Məməlilər sinfinin yırtıcılar dəstəsinə aid olan dələlər fəsiləsindən heyvan cinsi.
S.-ın Avrasiyada və Şimali Amerikada 3, Rusiyada isə 2 növü məlumdur. Bədəninin uzunluğu 48 sm-ə, quyruğu isə 16 sm-ə qədərdir. S.-lar həyəcanlananda kəskin iyli maye ifraz edir. Çöl S.-rı böyük gəmiriciləri, meşə S.-ı isə kiçik gəmiriciləri məhv edir. 6-12 il yaşayır.
Biologiya terminlərinin izahlı lüğətiQuşlar sinfinə aid olan cins.
S.-ın mərtəbəli uzun quyruğu var. Dolaşadan kiçikdir. Çəkisi 160-260 qramdır. Bütün Avropada və qismən Asiyada yayılmışdır. Kiçik meşələrdə, ormanlarda, bağlarda, parklarda və s. yerlərdə yuva qurur. S. hər bir şey yeyən quşdur.
Biologiya terminlərinin izahlı lüğəti"Durna quyruğu", "ilan dərisi" adları ilə məşhur olan dekorativ otaq bitkisi.
Bitkiyə qulluq göstərilmədikdə belə o 1-2 həftə müddətində təravətini itirmir və məhv olmur. Bitkinin saxlanması üçün ən yaxşı məkan pəncərə kənarıdır. Belə ki, isti və soyuq hava bu bitkiyə elə də təsir göstərmir. Boyu 80-90 sm-ə qədər olur və işıqsevəndir.
Biologiya terminlərinin izahlı lüğətilat. cotinus
İkiləpəlilər sinfinin püstəkimilər fəsiləsinə aid bitki cinsi.
S.-lar kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. S.-nı dekorativ bitki kimi, eləcə də sarı rəng almaqdan ötrü xammal kimi istifadə etmək üçün becərirlər.
See also:
Biologiya terminlərinin izahlı lüğətiİranın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi.
Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan qoruyur. Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsada, sırf Azərbaycan türkləri ilə əlaqədardır. S.Ç.İ. yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur. Çəki baxımından erkəklər 60-90 kq arası, dişilərdə isə 55-80 kq arası olurlar. İstər yayın isti istərsə qışın sərt havasına davamlıdır. Orta yaşam ili 12-17 arasında dəyişir. Müxtəlif rəng çalarlarına malik olurlar. Qara rəngliləri üstünlük təşkil edir. Xəzləri uzuntüklü və qısatüklü olur.
Biologiya terminlərinin izahlı lüğəti