Canlı orqanizmlərin hüceyrəsinin nüvədənkənar protoplazma hissəsi.
S. orqanoidlərdən və hüceyrə törəmələrindən ibarət olan hialoplazmadan və endoplazmatik şəbəkədən ibarətdir. S.-da orqanizmin böyümə və inkişafını təmin edən zülal sintezi və maddələr mübadiləsi gedir.
Biologiya terminlərinin izahlı lüğətiQığırdaqlı balıqlar sinfindən dəstə.
Dəniz şeytanı və ya manta adlandırılan S. çəkisi 1,5 t, bədəninin eni 6,5 m-ə qədərdir. Tropik okean sularında yaşayır. Dişi skat uzunluğu 1,2 m, kütləsi 10 kq olan yalnız bir bala verir. S.-ların elektrikli S., payaquyruq S. və s. növləri geniş yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətiEyni növ mədəni bitkiyə aid olan, məhsuldarlığına, morfofizioloji əlaqələrinə, təsərrüfat göstəricilərinə və dözümlülüyünə görə səciyyələnən bitki qrupu.
S.-lar insanlar tərəfindən süni seçmə yolu ilə alınır. S.-lar sərbəst cütləşərək özünəoxşar nəsillər verir. S.-lar insanın bu və ya digər tələbatını ödəyir.
See also:
Biologiya terminlərinin izahlı lüğətiyun. “spora” – toxum
Çoxalma və yayılmaya xidmət edən repreduktiv hüceyrə.
Cinsi və qeyri-cinsi yolla əmələ gələ bilir. Cinsi yolla yosunlar, ibtidai göbələklər və şibyələrin ziqot və S.-ları, qeyri-cinsi yolla isə qalan digər S.-lu bitkilərdə əmələ gəlir. Formalarına görə müxtəlif olurlar: kürəşəkilli, oval, silindr, sapvari və s.
Biologiya terminlərinin izahlı lüğəti