Elamlıların (Elam əhalisinin) dili.
Ölü dil olan E.D. qrammatik quruluşca iltisaqi (sözün kökü dəyişmədən şəkilçi artırmaqla yeni forma əmələ gətirən) dillər qrupuna aid edilir. E.ə. III–I minilliklərdə geniş yayılmış bu dildə tarixboyu 3 yazı sistemindən istifadə olunub. E.D.-ndəki e.ə. 3100–2900-cü illərə aid ən qədim yazılı mətnlər piktoqrafik xarakterlidir. Sonralar piktoqrafik işarələr xətti yazı ilə əvəzlənib. Təqribən e.ə. 2200-cü illərdə isə mixi əlifbası xətti yazını sıxışdıraraq aradan çıxarıb. Elamın e.ə. VI əsrdə Əhəmənilər tərəfindən işğalından sonra E.D.-nin tənəzzülü prosesi başlayıb. Onun digər qədim Şərq dilləri (şumer, hurri və s.) ilə genetik qohumluğu müəyyənləşməyib. E.D.-nin türk, Qafqaz, dravid və s. dilləri ilə qohumluğu barədə ehtimallar irəli sürülsə də, bunlar hələlik fərziyyə olaraq qalır.
Tarix terminləri lüğətiakkad. Elamtu; endoetnonim – Haltamti
Müasir İranın Xuzistan və Luristan vilayətlərinin ərazisində e.ə. III minillikdən e.ə. VI əsrin ortalarınadək mövcud olmuş qədim Elam dövlətinin əhalisi.
Şərqin ən qədim xalqlarından biri olan E. elam dilində danışıblar. Onlar barədə məlumata ilk dəfə e.ə. III minilliyə aid olan şumer mixi yazılarında rast gəlinir. E. əkinçilik, maldarlıq, ticarət və sənətkarlıqla məşğul olublar. Elamın paytaxtı Suz şəhərində aşkarlanmış arxeoloji abidələr bu dövlətin əhalisinin yüksək mədəniyyətə sahib olduğundan xəbər verir.
Tarix terminləri lüğətiTayfa, tayfa ittifaqı və ya etnik birlik.
Əsasən, Yaxın və Orta Şərqin türkdilli əhalisi arasında geniş yayılmış E. termini oturaq həyat tərzi keçirən əkinçilərdən fərqlənən köçəri və ya yarımköçəri maldarlar haqqında işlədilib. Keçmişdə Azərbaycanda da maldarlıqla məşğul olan əhali qrupları belə adlandırılıb, E.-ın başçısına isə elxan (ilxan) deyilib. XIX əsrin ortalarında Şamaxı qəzasında əhalinin 28,6%-ni, Lənkəran qəzasında 11,9%-ni E.-lar təşkil edib.
See also:
Tarix terminləri lüğətiisp. El Dorado – hərfi mənası: qızılı, üzərinə qızıl səpilmiş
Qızıl və qiymətli daşlarla zəngin olan mifik Cənubi Amerika ölkəsi.
XVI əsrdən başlayaraq ilk ispan konkistadorları E.-nu Latın Amerikası ərazisində tapmaq üçün bir çox ekspedisiyalar təşkil etsələr də, bu əfsanənin reallığını təsdiqləyən fakt aşkarlanmayıb. E. termini məcazi mənada zənginliklər, əfsanəvi möcüzələr ölkəsi anlamında da işlənir.
Tarix terminləri lüğətitürk. el (il) – xalq, tayfa + han (xan) – hökmdar
Türk və monqol xalqlarında tayfa başçılarının və hökmdarların titulu.
Titulun ən tanınmış daşıyıcıları Elxanilər (Hülakülər) dövlətinin (XIII–XIV əsrlər) hökmdarları hesab olunurlar. İlk olaraq bu titul böyük monqol xanı Xubilay tərəfindən Elxanilər sülaləsinin banisi Hülakü xana (1256–1265) verilib. Elxanilərin öz bayraqları, pul vahidləri olsa da, onların dövləti böyük monqol xaqanının tabeliyində əyalət sayılıb. Bu səbəbdən bəzi tədqiqatçılar E. sözünü “əyalət başçısı”, “vilayət xanı” kimi izah edirlər. Azərbaycanda isə E. termini elatların başçısı, ağsaqqalı anlamında işlənib.
Tarix terminləri lüğətifr. élite – ən yaxşı, say-seçmə
Cəmiyyətin sosial strukturunda idarəçilik funksiyalarını yerinə yetirən, elmin və mədəniyyətin inkişafını təmin edən ali təbəqə.
E. – ümumi maraqlara və real hakimiyyət alətlərinə malik insanların qarşılıqlı əlaqələrinə əsaslanan sabit və dayanıqlı birlik formasıdır. XIX əsrin sonu – XX əsrin əvvəlinədək bu termin ictimai elmlərdə geniş işlənməyib. E.-nın müxtəlif təsnifat növləri var. Funksional əlamətə görə o, siyasi, iqtisadi, hərbi, mədəni, elmi və s. E.-lara ayrılır. Siyasi sistemdə tutduğu yerə görə iqtidar və müxalifət E.-ları, tərkibinin yenilənməsi intensivliyinə və üzvlərin cəlb olunması metodlarına əsasən açıq və qapalı E.-lar fərqləndirilir və s.
Tarix terminləri lüğətifr. élitisme < èlite – ən yaxşı, say-seçmə
Cəmiyyətin elita və kütləyə bölünməsinin zəruriliyi haqqında konsepsiya.
E.-ə görə, belə bir bölgünün olmaması cəmiyyətin zəif inkişafının əlaməti hesab olunur. Bərabərliyin bütün formalarını inkar edən E. müəyyən mənada cəmiyyətin inkişafına təkan verir.
See also:
Tarix terminləri lüğətilat. elector – seçici
Müəyyən siyasi təşkilatın tərəfdarlarının, parlament, prezident və bələdiyyə seçkilərində müəyyən partiyaya, namizədə səs vermiş seçicilərin çevrəsi.
Bu termin daha geniş mənada ölkənin seçki hüququna malik bütün vətəndaşlarının məcmusu anlamında işlənir.
Tarix terminləri lüğətiyun. Elláda – hərfi mənada: ellinlər ölkəsi
Yunanların öz ölkələrinə verdikləri rəsmi ad.
İlk öncə Fessaliyanın cənubunda Ftiotida vilayətinin adı olan E. daha sonra bütün Yunanıstana şamil olunub. Tarixi ədəbiyyatda E. termini çox vaxt Qədim Yunanıstan məfhumunun sinonimi kimi işlənir.
See also:
Tarix terminləri lüğətilat. Hellenismos
Yunanıstanda və Aralıq dənizinin şərq sahili ölkələrində Makedoniyalı İsgəndərin hərbi yürüşlərindən (e.ə. 334–323) başlayaraq burada Roma imperiyasının hökmranlığı tam bərqərar olanadək (e.ə. 30-cu il) davam edən tarixi mərhələ.
E. termini ilk dəfə XIX əsrin 30-cu illərində alman tarixçisi İ.Q.Droyzen tərəfindən işlədilib. Tədqiqatçılar onu müxtəlif mənalarda şərh edirlər. Bununla belə, E. dövrünün konkret səciyyəvi xüsusiyyətləri var: Makedoniyalı İsgəndərin fəth etdiyi ərazilərdə onun ölümündən sonra yunan dili və mədəniyyətinin geniş yayılması; yunan mədəniyyəti ilə Şərq, ilk növbədə, İran mədəniyyətinin qarşılıqlı sintezi prosesinin güclənməsi; klassik quldarlığın yaranması. E. mərhələsində mədəni və iqtisadi fəallıq mərkəzlərinin Yunanıstandan tədricən Kiçik Asiya və Misirə keçməsi də müşahidə olunur.
See also:
Tarix terminləri lüğətiyun. Hellenes
Yunanların özlərinə verdikləri ad, endoetnonim.
E. termininə yunanların etnonimi anlamında ilk dəfə e.ə. VII əsrdə şair Arxiloxun əsərlərində rast gəlinir. Tədricən o, Yunanıstanın materik və arxipelaq hissələrində, eləcə də Kiçik Asiyada məskunlaşmış və yunan dilində danışan əhalinin ümumi adına çevrilib. Müasir yunanlar özlərini E. adlandırsalar da, tarixi ədəbiyyatda bu termin Qədim Yunanıstanın sakinləri anlamında işlənir.
See also:
Tarix terminləri lüğətilat. emancipatio – asılılıqdan azadolma
Müxtəlif növ asılılıqdan qurtulma, hər cür məhdudiyyət, basqı və xurafatın aradan qaldırılması, bərabər hüquqların əldə edilməsi.
E.-nın müxtəlif növləri var. Daha geniş yayılmış “qadınların E.-sı” məfhumu zərif cinsin nümayəndələrinin ictimai-siyasi həyatda, eləcə də məişətdə və ailə daxilində kişilərlə bərabər hüquqlar əldə etməsi anlamında işlənir. “Qulların E.-sı” deyildikdə onların azadlıq qazanması nəzərdə tutulur. “Yəhudilərin E.-sı” isə onlara qarşı bütün hüquqi məhdudiyyətlərin aradan qaldırılması mənasını verir.
Tarix terminləri lüğətiisp. embargo – yasaqlama, həbs qoyma
Bir dövlətin hakimiyyət orqanları tərəfindən ölkəyə mal, xidmətlər, valyuta və digər qiymətli əşyaların gətirilməsinə, yaxud onların ölkədən çıxarılmasına qoyulan qadağa.
E. həmçinin hər hansı xarici ölkənin həmin dövlət ərazisindəkı əmlakını həbs etməyə imkan verir. Belə qadağa çərçivəsində istənilən ölkə digər dövlətlərə məxsus gəmilərin və yüklərin öz limanlarına girməsini, yaxud oradan çıxmasını yasaqlaya bilər. E. müharibə və dinc dövrdə tətbiq olunur. Dinc dövrdə E. digər ölkəyə qarşı siyasi, iqtisadi və maliyyə təzyiqi vasitəsi rolunu oynayır. BMT nizamnaməsi beynəlxalq təhlükəsizliyi təhdid edən ölkələrə qarşı cəza tədbiri kimi kollektiv E.-nun tətbiqini nəzərdə tutur.
Tarix terminləri lüğəti