ər. ələf – quru ot, saman
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda dövlət məmurlarını, elçiləri və çaparları ərzaqla, onların minik heyvanlarını isə yemlə təmin etmək üçün kəndlilərdən alınan vergi.
Bu vergi «ülafə» də adlanıb. Həcmi dəqiq müəyyənləşdirilməyən Ə. XIV–XVII əsrlərdə ən ağır vergilərdən biri hesab olunub.
Tarix terminləri lüğətiər. – bayraq
Müəyyən tayfanı, ölkəni, ordunu, təriqəti və s.-ni fərqləndirən simvol, bayraq.
Hələ islamiyyətdən əvvəl hər ərəb tayfasının Ə.-i olub. Ə.-lər rənginə görə bir-birindən fərqlənib (Əməvilərdə ağ, Abbasilərdə qara, Teymurilərdə sarı və qırmızı, Səfəvilərdə yaşıl və s.). Ə.-i daşımaq hüququ, adətən, müharibələrdə qəhrəmanlıq göstərən döyüşçülərə verilib. Sonralar Ə. bəzi Yaxın Şərq ölkələrində dini mahiyyət kəsb edərək müxtəlif təriqətlərə məxsus əlamətə çevrilib. Misal üçün, Səfəvilər dövlətinin iqtidar simvolu olmuş əl fiquru Ə. adlanır, bu fiqur qara rəngli bayrağın ağacının ucuna taxılır və dini mərasimlər, ilk növbədə, məhərrəmlik zamanı arada gəzdirilir. Ə. gəzdirənlərə ələmdar (bayraqdar) deyilir.
Tarix terminləri lüğətiİslamda şiəliyə yaxın olan eyniadlı təriqətin üzvləri.
Ə. termini xəlifə Əlinin adından götürülüb. Ə. onu Allahın Yerdəki təcəssümü kimi qəbul edərək ən ali şəxsiyyət sayırlar. Təriqətin banisi İbn Nüseyr (IX əsr) olduğu üçün Ə.-i bəzən nüseyrilər də adlandırırlar. Bütün yaxınlığına baxmayaraq, şiəliklə Ə.-in təlimi arasında bərabərlik işarəsi qoymaq olmaz. Ələvilik təlimində şiəlik, bəktaşilik, ismaililik ünsürləri ilə yanaşı, xristianlığın və qədim Şərq dinlərinin ciddi təsiri özünü göstərir. Ə.-in Ay və Günəşə pərəstiş etməsini, ruhların bir bədəndən digərinə keçməsinə inanmasını, eləcə də bəzi xristian bayramlarını qeyd etməsini buna misal göstərmək olar. Onlar, əsasən, Suriya və Türkiyədə yaşayırlar.
Tarix terminləri lüğətiər. – iki hərfin (əlif + bə) ad birləşməsi
Hər hansı yazılı dildə işlədilən, müəyyən dəyişməz ardıcıllıqla düzülmüş qrafik işarələrin – hərflərin məcmusu.
O, yazının ən yüksək inkişaf mərhələsində – piktoqrafik yazı, ideoqrafik yazı və sillabik yazıdan sonra meydana gəlib. Ə.-da hərflər ayrı-ayrı səsləri göstərir. Bu mənada ən mükəmməl Ə.-da səslərin sayı hərflərin sayına uyğun gəlməli olsa da, gerçəklikdə onların heç biri belə tələbə cavab vermir. İlk Ə. e.ə. II minilliyin ortalarında yaranmış Finikiya əlifbası hesab olunur. Qədim Şərqin bir çox Ə.-ları (arami, yəhudi, Suriya və s.) məhz Finikiya Ə.-sından törəyib. Yunan, etrusk, qot və latın Ə.-larının mənşəyi də onunla bağlıdır. Bu gün dünyada ən geniş yayılmış və ən müxtəlif dillərin yazısında istifadə olunan latın Ə.-sı isə təqribən e.ə. VII əsrdə meydana gəlib. Uzun təkamül yolu keçmiş latın Ə.-sı, bəzi tədqiqatçıların fikrincə, qədim yunan, digərlərinin rəyinə görə isə etrusk Ə.-sından yaranıb. 1929–1939-cu illərdə Azərbaycanda latın Ə.-sından istifadə olunub, daha sonra kiril qrafikasına keçilib. SSRİ-nin süqutundan sonra 1992-ci ildə yenidən latın Ə.-sına qayıdılıb. 2001-ci ildən başlayaraq hər il avqustun 1-i Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur.
Tarix terminləri lüğətiƏməyin səmərəlilik ölçüsü.
Ə.M. müəyyən vaxt ərzində işçinin istehsal etdiyi məhsulun miqdarı ilə ölçülür və hər hansı cəmiyyətin iqtisadi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir. Dünya təcrübəsi göstərir ki, Ə.M.-nın artım sürəti tarixi inkişafın müxtəlif dövrlərində fərqli olub. XVIII–XIX əsrlərin sənaye inqilabına qədər o, çox ləng artıb. Bu həmin dövrdə əl əməyinin və sahibindən şəxsi asılılıqda olan işçinin istehsalda əsas rol oynaması ilə izah edilir. Maşınlarla istehsala keçid, şəxsi azadlıq əldə etmiş işçinin öz əməyinin nəticəsində maraqlı olması Ə.M.-nın böyük sıçrayışla yüksəlməsinə imkan verib.
Tarix terminləri lüğətiər. – başçı, hökmdar
Müsəlman ölkələrində hökmdar və sərkərdələrə verilən titul.
Ərəb xilafətində ilk xəlifələr və Əməvilər (661–750) dövründə orduya komandanlıq edən sərkərdələr Ə. adlanıb. Sonuncular, adətən, fəth edilmiş vilayətlərə canişin təyin olunublar. Xəlifə Ömərdən (634–644) başlayaraq hökmdarlar “Ə.-əl-möminin” (möminlərin hökmdarı) titulu daşımağa başlayıblar (lakin şiələr yalnız Əli ibn Əbu Talibi “Ə.-əl-möminin” kimi tanıyırlar). Ə.-əl-möminin bütün dini və dünyəvi hakimiyyətə malik olub. Sonralar müsəlman Şərqində yaranmış bir çox dövlətlərin hökmdarları Ə. titulu daşıyıblar. Müasir dövrdə yalnız Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə daxil olan əmirliklərin rəhbərləri bu titula malikdirlər.
See also:
Tarix terminləri lüğətiər. – əmirlər əmiri
Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda ən yüksək hərbi vəzifə, baş sərkərdə.
Səlcuqilər, Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə Azərbaycanda baş sərkərdələr Ə.Ə-Ü. adlanıb. Sonralar hökmdara xüsusi qulluq göstərən, yaxud onun tərəfinə keçən əmirlərə də belə yüksək hərbi rütbə verilib. Hökmdar tərəfindən təyin edilən Ə.Ə-Ü. bir növ onun müavini sayılıb, müəyyən şəraitdə hökmdarı əvəzləmək hüququna malik olub.
Tarix terminləri lüğətiMüsəlman ölkələrində əmirin idarə etdiyi dövlət.
Ərəb xilafətində Ə.-in başçısını xəlifə təyin edib. Sonralar müsəlman Şərqində çox sayda həm müstəqil, həm də vassal dövlətlər Ə. adlandırılıb. Hazırda belə idarəçilik sistemi yalnız Qətər, Küveyt və Birləşmiş Ərəb Ə.-lərində saxlanılır.
Tarix terminləri lüğətiər. əmlak – sərvət, mal-dövlət + lat. census – qeydəalma, siyahıyaalma
Seçki hüququ əldə etmək üçün müəyyən olunmuş gəlirin, əmlakın və ya ödənilmiş verginin məbləği.
Ə.S.-nə görə, əvvəlcədən müəyyənləşdirilmiş miqdardan az gəliri və əmlakı olan, yaxud daha az vergi ödəyən şəxs seçki hüququndan məhrum edilir. XIX əsrdə geniş yayılmış Ə.S. hazırda vətəndaşların bərabərliyi prinsipinə zidd qayda kimi, demək olar, heç yerdə tətbiq olunmur.
Tarix terminləri lüğətiXüsusi şəxslərin və təşkilatların daşınan və daşınmaz əmlakına qoyulan birbaşa vergi növü.
Ə.V. hələ Qədim Yunanıstan və Qədim Romada məlum olub, orta əsrlərin sonunadək Avropada əsas vergilərdən biri kimi tətbiq edilib, lakin kapitalizmin inkişafı ilə əlaqədar tədricən gəlir vergisi ilə əvəzlənib. Bununla belə, hazırda bir çox dünya ölkələrində gəlir vergisi ilə yanaşı, Ə.V.-nin də tətbiqi davam etdirilir.
Tarix terminləri lüğəti