yun. èndon – daxili + éthnos – tayfa, xalq + ónoma – ad
Xalqın (etnosun) özünə verdiyi ad.
Digər xalqların etnosa verdiyi ad (ekzoetnonimlər) bir çox hallarda onun özünə verdiyi addan fərqlənir. Çeçenlər özlərini “noxçiy”, finlər – “suomalayset”, isveçlilər – “svenskar”, inquşlar – “qalqai” adlandırırlar və s. E.-lər həmin xalqların özləri tərəfindən, o cümlədən rəsmi səviyyədə işlənir.
Tarix terminləri lüğətilat. aeneus – mis + yun. lithos – daş
Bəşəriyyətin inkişafında Neolitdən Tunc dövrünə keçid dövrü.
Elmi ədəbiyyatda E. bəzən Mis dövrü, Mis-daş dövrü və Xalkolit (yun. chalkos – mis) də adlanır. E.-də daş alətlər hələ üstünlük təşkil etsə də, bəşər tarixində ilk dəfə olaraq insanlar mis alətlər hazırlamağa başlayıblar. E.ə. IV–III minillikləri əhatə edən bu mərhələdə əhalinin əsas məşğuliyyəti toxa əkinçiliyi, maldarlıq və ovçuluq olub. Termin 1876-cı ildə Neolitlə Tunc dövrü arasında xüsusi keçid mərhələsinin olduğunu vurğulamaq üçün macar arxeoloqu F.Pulski tərəfindən irəli sürülüb.
Tarix terminləri lüğətiyun. hènosis – ittifaq, birlik
Yunanıstana birləşmək uğrunda mübarizə aparan millətçi hərəkat.
Pravoslav kilsəsinin başçılıq etdiyi bu hərəkat 1830-cu ildə müstəqil yunan dövləti yarandıqdan sonra formalaşıb. Onun məqsədi Osmanlı dövlətinin hakimiyyəti altında qalmış, yunanlar yaşayan ərazilərin Yunanıstana birləşdirilməsi olub. XX əsrin ortalarından E. ideyasına Kiprin yunan icmasının qatı millətçi dairələri dəstək veriblər. Həmin dairələrin 1974-cü ilin iyulunda türk əhalisinin rəyi olmadan Kipri Yunanıstana birləşdirmək cəhdi Türkiyənin müdaxiləsi nəticəsində baş tutmayıb. Türkiyə hökuməti adaya qoşun çıxararaq Kiprin müstəqilliyini və buradakı türklərin təhlükəsizliyini təmin edib.
See also:
Tarix terminləri lüğətiŞumer yazısında pa-te-si kimi transliterasiya olunur, etimologiyası dəqiq bəlli deyil
1. Qədim Mesopotamiyada e.ə. XXVII–XXVI əsrlərdə şəhər-dövlətin hakimi.
E. bəzi dini, hətta müəyyən hərbi funksiyalar da yerinə yetirib: məbədlərin qulluqçularından ibarət hərbi dəstəyə rəhbərlik edib. E.-lərin hakimiyyəti ağsaqqallar şurası və xalq məclisi ilə məhdudlaşdırılıb. Çox zaman onlar hərbi rəhbərlərin – luqalların tabeliyində olublar.
2. III Ur sülaləsi dövründə (təxminən e.ə. 2100–2000) hökmdar tərəfindən təyin olunan əyalət rəhbəri.
3. E.ə. II minillikdə hökmdar və məbəd təsərrüfatlarında yarıqul vəziyyətində işləyən, istehsal vasitələri üzərində mülkiyyətdən məhrum olan əkinçi-yardar.
Tarix terminləri lüğətiyun. enkyklios – dairəvi
Roma papasının bütün dünya, yaxud ayrıca bir ölkə katoliklərinə ünvanladığı, vacib sosial-siyasi, dini və mənəvi məsələlərə həsr olunmuş müraciətnamə, məktub.
E. katolik kilsəsində apostol konstitusiyasından sonra ikinci ən mühüm sənəd hesab olunur. Adətən, o, latın dilində yazılır və müraciətnamədəki ilk 2–3 sözə uyğun adlandırılır. Katolik kilsəsinin qanunlarına görə, E. müzakirə oluna bilməz və məcburi şəkildə icra edilməlidir.
Tarix terminləri lüğətiyun. enkyklios paidèia – əhatəli maarifləndirmə, məlumatlandırma < en – -lı, -li şəkilçisi + kyklos – çevrə, əhatə + paideia – maarifləndirmə
“Ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğət” adlı ilk müasir sorğu kitabının tərtib olunmasında iştirak etmiş fransız maarifçiləri.
Ensiklopediyanın tərtibatçıları sırasına Monteskyö, Volter, Helvetsi, Russo, Holbax, Büffon, d`Alamber, habelə o dövrün bir sıra digər tanınmış mütəfəkkir, alim və ictimai xadimləri daxil olublar. Bir çox məsələlərdə onların baxışları üst-üstə düşməsə də, işə rəhbərlik edən Didronun bacarıqlı fəaliyyəti sayəsində ensiklopediya həmin dövrdə mütərəqqi ideyaların carçısına çevrilib. Bundan narahatlıq keçirən kral şurası sorğu kitabının I–II cildləri 1751–1752-ci illərdə işıq üzü gördükdən sonra onun nəşrini yasaqlayıb. Lakin ictimai təzyiq nəticəsində 1753-cü ildə kral həmin qadağanı ləğv etməli olub. 38 cilddən ibarət ensiklopediyanın nəşri 1780-ci ildə başa çatıb.
Tarix terminləri lüğətiyun. enkyklios paidèia – əhatəli maarifləndirmə, məlumatlandırma < en – lı, li şəkilçisi + kyklos – çevrə, əhatə + paideia – maarifləndirmə
Bütün sahələrdə, yaxud ayrı-ayrı fənlər, istiqamətlər üzrə sistemli və yığcam bilgilər verən məlumat xarakterli elmi, elmi-kütləvi nəşr.
Bu baxımdan insan və dünya haqqında bütün bilikləri özündə əks etdirən universal E.-larla yanaşı, milli, regional, eləcə də ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış E.-lar mövcuddur. E.-da məqalələr əlifba sırası ilə, bəzi hallarda isə həm də mövzu bölgüsü əsasında yerləşdirilir. Müasir anlamda ilk E. XVIII əsrdə fransız ensiklopedistləri tərəfindən hazırlanıb. Ən nüfuzlu universal E.-lara “Britaniya ensiklopediyası” (ABŞ və Böyük Britaniya), “Böyük Brokhauz” (Almaniya), “Böyük Laruss” (Fransa) misal ola bilər.
Tarix terminləri lüğətiyun. Aioleis – qədim yunan mifologiyasının personajı Eolun adından
Axeylər, dorilər və ioniyalılarla yanaşı, dörd əsas qədim yunan tayfasından biri.
Bu tayfanın qurucusu əfsanəvi qəhrəman Eol sayılır. Tarixi inkişafda E. və axeylər qədim yunan mədəniyyətinin əsas daşıyıcıları olan dorilər və ioniyalılardan geri qalırlar. Öncə Fessaliyada yaşayan E. daha sonra dorilər və axeylər tərəfindən həmin ərazidən sıxışdırılıb çıxarılıblar, beləliklə, tərk edilmiş və dağıdılmış şəhərlərdə (məsələn, Delfidə) məskunlaşmalı olublar. E. (elmi ədəbiyyatda onlara «aiollar» da deyilir) qədim yunan dilinin eol dialektində danışıblar.
Tarix terminləri lüğətiyun. epicanthus < epi – üzərində, üstündə + kanthos – gözün küncü
Gözün daxili hissəsinin küncünü örtən xüsusi dəri qat, monqoloid irqinin ən səciyyəvi xüsusiyyətlərindən biri.
E. gözü küləkdən, tozdan, eləcə də qarlı ərazilərdə günəş radiasiyasının zərərli təsirindən qoruyur. Əsasən, səhralarda, çöl zonalarında və şimal bölgələrdə məskunlaşmış monqoloid irqinə məsub insanlar üçün E.-un böyük əhəmiyyəti var. Digər irqlərin nümayəndələrində E.-a nadir hallarda rast gəlinir.
Tarix terminləri lüğətiyun. epi – üstündə, üzərində + grapho – yazıram, təsvir edirəm
Bərk materiallar (daş, metal, ağac, sümük və s.) üzərində, əsasən, qədim və orta əsrlərə aid yazıların toplanması, nəşri, habelə şərhi ilə məşğul olan köməkçi tarix və filologiya fənni.
E. antik dövrə və qədim Şərqə marağın kəskin artması ilə əlaqədar İntibah dövründə yaranıb, onun elmi metodları isə XVIII–XIX əsrlərdə formalaşıb. Ədəbiyyatda qədim kitabələr epiqrafik abidələr adlanır. Bu abidələrin detallı tədqiqi, həmçinin yazının tarixinin öyrənilməsi isə E.-ya yaxın fənn olan paleoqrafiyanın vəzifəsidir.
Tarix terminləri lüğəti