yun. “bios” – həyat, “senos” – birlik
Müəyyən bir ərazidə yaşayan və müxtəlif növlərin populyasiları cəmindən təşkil olunan quruluş səviyyəsi.
B. biosferin tərkib hissəsidir. Göl, qamışlıq, çəmənlik və s. B.-a aiddir. B.-un maddələr mübadiləsində canlılar 3 qrupa bölünür: üzvi maddələri istehsal edən yaşıl bitkilər, hazır üzvi maddələri istehlak edən heyvanlar və bu maddələri minerallaşdıran mikroorqanizmlər.
See also:
Biologiya terminlərinin izahlı lüğətilat. pyrethrum
Mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik ot cinsi.
Hündürlüyü 1,5 m-ə qədər ola bilər. Lələkvari, bəzən tam kənarlı yarpaqları növbəli düzülür. Səbət, yaxud qalxan çiçək qrupunda xırda çiçəklərə malikdirlər. Azərbaycanda 28 növü məlumdur. Çəhrayi B. dekorativdir.
Biologiya terminlərinin izahlı lüğətimonocotyledones
Örtülütoxumlu bitkilər şöbəsinin bir sinifi.
Toxumunda bir ləpə vardır. Əksəriyyəti ot bitkisidir. Çiçəkləri 3, yaxud 5 üzvlüdür. Kök sistemi saçaqlı, yarpaq damarlanması paralel, yaxud qövsvaridir. Taxıllar, zanbaqkimilər, süsənlər, qulançar və s. fəsilələr B. sinfinə aiddir.
Biologiya terminlərinin izahlı lüğəti