feodalın torpağını icarəyə götürdükdə toplanan məhsul 3 hissəyə (dövlət, torpaq sahibi və icarədar arasında) bölünüb. B.-lər bəzən feodalların icarələdikləri dövlət torpaqlarında da işləyiblər. Torpağın becərilməsi ilə bağlı xərci feodal çəkib. Orta əsrlərdə, xüsusən XII–XIV əsrlərdə Azərbaycanda çoxlu B. olub.
See also:
Tarix terminləri lüğətifars. – sığınacaq, toxunulmaz yer
İranda qədim adət-ənənələrə əsaslanan və toxunulmazlıq hüququ verən sığınacaq yeri.
B.-lər Orta Şərqin müsəlman ölkələrində geniş yayılıb. Adətən, B. üçün müqəddəs dini məqbərələr, pirlər, məscidlər və camaat tərəfindən xüsusi ehtiramla yanaşılan digər yerlər seçilib. B. məhkəməyə qədər insanların özbaşına cəzalandırılmasının qarşısını alıb. XIX əsrdən başlayaraq ərazi toxunulmazlığı hüququ olan xarici səfirliklər, nümayəndəliklər və s. idarələrdən də B. kimi istifadə edilib.
See also:
Tarix terminləri lüğətiBəstdə keçirilən kütləvi etiraz tədbiri.
B.O. İranda, o cümlədən Cənubi Azərbaycanda daha geniş yayılıb: narazı qüvvələr toxunulmaz hesab edilən yerlərdə (nüfuzlu ruhanilərin evlərində, müqəddəs ocaqlarda və xarici ölkələrin səfirliklərində) toplaşaraq hökumətə öz etirazlarını bildirirlər. XX əsrin əvvəlində Bakıdakı neft mədənlərində işləyən Cənubi Azərbaycan fəhlələri də etiraz forması kimi tez-tez bəstə oturublar. İranda Məşrutə inqilabı (1905–1911) dövründə siyasi mübarizədə bu üsuldan tez-tez istifadə edilib.
Tarix terminləri lüğəti1. Qədim türklərdə qəbilə-tayfa münasibətlərinin hökmranlığı dövründə ayrı-ayrı soyların başçılarına, daha sonralar isə əyanlara verilən fəxri titul.
Orxon-Yenisey abidələrində (VIII əsr) B. sözü qəbilə başçısı anlamında işlədilib. Söz bir sıra başqa dillərə də keçərək Yaxın və Orta Şərq xalqları arasında geniş yayılıb; bey, bay, biy, bek formasında işlədilir.
2. Yeni dövrdə Azərbaycan və Mərkəzi Asiyanın türk xalqlarında torpaq sahiblərinə verilən titul.
3. Türkiyədə, habelə XIX əsrin II yarısından başlayaraq Azərbaycanda kişilərə qarşı nəzakətli müraciət forması.
4. 1705–1957-ci illərdə Tunisin irsi hakimlərinin daşıdığı ad.
Tarix terminləri lüğəti1. Səfəvilər dövlətində böyük inzibati ərazi vahidini idarə edən şəxs.
Səfəvi şahları B.-ləri qızılbaş əyanları və sahzadələrindən təyin ediblər. İnzibati hakimiyyət və yerli qoşuna başçılıq səlahiyyəti B.-ndə olub.
2. Osmanlı imperiyasında əyalət hakimi.
B. müharibə zamanı qoşuna, 1864-cü ildən isə yeniçəri hissələrinə başçılıq edib, paşa və mirimiran titulu da daşıyıb.
See also:
Tarix terminləri lüğətiOsmanlı imperiyasında və Səfəvilər dövlətində (XVI–XVIII əsrlər) ən böyük inzibati ərazi vahidi.
B.-ləri bəylərbəyi idarə edib. XVII əsrdə Səfəvilər dövləti 13 B.-ə bölünüb, o cümlədən Azərbaycan ərazisində 3 B. (Şirvan – mərkəzi Şamaxı, Qarabağ – mərkəzi Gəncə, Azərbaycan – mərkəzi Təbriz) yerləşib. Səfəvilər dövlətində şaha və hökmdar sülaləsinə məxsus torpaqlar heç bir B.-ə daxil olmayıb.
Tarix terminləri lüğəti1. Hökumətin, partiyanın, beynəlxalq və dövlətlərarası təşkilatların əsas prinsiplərinin rəsmi surətdə elan edilməsi forması; məs.: hüquq bəyannaməsi.
2. Bir və ya bir neçə dövlətin beynəlxalq siyasətin hər-hansı probleminə aid bəyanatı.
3. Xüsusi şəxsin, yaxud təşkilatın məlumatı, bəyanatı.
Tarix terminləri lüğətiyun. Biblia – kitab, kitablar toplusu
İudaizmə və xristianlığa aid müqəddəs kitablar külliyyatı.
Bu kitablar e.ə. VIII – eramızın II əsrlərində yaradılıb. Müsəlman ədəbiyyatında “Müqəddəs kitab” və ya “Kitabi-müqəddəs” adlanır. İki hissədən ibarət olan B.-nın birinci kitabı – “Əhdi-ətiq” (Tövrat və s.) – qədim vəsiyyətlər, ikinci kitab isə “Əhdi-cədid” (İncil və s.) – yeni vəsiyyətlər adlanır. “Əhdi-ətiq” qədim yəhudi (qismən arami) dilində, “Əhdi-cədid” isə qədim yunan dilində yazılıb. “Əhdi-ətiq”ə yəhudilər və xristianlar, “Əhdi-cədid”ə isə yalnız xristianlar etiqad edirlər. B.-nın Allah tərəfindən göndərildiyi iddia olunur. Əsasən, əfsanələrdən ibarət olan B.-ya dini qanunlar, mədhiyyələr, tarixi-xronoloji qeydlər də daxil edilib.
Tarix terminləri lüğətiər. – yenilik gətirən, küfr
Hakim dinin əsas ehkamlarını qəbul etməyən “yeni təlim”.
B. bütün dünya dinlərində mövcud olub. Forma etibarilə B.-i dini təriqətçilik kimi də qəbul etmək olar. İslam dinində B. məfhumuna xristianlıqdakı B. (ересь) anlayışından daha geniş məna verilir. Xristianlıqda dini ehkamçılığın, ilahiyyatın ikincidərəcəli məsələləri ətrafında əqidə ixtilafları B. sayılmır. İslam dinində isə ayindən cüzi kənaraçıxma halları da B. kimi qiymətləndirilir. Ümumiyyətlə, B. islamda ən böyük günahlardan biri sayılır və ona dindəki qanunlara təcavüz kimi baxılır. Bütün dinlərdə B.-çilər kəskin təqib və terrora məruz qalıblar. İslam B.-lərindən xaricilik, qərmətilik, hürufilik və s. daha geniş yayılıb.
Tarix terminləri lüğətiing. bill – qanun layihəsi, sənəd
1. Qədim dövrlərdə əlyazma, fərman.
2. ABŞ, Böyük Britaniya, İrlandiya, Kanada və anqlosaks hüquq sistemini qəbul etmiş bir sıra ölkələrdə hökumətin və ya parlament üzvünün təklif etdiyi qanun layihəsi.
Parlamentin qəbul etdiyi B. dövlət başçısı imzaladıqdan sonra qanun qüvvəsinə minir.
Tarix terminləri lüğətiƏsasən, maldarlıqla məşğul olan əhalinin kənd yaxınlığında məskən saldığı yer.
Maldarlar yaylaqlarda yurd salıb yaşadıqları yerləri də B. adlandırırlar. Azərbaycanda bir sıra yaşayış yerlərinin adı, ehtimal ki, B. ilə əlaqədar yaranıb (Bakının Binə qəsəbəsi, Ağdaşda – Binələr, Masallıda – Binə Xocavar və s.).
Tarix terminləri lüğəti