Məməlilər sinfinin cütdırnaqlılar dəstəsindən gövşəyən heyvan cinsi.
Ev heyvanıdır. Əcdadı vəhşi dağ Q.-u hesab edilir. Boyu yerdən yalına qədər 60-110 sm-ə, çəkisi 30-100 kq-a qədər olur. Ömrü 14-15 ildir. Q.-ların ətindən, südündən və yunundan istifadə edilir.
Biologiya terminlərinin izahlı lüğətiSu quşlarına aid olan növ.
Bədəni dartılmış formada, boynu olduqca uzun, başı orta ölçülü, dimdiyi enlidir. Ayaqları qısa olub nisbətən arxadadır. Pəncə üzgəcləri çox böyükdür. Ekvatorial oblast istisna olmaqla Q.Q.-larının 10 növü yer kürəsinin bütün qurşaqlarında yaşayır. Yaşayış yerləri şirin sulu göllər və bol sulu bataqlıqlardır. Suda olan bitki, həşərat, qurd, suda-quruda yaşayan və balıqlarla qidalanırlar.
Biologiya terminlərinin izahlı lüğətiCücülər sinfinin dəriqanadlılar dəstəsinə aid olan növ.
İsti və nəmişlik yerlərdə yaşayırlar. Gündüzlər daşların, xəzəllərin altında, yarıqlarda, yuvalarda və s. yerlərdə gizlənir, gecələr fəaliyyət göstərir. Nəsil qayğısı çox güclüdür. Topa şəklində qoyduğu yumurtaların üstündə sürfələr çıxana kimi oturur, onları yırtıcı cücülərdən və göbələk xəstəliklərindən qoruyur.
Biologiya terminlərinin izahlı lüğətiİnsanda və əksəriyyət məməlilərdə eşitmə aparatının sonuncu – xarici hissəsi.
Q.S.-nın içəri tərəfdən labirintvari olması havada yayılan səs dalğalarının daha rahat qəbul edilməsinə kömək edir. Quru əraziyə (havaya) nisbətən suda səs tez yayılır. Buna görə balıqlara daxili qulaq kifayət edir; suda-quruda yaşayanlarda orta qulaq (səs yolu – təbil pərdəsi), məməlilərdə isə 3-cü hissə xarici qulaq əmələ gəlmişdir. Sürünənlərdə bu vəzifəni dəri qatlağı, quşlarda bir topa uzun lələk yerinə yetirir, yəni səsi qulağa yönəldir.
Biologiya terminlərinin izahlı lüğəti