afr. afrikaners – afrikalı
Holland, alman və fransız kolonistlərinin Cənubi Afrikada törəmələrindən ibarət xalq.
A.-lərin əksəriyyəti CAR və Namibiyada yaşayır. Onlar protestantlardır, dilləri afrikaans adlanır və Niderland dilinin cənub dialekti əsasında formalaşıb.
See also:
Tarix terminləri lüğətitürk. – cənab
1. Bir çox Şərq ölkələrində, o cümlədən Azərbaycanda yuxarı zümrənin (mülkədar, bəy, zadəgan və s.) nümayəndələrinə müraciət forması.
2. Osmanlı dövləti ordusunda sərkərdələrin, qoşun başçılarının titulu.
Yeniçərilərin komandirinə də A. deyilib. Yeniçərilər korpusunun ləğvindən (1826) sonra isə türk ordusunda bu ad kiçik və orta zabitlərə verilib.
3. Keçmişdə seyidlərə və ruhanilərə verilən ləqəb.
Tarix terminləri lüğətifr. garde – mühafizə, müdafiə
1. Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yerli burjuaziyanın və universitet tələbələrinin 1906-cı ildə yaratdıqları hərbi dəstənin qeyri-rəsmi adı.
Dəstə üzvlərinin fərqləndirici əlaməti qollarına bağlanan ağ sarğı olub.
2. Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1918–1921) illərində sovet hakimiyyətinə qarşı vuruşan hərbi hissələrin ümumiləşdirici adı.
Bu hissələrin siyasi və hərbi özəyini Kornilov, Kolçak, Denikin, Yudeniç, Vrangel və digər generalların komandanlığı altında döyüşən keçmiş çar ordusunun monarxist ruhlu zabitləri təşkil edib. A.Q. adı Böyük Fransa inqilabı zamanı Burbonların ağ bayrağı altında döyüşdükləri üçün “ağlar” adlanan royalistlərdən götürülüb. Vətəndaş müharibəsindəki məğlubiyyətdən sonra əksəriyyəti xarici ölkələrə mühacirət edib.
Tarix terminləri lüğətitürk. akçe – ağımtıl
1. XIV–XIX əsrlərdə Osmanlı imperiyası və qonşu ölkələrin ərazisində dövriyyədə olmuş türk xırda gümüş sikkəsi.
Ona «ağca», «axçeyi-osmani» də deyilir. A.-nı ilk dəfə 1329-cu ildə Osmanlı imperiyasının banisi I Osmanın oğlu sultan Orxan Qazi kəsdirib. Çəkisi 1,15 qram olan A. xırda pul kimi geniş yayılıb. Lakin XVI əsrin II yarısında A. tədricən dəyərdən düşməyə və paralel olaraq dövriyyəyə buraxılan digər xırda pul, misdən kəsilən mangirə rəqabətdə uduzmağa başlayıb. Əgər XVI əsrin əvvəlində 1 axça 16 mangirə bərabər idisə, XVII əsrin 80-ci illərində onların dəyəri artıq bərabərləşib. Bununla belə, xalq arasında populyarlığı nəzərə alınaraq A. XIX əsrin 30-cu illərinin ortasına kimi kəsilib.
2. Krım xanlığının xırda gümüş sikkəsi.
Bu dövlətin əsasını qoymuş Hacı I Girey (1436–1466) dövründən Şahin Gireyin (1777–1783) hakimiyyətinin sonuna kimi, yəni Krım xanlığının bütün mövcudluğu ərzində dövriyyədə olub. Dəyəri təxminən 1 osmanlı A.-sına bərabər olub.
Tarix terminləri lüğətiE.ə. II minilliyin əvvəlində Qədim Elladanın Fessaliya bölgəsində məskunlaşmış, e.ə. XII əsrdə isə Peloponnes yarımadasının şimalındakı Axayya vilayətinə doğru sıxışdırılmış qədim yunan tayfası.
A.-in adı bu vilayətin adından götürülüb. Onlar e.ə. 1450-ci ildə Krit adasını tutaraq buranın mədəniyyətini mənimsəmiş, e.ə. VIII əsrdə isə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşıblar. Homer “İliada” əsərində həmin dövrün bütün yunanlarını A. adlandırır.
See also:
Tarix terminləri lüğətiPeloponnes yarımadasının şimal hissəsində (Axayya vilayəti) qədim yunan şəhər-dövlətlərinin hərbi-siyasi birliyi.
Birliyə vilayətin adı verilib. A.İ. e.ə. V–IV əsrlərdə dorilərin və digər tayfaların hücumlarından qorunmaq üçün yaradılıb, e.ə. 338-ci ildə Yunanıstanda Makedoniyanın hegemonluğunun bərqərar olmasından sonra süqut edib, e.ə. təqribən 280-ci ildə isə Makedoniyaya qarşı mübarizə ittifaqı kimi yenidən bərpa olunub. Roma–Makedoniya müharibəsində (e.ə. 200–197) A.İ. Romanın müttəfiqi olub. E.ə. 146-cı ildə Roma Yunanıstanı zəbt etdikdən sonra süquta uğrayıb.
See also:
Tarix terminləri lüğətiBayraqlarında ağ qoyun təsvir olunduğuna görə belə adlandırılmış türk tayfaları birliyi.
A. birliyinə bayandur, mosullu, qacar, pornək və b. tayfalar daxil olub. XV əsrin II yarısında Yaxın və Orta Şərqdə mühüm rol oynamış A. dövləti həmin tayfalar birliyi tərəfindən yaradılıb. Dövlətə rəhbərlik edən A. sülaləsinin nümayəndələri bayandurlar tayfasından olub.
Tarix terminləri lüğətiİbtidai icma cəmiyyətində qəbilə icmasının başçısı.
A.-lar adət-ənənələri yaxşı bilən və zəngin həyat təcrübəsinə malik olan nüfuzlu qəbilə üzvlərindən seçiliblər. Onlar qəbilədə adət-ənənələrə əməl olunmasına, təsərrüfat işlərinə, qidanın toplanması və bölünməsinə nəzarət ediblər. İcmadaxili mübahisələrin həlli də A.-ların səlahiyyətinə daxil olub.
See also:
Tarix terminləri lüğəti1. İbtidai icma cəmiyyətində kollegial idarəçilik və sosial nəzarət orqanı.
Tayfaların yaranması ilə meydana gələn A.Ş. hər tayfaya daxil olan icmaların ağsaqqallarından təşkil edilib. Onlar birgəyaşayış qaydalarını müəyyənləşdirir, ov, otlaq və əkin yerlərinin bölgüsünü aparır, qəbilələr və icmalar arasında olan mübahisəli məsələləri həll edirdilər. Bir sıra kiçik xalqların həyat fəaliyyətinin tənzimlənməsində (məsələn, Şimali Qafqazda) A.Ş.-ları hələ də mühüm rol oynayır.
2. Bəzi ölkələrdə (əsasən, qədim dövrdə və orta əsrlərdə) məhdud səlahiyyətlərə malik dövlət hakimiyyəti orqanı.
Belə şuraların üzvləri ya dövlət başçıları tərəfindən təyin edilib, ya da seçiliblər. Məsələn, XVIII əsrin sonunda Fransanın qanunvericilik orqanının iki palatasından biri A.Ş. adlanıb. 1991-ci ilədək SSRİ Ali Sovetinin hər iki palatasında A.Ş. fəaliyyət göstərib.
See also:
Tarix terminləri lüğətiyun. akademia – mifik qəhrəman Akademin adından
1. E.ə. 388-ci ildə qədim yunan filosofu Platon tərəfindən əsası qoyulmuş fəlsəfi məktəb.
Bu məktəb Afinanın yaxınlığında, qədim yunan əsatirinin qəhrəmanı Akademin şərəfinə salınmış zeytun bağında təsis olunduğu üçün belə adlandırılıb. Platonun A.-sı qısa müddətdə məşhurlaşıb. Aristotel, Epikür və digər tanınmış filosoflar onun şagirdləri olub. Doqquz əsrdən artıq fəaliyyət göstərən A. 529-cu ildə bütpərəstliyə qarşı mübarizə aparan Bizans imperatoru Yustinianın göstərişi ilə qapadılıb.
2. Humanitar elm və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən qurum, cəmiyyət, mərkəz.
Belə mərkəzlər nüfuzlu peşəkarlar, elmin və incəsənətin himayədarları tərəfindən yaradılır, peşə standartlarını müəyyənləşdirir, gənc kadrların rəsmi təhsil müəssisələrindən kənar hazırlığı ilə məşğul olur; məsələn, Rəssamlıq A.-sı, Kino A.-sı, Televiziya A.-sı və s. İlk belə A.-lar XVI əsrdə İtaliyada yaradılıb: Təsviri İncəsənət A.-sı (1563), Müqəddəs Luka Rəssamlıq A.-sı (1577), Müqəddəs Sesiliya Musiqi A.-sı.
3. Fundamental elmi tədqiqatların aparıldığı elmi-tədqiqat mərkəzləri.
Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dövlət tərəfindən milli A.-lar yaradılıb. Almaniya Milli A.-sı (1652), Rusiya Elmlər A.-sı (1724) bu tip elmi mərkəzlərə nümunə ola bilər.
4. Ali təhsil məktəbləri; məs.: hərbi A.-lar, kənd təsərrüfatı A.-ları və s.
Tarix terminləri lüğətitürk. akıncı – axın etmə, hücum etmə
Osmanlı imperiyası ordusunda yüngül süvari birlikləri.
A.-lar sərhəd bölgələrində düşmən ölkələrə hücumlar və basqınlar təşkil edərək onları zəiflədir, rəqibin döyüş ruhunu sındırmağa çalışırdılar. Sipahilər və yeniçərilərlə birgə Osmanlı ordusunun əsas hissəsini təşkil edən A.-lar hərbi xidmət əvəzində sultandan torpaq almış döyüşçülərdən ibarət olublar.
Tarix terminləri lüğətiakk. şalmat qaqqadım – qarabaşlar
E.ə. III minillikdə Mesopotamiyada məskunlaşmış sami tayfalarının adı.
Mesopotamiya tarixində ilk mərkəzləşdirilmiş dövləti – Akkad padşahlığını (e.ə. 2300–2200-ci illər) onlar qurublar. A. etnonimi elə Akkad padşahlığının adından yaranıb. Bu tayfalar ən qədim sami dillərindən biri olan Akkad dilində danışıblar. A. özləri həmin dili “lišānum akkadītum” adlandırıblar. Bu dildə qədim Mesopotamiyanın üç xalqı – A. özləri, babillər və assurlar danışıblar. Akkad dilinin qrafikası Şumer ideoqrafik mixi yazılarına əsaslanıb.
Tarix terminləri lüğətiing. acculturation – yad mədəniyyəti mənimsəmə, mədəniyyətlərin qovuşması
1. Fərdlərin və ya qrupların hər hansı mədəniyyətə uyğunlaşması.
2. Bir-birindən xeyli fərqlənən qonşu (bir qayda olaraq) mədəniyyətlərin qarşılıqlı təsiri və bir-birinə nüfuz etməsi.
3. Siyasi və iqtisadi cəhətdən daha zəif olan xalqın mədəniyyətinin bu baxımdan daha güclü olan mədəniyyətin təsiri altında aşınmaya məruz qalması.
Tarix terminləri lüğəti