Bağırsaqlarda hazırlanan sekretor maye.
Nazik və yoğun bağırsaq vəziləri ifraz edir; rəngsiz, yaxud sarımtıldır. İnsan orqanizmində sutkada 1-3 litr bağırsaq şirəsi ifraz olunur. B.Ş. mədə şirəsi və mədəaltı vəzi şirəsi ilə başlanan həzm prosesini tamamlayır. Proses bağırsaqların qələvi mühitində baş verir. Avtonom (vegetativ) sinir sisteminin simpatik şöbəsi B.Ş. ifrazını ləngidir, parasimpatik şöbə isə əksinə – sürətləndirir. Yoğun bağırsaqda ifraz olunan B.Ş.-nin tərkibində selik daha çoxdur.
See also:
Biologiya terminlərinin izahlı lüğəticoelenterata
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri.
Bədənləri ikiqatlıdır – ektoderma və endoderma. Bütün həyatlarını ontogenezlərinin qastrula mərhələsində başa vururlar. B. tipinə 3 sinif aiddir: hidrozoalar, sifoid meduzalar və mərcan polipləri. Ən aktiv hərəkətliləri meduzalar, passiv hərəkətlilər isə mərcan polipləridir. Oturaq, sərbəst və parazit nümayəndələri vardır. Cinsi və qeyri-cinsi yolla çoxalırlar. Hidraların əksəriyyəti hermofroditdir. Əsasən dənizlərdə, bəzi nümayəndələri isə çay sularında yaşayır. Meduzaların çətiri 10 m-ə qədər ola bilər. B.-ın 9 min növü məlumdur. Dəniz biosenozlarında rolu mühümdür. Çoxu əlvan rəngli olur. Adətən poliplər suyun dibində şaxəli koloniyalar əmələ gətirir. Bütün B. xırda onurğasız heyvanlarla qıdalanırlar.
Biologiya terminlərinin izahlı lüğətienteropneusta
Yarımxordalılar tipindən dəniz heyvanları sinfi.
Təqribən 100 növü var. Uzunluqları bir neçə sm-dən 1 m-ə qədər olur, qurd şəklindədir. 3 hissədən ibarətdir: xortum, boyunluq və bədən. Qida borusunun yan divarlarında iki cərgə qəlsəmə yarıqları yerləşir. Ayricinsiyyətlidir. Sürfəsi dərisitikanlıların sürfəsinə oxşayır. Tipik nümayəndəsi blanoqlossdur.
Biologiya terminlərinin izahlı lüğətipterocletes seu pteroeletiformes
Quşlar sinfinin bir dəstəsi.
1 fəsiləyə, 2 cinsə aid 14 növü var. Qanadları uzun və sivri olub sürətlə uçmağa uyğunlaşmışdır. Qum rəngli və ya kürəndir. Uzunluğu 35-45 sm, çəkisi 200-600 q-dır. Yuvasını yerdə qurur, koloniyalarla yuvalayır. Kürtyatma zamanı 3 yumurta qoyur. Azərbaycanda 2 növü var: qaraqarın B. və ağqarın bağrıqara. Ov quşlarıdır.
Biologiya terminlərinin izahlı lüğətiYaşıl bitkilərdə gedən fotosintezdən fərqli olaraq havaya oksigen xaric olunmur.
B.F. günəş enerjisini uda bilən, hidrogen atomunu (H) reduksiya proseslərinə verən, hidrogen-sulfidi (H2S) parçalaya bilən piqmentlərə malik olan bakteriyalarda gedir. Hidrogen donoru ali bitkilərdə olduğu kimi su (H2O) deyil, hidrogen-sulfiddir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “bakterion” – çöp, çubuq; “faqos” – udmaq, həzm etmək
Bakteriyaları və digər mikroorqanizmləri udub parçalayan DNT tərkibli viruslar.
İxtisarla “faq” da adlandırılır. Müxtəlif bakteriya və mikroorqanizmlərə uyğun B.-lar vardır. Bakterial xəstəliklərin müalicəsində B.-lardan uğurla istifadə edilir. B.-lar bakteriya hüceyrəsində çoxalır, onu parçalayan və həll edir. Proses B.-ın çıxıntısının bakteriya hüceyrəsinə yapışması ilə başlayıb, ferment ifraz edərək hüceyrə qılafının həll edilməsi və çıxıntının kanalı ilə hüceyrənin daxilinə keçməsi ilə davam edir.
Biologiya terminlərinin izahlı lüğətiTərkibində, çoxlu miqdarda DNT olan birhüceyrəli mikroorqanizmlər qrupu.
Müxtəlif formalarda (kürə, çöp, vergül, qamçılı) olub, nazik qılaf və sitoplazmadan ibarətdir. Prokariotlara aiddirlər. İnkişaf etmiş nüvədən və hüceyrənin digər ikimembranlı orqanoidlərindən məhrumdurlar. Çox geniş yayılmışlar. 1 q torpaqda minlərlə, 1 ml suda onlarla B. olur. Sadə bölünmə, spor əmələgətirmə və tumurcuqlanma yolu ilə çoxalır. Əlverişli şəraitdə hər 20-30 dəqiqədən bir bölünə bilirlər.
Biologiya terminlərinin izahlı lüğəti